UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
Müşahidələr: Bəzi sosial qorxu hissi keçirən uşaq və yeniyetmələrdə müşahidə olunan psixoloji hallar aşağıdakı şəkildə baş verir:
Çırpıntı – Titrəmə
Tərləmə
Əzələ narahatlığı
Mədədə narahatlıq hissi
Sinədə sıxıntı hissi
İsti, ya da soyuq tər basma
Başağrısı
Bütün bu hallar insanda dərin bir qorxu və həyəcan hissi ilə birlikdə yaranır.
Qorxulu vəziyyətlərdən qaçma xüsusiyyəti əsasən çox rast gəlinən bir haldır. Və bəzən bu, tam bir sosial yalqızlıqla nəticələnə bilər.
İnsanlar, əsasən, aşağıda göstərilən vəziyyətlərdə sosial qorxu hisslərini yaşayırlar;
Cəmiyyət içində danışmaq
Başqalarının qarşısında yemək yeyib‐içmək
Nüfuzlu insanlarla təmasda olmaq
Qonaq qəbul etmək
Başqaları ilə dalaşmaq
Cəmiyyət içində telefonla danışmaq
Tanımadığı insanların gözünün içinə baxmaq
Göz önündə olmaq
Başqalarının qarşısında yazı yazmaq.
Sosial qorxuda yaş məfhumu da az rol oynamır. Bu məsələdə yaşın az olması ciddi problemlər yaradır. Bəziləri məktəbi buraxmaq məcburiyyətində qalır və yaxud bir çox psixoloji çətinliklərlə qarşılaşır.
Bunların içində ən çox rast gəlinən hallar ruh düşkünlüyü, içki və narkotik maddədən asılılıqdır. Xüsusilə, Qərb ölkələrində aparılan araşdırmalara əsasən, sosial qorxuya malik olan şəxslər arasında içki aludəçiliyi, normal cəmiyyət üzvlərinə nisbətən 2,5 dəfə artıq olması şübhə doğurmur. İçki düşkünləri arasında sosial qorxunun normal şəxslərə nisbətən 9 dəfə çox olduğu müəyyən edilmişdir. İntihar fikirləri və təşəbbüsləri sosial qorxuda yaşanan sıxıntıyla, narahatlıqla bağlı olaraq sosial qorxuya başqa psixoloji narahatlıqlar əlavə olunduqda daha da artmaqdadır. Beləliklə, sosial qorxu aşkar edilib müalicə olunmalıdır.
Sosial qorxusu olan insanlarda nəzərə çarpan xüsusiyyətlər bunlardır:
Yalnız yaşamağa üstünlük verirlər.
Təhsil səviyyələri aşağıdır. Əsasən çox erkən yaşlarda məktəb qorxusu mövcud olduğundan, təhsillərini davam etdirə bilmirlər.
Əsasən iqtisadi baxımdan asılıdırlar, onlarda mövcud olan qorxu hissləri ilə əlaqədar həqiqi bacarıqlarını nümayiş etdirə bilmirlər.
Başqa psixoloji problemləri mövcuddur.
Sosial nöqteyi‐nəzərdən cəmiyyətdən ayrılmış vəziyyətdədir.
Keçirdikləri narahat hisslər onların intiharına səbəb ola bilər.