Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


BarmaqƏmmƏnin aradan qaldırılması üçün görülƏn tƏdbirlƏr



Yüklə 1,4 Mb.
səhifə54/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   50   51   52   53   54   55   56   57   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

6.3.2. BarmaqƏmmƏnin aradan qaldırılması üçün görülƏn tƏdbirlƏr


Ana və ataya barmaqəmmənin ilk dövrlərdə zərərsiz bir adət olduğu izah edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, barmaqəmmə xarici deformasiyalara səbəb olmayan bir vərdişdir. Əks halda, bəzən valideynlər uzun müddət davam edə biləcək bu pis vərdişdən uşaqlarını uzaqlaşdırmaq üçün çox ciddi tədbirlərə əl atırlar. Hətta uşaqların barmaqlarına istiot sürtən, cəza verən, əllərini və qollarını arxadan bağlayan, əlinə və barmaqlarına iynə batırıb onlara unuda bilməyəcəkləri əziyyət verərək cəzalar tətbiq edənlər də var. Bütün bunlar uşaqda mənfi emosiyaların artmasına səbəb ola və valideynləri daha çox narahat etmək üçün bir davranış obyektinə çevrilə bilər.
Yadda saxlamaq lazımdır ki, barmaqəmməyə başlayan və ya bunu vərdiş halına gətirmiş uşaqlara bunu tərk etmələri üçün müxtəlif cəzaların tətbiq olunması nəticə etibarilə bir çox problemlərin ortaya çıxmasına səbəb ola bilər. Kiçik yaşlarda uşaqlar onlara müvafiq şəkildə qidalandırılmalıdır. Bütün yaşlarda uşaqlar anadan sevgi və şəfqət görməlidirlər. Mədəni insanların itləri bəsləyərkən etdiyi səmimiliyi əksər analar doğma balalarından əsirgəyirlər. Əgər uşaq gəzməyə başladıqdan və ya 1 yaşından sonra da barmağını əmirsə, bu, uşağın çox yorğun, narahat olduğunun əlamətidir. Barmaqəmmənin əsl səbəbləri ortadan qalxmadıqca, uşaq barmaqəmməyə davam edəcəkdir. Uşaq özünə uyğun istirahət etmək, geniş və müxtəlif fəaliyyət imkanları, oyun mühitlərində məşğul olmaq üçün şərait ilə təmin edilməlidir.
Ana və atanın uyğun olmayan davranışları islah olunmalı, uşaqlar bu vərdişdən ötrü qorxudulmamalıdır.
Mükafat vədi uşağın bu adəti tərketmə arzusunu hərəkətə gətirə bilər. Uşaq barmağını ağzına apardığı zaman xəbərdarlıq edərək zərərsiz acı maye sürtülməsi və gecələri, hətta, lazım gələrsə, əllərinə əlcək geyindirilməsi də bu vərdişin sona çatdırılması üçün yaxşı bir xatırladıcı rolunu oynaya bilər.
Uşaq 4‐5 yaşlarına çatdıqda barmağını əmməyə davam edirsə, özünə xatırlatmaq faydalı ola bilər. Uşağa bunun kiçikyaşlı uşaqlara xas bir davranış, başqalarının xoş qarşılamayacağı bir hal olduğu onun anlaya biləcəyi bir dillə izah edilməlidir. Uşaqlar bu yaşlarda, ümumiyyətlə, böyük insan kimi olmağa, valideynləri təqlid etməyə, çox zaman onlar kimi davranmağa çalışırlar. Valideynlər uşağın vəziyyətini çox yaxşı qiymətləndirməlidir. Özlərinin barmaq əmmədiklərini, bu vəziyyətin yaxşı olmadığını söyləmələri çox vaxt təsirli ola bilər. Uşağın erkən süddən kəsilməsi onun etibarsız, pessimist, gec süddən kəsilməsi isə etibarlı, optimist bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.57

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin