Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


Hadisə: 2‐3 yaşında olan Fuada nənəsi, sözünə baxmadıqda deyərdi: ”Bax, ayı gəlib səni aparar, ha!” Nəticə



Yüklə 1,4 Mb.
səhifə46/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   42   43   44   45   46   47   48   49   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

    Bu səhifədəki naviqasiya:
  • Hadisə
Hadisə: 2‐3 yaşında olan Fuada nənəsi, sözünə baxmadıqda deyərdi: ”Bax, ayı gəlib səni aparar, ha!”
Nəticə: 2‐3 yaşında olan Fuada nənənin dediyi “ayı səni aparar” sözləri uşaqda qorxulu təhlükənin təməlini qoyur.
Hadisə: 6‐7 yaşında olan Fuad sirkdə əhliləşdirilmiş ayıların çıxışına baxarkən, ayının motosikletlə ona tərəf gəldiyini görüb qışqırır.
Nəticə: Fuad qorxudan 2 ay danışa bilmir, daha sonra isə kəkələməyə başlayır.
Normal hal. Eyni hadisə. Birinci cərgədə əyləşən qız uşağı ayıya tərəf can
atır, sevinir, əl çalır. Çünki evdə ona ayının “ağıllı” heyvan olması, uşaqları sevməsi və s. təlqin olunub.
Hadisə.
6 yaşlı Aydan kəndə nənəsigilə qonaq gedir. Toyuqlara dən verir, inəyə ot gətirir. Lakin qəflətən siçanı görəndə qışqırıb köməyə çağırır, ağlayır. Onun uşaq psixikasına həkk olunub: “Siçandan qorxulu heyvan yoxdur!”
Hadisə.
Rəhimə hər axşam öz kölgəsini divarda görəndə qorxub ağlayırdı. Anası isə onun əlindən tutub divarda və yaxud yerdə ardınca gələnin nə olduğunu ona izah edərdi.

  • Rəhimə, divara düşən sənin kölgəndir.

  • Kölgədir?

  • Bəli, kölgədir. Bax, ananın da kölgəsi var, divara bax. Kölgədən qorxma.

Hər axşam ana görəndə ki, uşaq diqqətlə divarda kölgəsinə baxır, öz əlinin, başının hərəkətləri ilə müxtəlif kölgələr yaradaraq deyir: “Bax, kölgədən qorxma, o bizim dostumuzdur”.
Hadisə.
Vüsalə yıxılan kimi anası hay‐küy salır, qaçıb onu qaldırır. Belə hallarda uşağa bu cür yanaşmaq doğru deyil. Uşaq yerə yıxılarkən anası və ya ətrafındakılar: ”Vüsalə bir az da böyüdü!”, yaxud da,7 ”ay, nə tapdın?” kimi ifadələr işlədib onun fikrini yayındırmaqla gülə‐gülə bu vəziyyətdən çıxarmalıdırlar.
Bir qrup ailələrdə gəlin‐qayınana münasibətlərinin kəskin olması, ərlə arvad arasında xasiyyətlərin uyğun gəlməməsi, sistematik qalmaqalın, hayküyün, dava‐dalaşın olması böyüməkdə olan körpələrin şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir, onlarda müxtəlif psixoloji komplekslər yaradır, uşağı psixoloji cəhətdən zəiflədir. Onun özünü qiymətləndirməsi aşağı səviyyədə olur. Ətrafındakı uşaqlarla ünsiyyət yarada bilmir. Yüksək tonda danışıq eşidən kimi daxili təlaş keçirir. Uşaqlar şənlənərkən o, sakitcə onları müşahidə edir. Onda özünəqapanma halları yaranır. Özünəinam hissi zəifləyir. Uşaqlar ailədəki xoşagəlməz mühitə uyğunlaşır, nəticədə isə yoldaşları ilə rəftarını itirir, xoşagəlməz sözlər danışır, hərəkətlərində aqressivlik üzə çıxır, vurub‐sındırma hallarına, dağıdıcılığa meyilləri artır. Hər bir suala kobud cavab verirlər. Uşaqlarda olan emosionallıq amili getdikcə əsəbə çevrilir.
Bir qrup uşaq da var ki, onlar heç kimlə ünsiyyətdə olmaq istəmir. Onlarda özünüqiymətləndirmə yüksək olur. Eləcə də, heç kimin onların işlərinə müdaxilə etməsinə imkan vermir, onlara nəsə başa salmaq istədikdə hay‐küy salırlar. Heç kimi özlərinə yaxın buraxmaq istəmir, öz tərsliklərindən dönmür, necə düşünürlərsə, eləcə də hərəkət edirlər. Ümumiyyətlə, belə uşaqların etimadını qazanıb, onların xoşladığı mövzularda söhbət edib, ”ürəyindəki” fikirləri öyrənmək lazımdır ki, öz istək və arzularını sizə aça bilsin. Həmçinin uşağa sərbəstlik verilməlidir. Ancaq mümkün olan sərbəstliyin özü də nəzarət altında olmalıdır. Uşaqda özünəinam hissini artırmaq lazımdır.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin