Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


İfrat dƏrƏcƏdƏ avtoritet vƏ müdaxilƏçi ana-ata davranışları



Yüklə 1,4 Mb.
səhifə50/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   46   47   48   49   50   51   52   53   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

5.5.2. İfrat dƏrƏcƏdƏ avtoritet vƏ müdaxilƏçi ana-ata davranışları


Bu davranışı mənimsəyən ana‐atalar demokratik davranışın tam əksinə olaraq övladlarının özlərindən fərqli bir fərd olduğu düşüncəsinə sahib deyillər. Bu davranışın əsas xüsusiyyəti uşağa qarşı edilən təsirdir. Ana‐ata uşaqlarına qəti olaraq hakim olduqlarına inanırlar. Heç bir aydınlıq gətirmədən qoyulan qayda və qanunlar vardır. Uşaqlar ana‐atanın qoyduğu bu qayda‐qanunlara qeyd‐şərtsiz əməl və itaət etməlidir. Burada davamlı qiymətləndirmə, nəzarət etmə və istiqamət verməyə cəhd vardır. Elə edilməz... belə edirlər... necə oturursan... kimi. İstənilməyən davranışlar cəzalandırılır. Bu cəza çox zaman sözlə tənqiddən, təhqirdən alçaldılmağa, hətta döyülməyə qədər gedib çıxa bilər. Münasibətin birtərəfli olması və müdaxiləçi davranış ana‐ata‐uşaq əlaqəsində sevgi və nəvazişə bağlı olan əlaqəni əngəlləyə bilir. Münasi‐bətlərdə daha çox qorxu və hirs duyğuları hakimdir.


Bu formada tərbiyə edilən, böyüdülən uşaqlar duyğu (xüsusilə də hirs və əsəbilik duyğularını) və düşüncələrini asan ifadə edə bilməyən, avtoritet mühitə boyun əyən, amma olmadığı zaman da qayda‐qanunlara qarşı çıxan insanlardır. Özlərindən güclü insanlara qarşı itaətkar hərəkət göstərən, özlərindən gücsüzlərə qarşı isə amansız olurlar.

5.5.3. İcazƏ verƏn davranış


Bu davranış tərzini mənimsəmiş ana‐atalar, əsasən, uşaqlarının hər etdiklərini xoş qarşılayır, bəzən uşaqları ilə bağlı hissləri zəif, bəzən isə onlara qarşı isti və sevimli – olurlar. Davranışlarındakı ən əsas xüsusiyyət uşaqlarını heç bir tərzdə idarə etməmələri və uşaqlarının istədiyi hər şeyi etmələrinə icazə vermələridir. Bu uşaqların yemək, yuxu və televizora baxma kimi istəkləri tamamilə onların özünə aiddir. Ailə daxilində problem olmayan bu davranışlar ictimai qaydaların başladığı məktəb, iş və dostluq çevrəsi kimi sosial mühitlərdə problem olmağa başlayır. Arzu və istəklərinə nəzarət edilməsini, idarə edilməsini öyrənməmiş olan uşaq xarici aləmdə üzləşdiyi çətinliklər qarşısında nə edəcəyini bilmir. Belə bir vəziyyətdə uşaq aqressiv hərəkətlər nümayiş etdirə bilər, ya da çox vaxt adaptasiya ola bilmədiyi üçün digərləri tərəfindən təcrid edilə bilər. Öz ana‐atalarından görmüş olduqları icazəverici davranışları digər insanlardan görməmək on‐

larda bədbinlik yarada bilər. Qarşı çıxılmağa, eləcə də arzu və istəklərinə nəzarət etməyə öyrənməmiş olmaları konsentrasiya və bir sıra bu kimi xüsusiyyətləri inkişaf etdirmələrinə maneələr törədir. Bu cür ana‐atalar uşaqlarının hər istədiklərini etdikləri halda məmnun olmadıqlarını, ya da dərslərinə maraq göstərmədiklərini anlaya bilməzlər. Halbuki, uşaq istək və arzularını nəzarətdə saxlamağı öyrənmədiyinə görə, diqqət və cəhd göstərməyi tələb edən işlərdən tez bezir. 3 yaşında dəcəl bir oğlu olan ananın ən böyük dərdi uşağının başını heç bir şeylə qata bilməməsidir. Əlinə verilən bir oyuncaqla ən çoxu bir neçə dəqiqə maraqlanır və həmin an da bezirdi, heç bir şeylə məmnun olmurdu. Söhbətin sonunda məlum oldu ki, hələ 3 yaşında ikən bu uşaq uzaqdan idarə edilən maşınlardan robotlara qədər hər növ qarışıq oyuncağa sahib idi. Üstəlik də bu oyuncaqlar, uşaq hər istədiyi zaman alınırdı. Yenə ana‐ata uşağı ilə oynadığı bütün oyunlarda uşağının qalib gələ biləcəyi tərzdə davranırdılar. Uşaq nə vaxt istəsə, o vaxt da yatırılırdı. Hətta bəzi gecələr yuxusu gəlmədiyi vaxtlarda atanı yatağına çağırır və gecənin bir yarısında yataqda onunla oyun oynamasını istəyirdi. Təbii ki, bu istək də yerinə yetirilirdi. Ata bu vəziyyəti, necə olsa, uşaq böyüdüyü zaman bunları başa düşəcək və əl çəkəcək şəklində dəyərləndirirdi. Oxşar vəziyyətdə olan başqa bir ata da özünün uşaq olduğu vaxtlar heç oyuncağı olmadığı və ana‐atasının özünə lazımi qədər sevgi göstərmədiyini əsas sayaraq öz övladına bunları yaşatmaq istəmədiyini irəli sürürdü. Halbuki, istəklərinin gecikməsini, bəzən də reallaşmayacağını öyrənmək səbir etməyi və çətinliklər qarşısında dözümlü olmağı öyrənmənin əsaslarıdır. Ana‐ataların təsəvvür etdiyi kimi utopik bir dünyada deyil, daha realist bir dünyada yaşayacaq uşaqlar öz evlərinin xaricində hər zaman bu cür çətinliklərlə qarşılaşacaqdır. Dostları ilə oyun oynayarkən növbəsini gözləmək, qalib gəldiyi kimi, məğlub olmağı da qəbul etmək, dərs zamanında müəllimlərinə səbirlə qulaq asmaq, hətta dərs müddətində acdığı təqdirdə də dərsin bitməsini gözləmək kimi bir çox mövzularda mübarizəyə hazır olmaq məcburiyyətindədir.
Ç ox zaman bu davranış tərzinə sahib olan ana‐atalar övladları ilə münasibətlərini məktəb illərinə qədər problemsiz davam etdirdikləri halda, məktəblə birlikdə problemlər yaşamağa başlayırlar. Artıq daha əvvəllər kiçik olan istəklər (istədiyi oyuncağı almaq, televizorun pultunu uşağa təslim etmək və ya velosiped almaq kimi) böyüməyə və təmin edilməsi çətin olmağa başlayır. Artıq uşaq istədiyi yerə getmək, istədiyi saatda evə gəlmək kimi ana‐atanı narahat edəcək, ya da mobil telefon, motosiklet, hətta 14‐15 yaşlarında maşın istəmək kimi maddi ağırlığı çox olan tələblər edir. Və ana‐ata üçün bunların təmin edilməsi hər zaman asan olmur. Müəyyən bir mövzuya maraq göstərib onunla məşğul olmanın çətin olduğu, qeyriməmnunluğun olduğu vəziyyətlərdə insanlar özlərinə daima dəyişən maraqlı yollar axtararlar ki, bu cür bir axtarış yolu da çox za‐man münasib olmayan üsullara,
vərdişlərə səbəb olar. Bu kimi hərəkətlər, xüsusilə də yetkinlik dövrünün başlanğıcında siqaret, içki, narkotik maddələrdən istifadə və sürətli maşınsürmə kimi maraqla‐ra səbəb ola bilər.
Yenə bu ana‐ataların ən böyük kədəri uşaqlarının məktəbdə uğursuz olmalarıdır.54 Daha kiçik yaşlarda hər istəyi mütləq yerinə yetirilən və idarə edilməyən, istiqamətləndirilməyən uşaq artıq ana‐atanın nailiyyət istəkləri ilə qarşı‐qarşıyadır və ondan, istəməsə də, bəzi vəzifələrə əməl etməsi istənilməkdədir. Ana‐ata uşağın bu istəklərə əməl etmədiyi hallarda çox zaman onu “biz sənin üçün hər mövzuda fədakarlıq etdik, səndən sadəcə məktəbdə nailiyyət əldə etməni istəyirik” şəklində günahlandırır. Amma bu vəziyyət uşağa köməkçi olmaqdan çox, ona maneçilik edir. Çünki uşaq nailiyyət əldə etməsi üçün lazımi səbirə, daxili istiqamətlənməyə və intizama sahib deyildir. Elə bu nöqtədə də ana‐ata‐uşaq münasibətlərində qarşıdurmalar artmağa başlayır.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin