Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə58/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   54   55   56   57   58   59   60   61   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Xüsusiyyətləri

  • 2 cür yalan danışmaq var.

  • Bilərək yalan danışmaq (Patoloji yalan). Bu halda uşaq nəyisə əldə etmək üçün yalan danışır. Ola bilməyəcək şeyləri başa salmaq, olmuş hadisəni böyütmək, heyrətləndirici bir şey söyləmək uşağı sevindirir.

  • Bir uşaq müəyyən bir səviyyəyə çatmalıdır ki, yalan danışsın. Uşaqların yalan danışmağa necə başlamaları haqqında olan fikirlər mubahisəli olsa da belə bir ümumi qənaət var ki, uşaq başqa insanların fikirlərini öyrəndikdən sonra yalan danışmağa başlayır.

  • Bəzi alimlərə görə, uşaq 3 yaşyarımına qədər başqa insanların fikirlərindən xəbərsizdir. Bu yaş dövründəki uşaqların aldadıcı davranışları böyükləri sevindirmək, ya da cəzalandırılmamaları üçündür. Bir təcrübəyə dayanaraq tərbiyəçi 3 yaşındakı uşaqlara masanın üstündəki oyuncaqlara baxmamalarını tapşıraraq otaqdan çıxır və 5 dəqiqədən sonra geri qayıdır. Uşaqlardan oyuncaqlara kimin baxdığını soruşur. Uşaqların 85%‐i oyuncaqlara baxmışdır. Ancaq sadəcə, 35% baxdığını etiraf edib. Oğlan uşaqlarına nisbətən qız uşaqlarının aldatma qabiliyyəti daha çoxdur. Onların bu aldadıcı davranışlarını tutmaq oğlan uşaqlarına nisbətən, daha çətindir. Ən maraqlısı isə odur ki, yalan söyləyən uşaqların siması doğru danışanlarınkından daha günahsızdır. Cavab verməyən uşaqlarda qayğı hissi daha çoxdur.

  • Uşaq yalanları böyüklərinkindən fərqlənir. Uşaq yalanlarının dərinliyi zəifdir. Uşaq bu davranışının nəticəsini təyin edə bilmir.

  • Balaca uşaqların yalanları məsumdur, safdır. Söylədikləri yalana inanırlar. Böyüdükcə, evdəki qadağalar artdıqca yalanlar çoxalır.

  • Uşağın məktəbəqədərki yalanları üçün narahat olmağa dəyməz. Çünki o yaşa qədər uşaqların xəyal gücü çox çalışır. Uşaq xəyali dostlar və xəyali hadisələr yarada bilər.

  • Məktəb çağına gəlmiş uşaqlar qarşısındakının fikirlərindən xəbərdar olduqları üçün onları istiqamətləndirməyə və daha yaxşı aldatma üsullarından istifadə etməyə başlayırlar.

  • 7 yaşlı uşaqlar yalan danışmaqla səhv hərəkəti ayıra bilirlər, amma bu iki davranışı yalan deyə qəbul edirlər. 8‐9 yaşında uşaqlar səhvi və yalanı ayrı‐ayrı qiymətləndirirlər. Amma 10 yaşında uşaqlar yalanın bilərək və planlaşdırılaraq işlənilən bir səhv olduğunu dərk edirlər.

  • Uşaq məktəbə getməyə başlayanda ailənin həqiqətləri qəbul etmədiyini görür. O, evdəki öyrədilən tərbiyənin həyatda ziddiyyətlərini görəndə çaşbaş qalır. Bir tərəfdən də ailədəki hadisələri sirr olaraq tutmağı öyrənir.

  • Yetkinlik çağının son illərində şəxsiyyət olmağa çalışan gənclər ana və atasından asılı olmayaraq qərar qəbul edərkən yalan söyləyirlər.

  • Alimlərə görə, ağıldan kəm olan uşaqlar məntiqə uyğun olmayan yalanlar, normal və çox ağıllı olan uşaqlar isə məntiqə uyğun yalanlar söyləyirlər.

  • Yalan söyləyən uşaqlar əksər halda problemli böyüyürlər. Ailəsində xoşbəxt olan uşaqlar cəmiyyət tərəfindən qəbul olunmuş yalanlar danışırlar.

  • Qızların yalanı oğlanlara nəzərən tərəfsiz olur.

  • Tədqiqatlara görə, yaş artdıqca oğlan uşaqlarında oğurluq, dalaşmaq və yalan danışmaq kimi mənfi davranışlar artır. Xüsusilə, xroniki yalan danışmaq onların narkotik maddələrdən istifadə etməsinə gətirib çıxarır.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin