Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


Uşağı tanımadan onu tərbiyə etmək olmaz!



Yüklə 1,4 Mb.
səhifə41/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   37   38   39   40   41   42   43   44   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Uşağı tanımadan onu tərbiyə etmək olmaz!
Göydən yağan qar dənələri fərqlidir, eləcə də uşaqlar və onların xarakterləri fərqlidir. Qardaş və ya bacı olsa belə.
Əgər bu müxtəlifliyi nəzərə almadan uşaqlarımızı tərbiyə etməyə çalışsaq, şahin xarakterli bir uşağı qorxaq qarğaya çevirə bilərik. Necə!?
Nağıl
Günlərin bir günü yaralı şahin quşu yaşlı bir qadının həyətinə düşür. Qadının şahinə yazığı gəlir və onu evinə aparır.
Uşaqları üçün hazırladığı bulamaclı xəmirdən onun da qabağına qoyur. Şahinin qabağındakı bulamaca dimdiyini vurması ilə çəkməsi bir olur. Axı şahinlər sadəcə ət yeyir.
Şahini belə görən qadının ona yazığı gəlir; “Eh, sənin dimdiyin necə də uzanıb, yemək yeyə bilmirsən. Allah əvvəlki sahibinə insaf versin” deyir və küt qayçını əlinə alaraq yazıq şahinin dimdiyini kəsməyə başlayır.
Şahin çırpınaraq yaşlı qadının əlindən qurtulmağa çalışır, amma alınmır ki, alınmır.
Şahin çırpındığı zaman qadının gözü onun uzun qanadlarına sataşır: “Eh, sənin əvvəlki sahibində də heç insaf yox imiş, qanadlarının biri uzun, biri qısa qalıb...” – deyərək yazıq quşun qanadlarını da kəsməyə başlayır. Şahin çırpınır, çarəsiz qalaraq caynaqları ilə yaşlı cahil qadının qollarını itələməyə başlayır. Bunu görən qadın: “Eh, sənin əvvəlki sahibin sənə heç baxmayıb ki, dırnaqların da uzanıb”, – deyərək ov ovlamaqda ona kömək etdiyi dırnaqlarını kəsməyə başlayır. Cahil yaşlı qadının əlində çox pis hal alan şahinin gözləri dolur, ağlamağa başlayır.
Bunu görən qadın “sənə də yaxşılıq yaramır” deyib onu havaya atır.
Şahin çırpınaraq uçmağa çalışır, amma olan olmuşdu artıq... Şahin bundan sonra nə ov ovlaya, nə uça, nə də, yeriyə bilərdi. Yerə enmək istədi, amma alınmadı. Çarəsiz qalıb özünü birtəhər böyrü üstə yerə atdı.
Bir zamanlar göydə süzərək böyük ovlar ovlayan, hər kəsin qorxub hürkdüyü cəsarətli şahin cahil bir qadının əlində qorxaq qarğaya çevrilmişdi...
Bir çox valideynlər də bu qadın kimi, uşaqlarını tanımadıqları üçün şahin kimi onları qorxaq qarğaya çevirirlər. Buna görə də, uşağı tərbiyə etmənin ilk şərti onları tanımaqdan başlayır.47
Uşaqlarda tapşırılan işə belə müxtəlif münasibət, hər şeydən əvvəl, ailə tərbiyəsindən irəli gəlir. Apardığımız müşahidələr zamanı əldə edilən təcrübənin nəticəsi göstərir ki, uşaqların tərbiyəsi düzgün qurulan ailələrdə valideynlər övladlarına son dərəcə tələbkar və məsuliyyət hissi ilə yanaşırlar. Tələbkarlıq az olduqda, gələcəkdə uşaqlar özlərinə qarşı qeyri‐ciddi və məsuliyyətsiz ola bilərlər. Bu da onların normal insan kimi yetişməsinə əngəllər yarada bilər. Odur ki, ailədə uşaqlara məişət əməyi xarakterli və digər tapşırıqlar verərkən, bu işin uşağın yaşına uyğunluğuna xüsusi diqqət yetirmək lazımdır. Belə tapşırıqlar uşağa tez‐tez verilməlidir ki, uşaq ailə üzvü kimi həmişə məsuliyyət hiss etsin, ailə qayğılarından kənarda qalmasın. Bu, uşaqda vərdiş və adət halına çevriləcək, onda qürur hissi formalaşdıracaq, özünəinam yaradacaqdır. İş zamanı uşaqlara həddindən artıq qəyyumluq etmək, eyni şeyi tez‐tez onlara xatırlatmaq və onları darıxdırmaq olmaz. Uşağı gördüyü işi görərkən həddindən artıq tərifləmək də məsləhət deyil. Belə hallar uşaqda lovğalıq, xudpəsəndlik, özündənrazılıq kimi mənfi hallar yarada bilər.
Uşağa verilən tapşırıq onun yaşına, bilik səviyyəsinə, səhhətinə, marağına və fərdi xüsusiyyətlərinə uyğun olmalıdır.
Biz belə hesab edirik ki, uşağın ciddi və məsuliyyətli olması üçün onun etdiyi neqativ hərəkətlərə lüzumsuz olaraq daim “niyə?”, “nə üçün?” sualı ilə müraciət olunmamalıdır. Çünki uşaq tərəfindən “niyə” sözü konkret olaraq təkrarçılıq və vərdiş yaradan bir cəhət kimi qiymətləndirilir. Eləcə də “niyə?, “nə üçün?” suallarını birbaşa deyərkən onda bu suallara qarşı maraq yaranır və tutduğu neqativ işi yerinə yetirməyə çalışır.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin