Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə53/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   49   50   51   52   53   54   55   56   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Tövsiyələr

  1. Əvvəlcə yeni bir uşaq dünyaya gəlməzdən əvvəl, uşaq qardaşı və ya bacısının olacağına psixoloji olaraq hazırlanmalıdır.

  2. Son ana qədər gözləmədən ona, ailəyə yeni bir üzvün qatılacağı izah edilməli, evdə buna görə bəzi dəyişikliklərin ola biləcəyi deyilməlidir.

  3. Ata və ana uşağa körpənin doğulmasıyla ona qarşı sevginin dəyişməyəcəyini bildirən sözlərlə birlikdə, bunu davranışlarında da göstərməlidir. Onunla edilən əvvəlki fəaliyyətlər yenə də təkrar olunmalıdır.

  4. Yeni doğulan körpəyə istər ailə üzvlərindən, istərsə də qonaqlardan kimsə həddindən artıq sevgi və maraq nümayiş etdirməsin.

  5. Körpəyə zərər verməsinə icazə verilməyəcəyi qəti bir şəkildə izah edilməlidir.

  6. Hər iki uşağa fərdi vaxt ayrılmalıdır.

  7. Uşaqlardan biri göz bəbəyi olaraq seçilməməlidir. Valideynlər bunu hiss etdirməməyə çalışsalar da, digər uşaq vəziyyəti başa düşəcək.

  8. Doğulacaq körpəyə edilən hazırlıqlara onu da dəvət etməli, körpənin əşyalarını birlikdə hazırlamalı və körpəyə əşyalar alarkən ona da hədiyyələr alınmalıdır.

  9. Əgər körpəyə onun geyimləri veriləcəksə, bu ona deyilməlidir.

6.3. BarmaqƏmmƏ


Barmaqəmmə körpəlikdən 3‐4 yaşlarına qədər sağlam uşaqlara xas olan bir adətdir. Körpələrin çoxu baş barmaq, yaxud da digər barmaqlarını əmirlər. Ziyansız bir davranış olan barmaqəmmənin körpələrdə rast gəlinməsinin başlıca səbəbi, onların bunu ana bətnində ikən öyrənmələri və do‐ğuşdan sahib olduqları ən güclü vərdişlərdən və reflekslər‐dən biri olmasıdır. Belə ki, təzə doğulan bəzi körpələrin bar‐maq, ya da biləklərində rast gəlinən qabarcıqlar bunun nə‐ticəsidir.
A naların çoxu barmaqəmmənin aclıqdan qaynaqlandığını düşünürlər. Halbuki, elmi araşdırmaların 50‐87%‐i barmaqəmməni bununla əlaqələndirmir. 1 yaşlı uşaqların yarısı barmaqlarını əmirlər. 9 aydan etibarən yuxu ilə barmaqəmmə arasında yaxın bir əlaqənin olduğu, yuxusu gələn bir körpənin barmağını ağzına apardığı nəzərə çarpır. Uşağı barmaqəmmədən çəkindirmək məqsədilə edilən səylər, 3 yaşına qədər uşaqlar tərəfindən müqavimətlə qarşılanır. Bəzi körpələr yeni dişlərinin çıxması ərəfəsində, bəziləri də çətinliklə qarşılaşdıqlarında utanma və sıxılma əlaməti olaraq barmaqlarını əmirlər. Ümumiyyətlə, barmaqəmmə adətinin 4 yaşına çatana qədər itməsi gözlənilir. Araşdırmalar göstərir ki, bəzi uşaqlarda bu adət 5‐6 yaşlarına qədər davam edə bilər, lakin sübut olunmuşdur ki, bu, belə olan hallarda dişlərin deformasiyaya uğramasına səbəb ola bilər. Davamlı barmaqəmmə vərdişi də psixoloji problemin və gərginliklərin bir nəticəsi olaraq inkişaf edə bilər.
6.3.1. BarmaqƏmmƏ vƏrdişi qarşısında ana-atanın edƏcƏyi Ən sağlam yanaşma nƏdir?
H adisəni təlaşa düşmədən, səbirlə qarşılamaq, uşağa bu vərdişin körpəlikdən qalma bir davranış olduğunu, bunun başqaları tərəfindən xoş qarşılanmayacağını sadə bir şəkildə izah etmək lazımdır. Ailə içində bu vərdişdən bəhs edərək ailə üzvlərinin diqqətini uşaq üzərinə cəlb etmək, bu səbəblə təlaşa düşüb gərginlik keçirmək və bu problemi həll etmək məqsədilə uşağı tənqid etmək doğru deyil. Məktəb yaşında barmağını əmən uşaq müəllimin xəbərdarlığı, ana‐atasının tənqidi, hətta yoldaşlarının lağlarına baxmayaraq, bu vərdişini davam etdirir. Bu vəziyyətdə uşağa edilən müsbət tövsiyə və şərhlərlə onun psixoloji baxımdan uyğunlaşmasının təmin edilməsi, problemin ortadan qalxmasına səbəb ola bilər. Burada əhəmiyyətli olan, bir geriləmə əlaməti sayılan bu vərdişi meydana gətirən əlamətlərin ana və ata tərəfindən kəşf edilərək ortadan qaldırılmasıdır. Məsələn, bir qardaşın doğumu, uşaqda bu cür bir vərdişin başlamasına səbəb ola bilər. Səs‐küy salan, iməkləyən, barmaq əmib dırnaq yeməyə başlayan uşaq ətrafdakıların heyrətinə səbəb olur. Qardaşının dünyaya gəlməsindən əvvəl uşağın buna hazırlanması, həyata gələcək körpənin onun köməyinə də ehtiyacı ola biləcəyi kimi mə‐sələlərin uşağa başa salınması vacib məsələlərdəndir. Beləliklə, bu cür gərginlikdən qaynaqlanan vərdişlər də zaman keçdikcə itir. Altislatma kimi, barmaqəmmə də yaş artdıqca azalır. Xüsusilə, ilk uşaqlıq dövründə müalicədən qaçılmalıdır. Məktəbəqədərki dövrdə barmaqəmmə, ya da altislatma hallarında ekspertlər valideynlərə bəzi tərbiyəvi tədbirləri tətbiq etməyi məsləhət görürlər.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin