Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə49/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   45   46   47   48   49   50   51   52   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

5.5. AilƏdaxili davranışlar


5.5.1. İfrat dƏrƏcƏdƏ qoruyucu vƏ müdaxilƏ edƏn ata-ana davranışları
B elə bir davranışı mənimsəyən anaatalar, adətən uşaqları üçün xəyali bir dünya quraraq, onu dünyadakı bütün zərər və pisliklərdən qorumağa çalışırlar. Demokratik davranışın əksinə olaraq, onlar uşaqlarına hər zaman səlahiyyət vermirlər, çünki uşaqları bacarmaz, səhv edər, bilavasitə zərər görər deyə fikirləşirlər. Uşağın edə biləcəyi bir çox şey böyüklər tərəfindən edilir. Uşaqlarının yaxşı qidalanması üçün əl ilə bəsləməkdən başlayaraq (özbaşına qidalana biləcək yaşda olmalarına baxmayaraq), çatdıra bilmir, ya da yorulmasın deyə, ev tapşırığını etməyə, hətta ailə qurmuş övladının ailə həyatını idarə etməyə qədər münasib olmayan müdaxilələr belə edirlər. Və çox zaman bu uşaqlar valideyn tərəfindən dəstək olmazsa, bir çox işləri edə bilmirlər.
Ə ksər hallarda bu cür ana‐ataların uşaqları qorxaq, utanan, özlərinə güvənməyən, daim bir başqasının dəstəyini axtaran və müəyyən bacarıqlar baxımından həmyaşıdlarından daha az inkişaf etmiş uşaqlardır. Bu da uşağın, xüsusilə sosial münasibətlərdə passiv olmasına səbəb olur. Ev xaricindəki dünya onlar üçün həqiqətən adaptasiyası çətin və hətta təhlükələrlə doludur. Xüsusilə də özlərini müdafiə edəcək yetkinlərin olmadığı həmyaşıd qrupları içində, oyun mühitində belə özlərini hiss etdirə bilməz, digər uşaqlar tərəfindən təcrid olunar və ələ salına, hətta müqavimətə belə məruz qala bilərlər.
Həddindən çox mühafizəçi ana‐atalar uşaqlarını, adətən özlərinin bir davamı kimi görürlər və çox zaman da onlarla hissi çatışmazlıqlarını təmin etmək istəyirlər; uşağın ana‐ataya olan asılılığını bir vəzifə olaraq mənimsəmiş olurlar. Cinslər arasında fərq göstərirlər, xüsusən qız uşaqlarının müstəqil bir fərd olması təhlükəli olduğu üçün qız üzərində daha çox nəzarət etmək istəyirlər.
Bu cür tərbiyə üsullarının əsasında yatan səbəblər uşağın ölən bir körpənin ardından doğulması; təhlükəli bir xəstəliyə tutulması; ər‐arvad arasındakı konfliktlər; ana‐atanın öz uşaqlıq çağlarında kifayət qədər sevgi mühitində böyüməmiş olması ola bilər.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin