UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
Təkliflər: V alideynlər çox vaxt uşaqlarına qarşı müəyyən qadağalar qoyurlar ki, bu da uşaqların ətrafına olan maraq tələbatının ödənilməməsinə səbəb olur. Ona görə də çalışmaq lazımdır ki, uşaqların həyatına qoyulan məhdudlaşdırmalar azaldılsın.
Bəzən isə, uşağın hansısa hərəkətini “polis” kimi sorğulayan valideynlər, “doğru söyləsən, cəza verməyəcəm” deyir, lakin uşaq doğrunu söylədikdən sonra sərt reaksiya ilə qarşılanır. Doğru sözün qarşılığında incidilir və beləliklə, uşaqlarda doğru danışmağa qarşı mənfi münasibət yaranır, yalanı isə doğrudan üstün tuturlar.
Uşaqlar nəzarət edərkən də onların yalan danışmasının qarşısını almaq olar. Məsələn, uşağa “ev tapşırığını bitirdinmi?” – deyə soruşmaq əvəzinə “tapşırığını görmək istəyirəm” – deyin. Belə nəzarət forması uşağın həm ev tapşırığını düzgün yerinə yetirməsini təmin edər, həm də nəticəsindən çəkindiyi üçün yalan danışmaz.
Bundan başqa, uşaqlara tək valideyn yox, həm də onlara dost olmağı bacarmaq lazımdır. Uşaqlarla elə münasibət qurmaq lazımdır ki, onlar özlərinin istəklərini, çətinliklərini, narahatlıqlarını valideynləri ilə bölüşə bilsinlər.Uşağı dinləmək və həll yollarını özünün tapmasına yardımçı olmaq lazımdır.
Ana və atanın uşağın yalan danışdığını bildiyi halda göstərdikləri reaksiyalar, əl atdıqları vasitələr bir davranışı yox edə, gücləndirə, yaxud da həyat boyu davam etdirməsi halına gətirə bilər. Uşağın xəyal qurmasının qadağan edilməsi yalan danışmağı gücləndirə bilər. Balaca körpələrin söylədiyi “söz” yalanla bağlı əxlaqi bir səhv kimi görünməməlidir.
Uşağa hər vəziyyətdə qəbul olunacağını və hər zaman seviləcəyini hiss etdirmək lazımdır.
Uşağın tərbiyəsində yalan söyləməsinə yol verilməməlidir.
Uşaq bacarmadığı şeylərə görə günahlandırılmamalıdır. Bəzən uşağa öhdəsindən gələ bilməyəcəyi işlər tapşırıldıqda və bunun üçün təzyiq göstərildikdə uşaq yalan danışmağa başlayır. Bunun üçün də valideynlər uşaqlarını bacara biləcəyi şeylərdə məsuliyyətləndirməlidirlər.
Uşaqlar qorxanda tez‐tez yalan danışır. Qorxuyla tərbiyə edilən uşaqların yalan danışmaq səviyyəsi o biri uşaqlara görə daha çoxdur. Ona görə də uşaq tərbiyəsində qorxuya yer verilməməlidir.
Uşağı tərifləməkdə xəsis olmayın. Uşaq təriflənməsi üçün yalan danışmağa başlayır.
Uşağa davamlı səhv vərdişlərdən danışmaq əvəzinə, ondan gözlənilən vərdişlərdən danışaraq uşaq tərbiyəsində müsbət nəticə ala bilərik.
Uşaq həqiqəti söyləməsi üçün cəsarətləndirilməlidir. Dürüst davrandığı vaxt hədiyyə də vermək olar.
Uşağın bəzi səhv hərəkətləri görməməzlikdən gəlinə bilər.
Uşaq yalan danışan kimi cəzalandırılmamalıdır. Çünki cəzalanmaqdan qorxan uşaq yalan deyir.
Yalan danışan uşağa qarşı əsəbi şəkildə və sərt davranılmamalıdır. Çünki bu yolla uşaqlar yenidən yalan danışmağa başlayır.
Uşaqlar valideynə hörmətsizlik etmək üçün deyil, tez‐tez səhvləri üzlərinə vurulmasın deyə yalan danışırlar.
Əgər uşaq yalan danışırsa, valideyn də doğru danışmış kimi davranırsa, onda ata və ana uşaqlarının fikirlərini bilmir. Ona görə də uşağınızın yalan danışdığını ona hiss etdirməlisiniz.
Uşaq yalanla qarşılaşdırılmalı, amma dediyi yalanı qəbul etməsi üçün təzyiq edilməməlidir. Valideyn yalanı xoş qarşılamaq və ya cəzalandırmaq əvəzinə uşağın doğrunu görməsinə çalışmalıdır.61