Özünü yoxlamaq üçün sual vƏ tapşırıqlar
Uşaqlar nə üçün hirslənir?
Qısqanclıq uşaqlarda hansı psixoloji təsirlər oyadır?
Barmaqəmmə vərdişi qarşısında ana‐atanın edəcəyi ən sağlam yanaşma nədir?
Barmaqəmmənin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?
Uşaqlar nə üçün yalan danışırlar?
Neçə cür yalan var?
Siz uşaqlıqda yalan danışmısınız?
Yalanın növləri haqqında daha nələri bilirsiniz?
Kitabdakılarla sizin bildikləriniz arasında nə kimi fərqliliklər var?
édƏbiyyat
Gül Şendil, “Çocuk, Ergen ve Anne‐Baba”, Melisa nəş. – 2003
Yaşar Kuzucu “Küçükler için Büyüklere”, Nobel nəş. Ankara – 2008
3. http://www.hekimim.com/merak_ettikleriniz/parmak_tirnak/parmak_ emme.htm
A.İbrahimov, H.Xəlilov, “Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq”, Misri, Bakı – 2004
Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı”, Maarif nəş. – 1969
K. Koffka, “Zihni inkişafın esasları”, tərcümə edən: Suat Tavlan, Hüsnütabiat nəş. İstanbul – 1959
Editor: İrvin D. Yalom, Hans Steiner “Məktəbəqədər Uşaqların Terapisi”, Prestij nəş. – 2007
Jean Piaget, “Child’s Conception of the World”, London – 1929
“Yansıtma” jurnalı, №3‐4, 2005
VII FéSİL Uşaq vƏ yeniyetmƏlƏrdƏ davranış pozuntuları
7.1. Qorxu hisslƏri (sosial fobiya)
Qeyd: Uşaq və yeniyetmələrin sosial mühitdə müvəffəqiyyət qazanmağına mane olan amillərdən biri də sosial fobiyadır (qorxu).
Belə bir psixoloji kompleksi yaşayan uşaq, yeniyetmə, gənc cəmiyyət, ailə və idarə işlərində də çətinliklərlə qarşılaşır. Məsələn, sinifdə şagirdi lövhəyə çağırarkən o, dərsi yerindən danışmağı xahiş edir, lövhəyə çıxmaqdan çəkinir, digər şagirdi isə lövhəyə çıxararkən həyəcandan üzü pörtür, boğazı quruyur, əllərinin içi tərləyir, ürək döyüntüsü artır və yaxud da dərsi şifahi şəkildə deyil, yazılı şəkildə müəllimə vermək istəyir. Belə olan halda müəllim şagirdin psixoloji cəhətdən vəziyyətini nəzərə almalı ona fərdi yanaşaraq söhbət etməli, məktəb psixoloqu ilə görüşməyi tövsiyə etməlidir.
Dostları ilə paylaş: |