UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
5.2. Uşaq şƏxsiyyƏtinƏ hörmƏt
U şaq dünyabaxışının zəifliyi onun güclü şəkildə təqlidə meyil etməsinə səbəb olur. Buna görə, valideyn və tərbiyəçilər həmişə bu xüsusiyyəti nəzərə almalı, hərəkət və davranışlarında, adamlara münasibətlərində, danışıq zamanı uşaqlara nümunə olmağa çalışmalı, uşağın yaradıcılığının inkişaf etməsinə sərbəst yanaşmalıdırlar. Uşaq eşitdiyi pis sözü də çox tez təkrar edir. Valideynlər uşağı yalnız onunla məşğul olanda və ya onu öyrədəndə deyil, həm də ona göstərişlər verəndə, iş buyuranda da tərbiyələndirməlidirlər.
Tərbiyə işində uşaqların qayğıkeşliyinə və adamlara həssas yanaşmalarına bəzən bir o qədər də əhəmiyyət vermirlər. Halbuki, qayğıkeşlik və həssaslıq insanın mədəniyyətini, sadə və təvazökar olmasını, təlimdə, işdə münasibətlərdə normal şərait, əsəb sakitliyi yaratmasını nümayiş etdirən çox mühüm əxlaqi göstəricidir. Bunu uşaqlarda kiçik yaşdan tərbiyə edib adət və vərdiş halına salmaq hər birimizin borcudur. Odur ki, kiçik yaşlı uşaqlar öz oyuncaqlarını səliqəli saxlamalı, paltarlarının təmizliyinə fikir verməli, ev işlərində valideynlərinə kömək etməli, baba və nənələrinə xüsusi qayğı ilə yanaşmalıdırlar.
Bəzi ailələrdə isə “Körpədirlər, qoy hələ oynasınlar” deyə uşaqları gücləri çatan məişət əməyindən təcrid edirlər. Belə ailələrdə oyuncaqlar uşaqların qarşısına tökülür ki, təki oynasınlar, ağlamasın və nadinclik etməsinlər. Söz yox ki, belə ata‐analar tərbiyədə səhvə yol verirlər və nəticədə uşaq yaradıcı əməyə cəlb olunmur. Məsələn, yaxşı olar ki, yerdəki oyuncaqları sonradan uşağın özünə yığdırsınlar. Yaxud ana döşəməni siləndə 5 yaşlı qızı əl çəkmir: “Mən də silmək istəyirəm”, – Ana: “Sən hələ balacasan, böyüyəndə silərsən, get oyuncaqlarınla oyna”, – deyə istəyinin qarşısını alır. Halbuki, kiçik bir əski parçasını qızına verib onu işə cəlb etsə idi, daha yaxşı olardı.
Elə buna görə də bəzən valideynlərdən giley‐güzarlar eşidirik: “Heç bilmirəm kimə oxşayıb, çox səliqəsizdir. Onu hətta öz paltarlarını belə, yığışdırmağa alışdıra bilmirəm”. Digər qrup uşaq‐lar tapşırılan işi ləng, səliqəsiz yerinə yetirirlər. Bəziləri hətta tapşırığı yerinə yetirmək istəmirlər.46