Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə70/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   66   67   68   69   70   71   72   73   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Qorxular necə meydana gəlir?

  • Qorxular uşağa tərbiyə verərkən yanlış sözlərdən istifadə etməklə yaranır (yeməyini yeməsən, həkim əmi sənə iynə vurar; əgər uzağa getsən, qaraçılar səni qaçırar, sözümə qulaq asmasan, xala sənə hirslənər və s…)

  • Sərt rəftara malik olan valideynlərin uşaqları fərdiləşmə problemi yaşaya biləcəyi üçün, uşaq məktəbə başlama dövründə narahat hisslər yaşaya

bilər. Həmçinin məktəb həyatına uyğunlaşmaq prosesində də ciddi çətinliklər yaşaya bilər.

  1. Uşaqdan edə biləcəklərindən daha çox vəzifələr gözlənilirsə və ya ailə uşağın müvəffəqiyyət qazanmasına həddindən çox əhəmiyyət verirsə və bu mövzu üzərində çox dayanırsa, uşaqda bütün bunları icra etmək qayğısı meydana gələ bilər. Xüsusilə, məktəbdə imtahan qayğıları, müvəffəqiyyətsizlik qorxusu, dərslər xaricində də ailənin çox xəbərdarlığı varsa, uşaqda səhv etmə qorxusu ortaya çıxa bilər.

  2. Uşaq ani bir qorxu hissi keçirmiş, həqiqətən zərər görmüş, ya da gözləmədiyi bir hadisəni görmüşsə (it dişləməsi, evə oğru girməsi, yol qəzası, adam öldürülməsi, zəlzələ və s.) onda bu hadisələrdən və insanlardan qorxu hissi meydana gələ bilər.

  3. Valideynlərin narahatlığı yüksək səviyyədədirsə, və davamlı olaraq evdə problemlər haqqında danışılırsa, belə bir ailə daxilində yaşayan uşaqda da qorxu hissləri meydana gələ biləcək.

Qorxuların mövcudluğu normal əlamət sayılır, lakin uşağa zərər verəcək ölçüdədirsə, mütləq bir peşəkar mütəxəssisə müraciət edilməsi zəruridir. Uşaq psixiatrı və psixoloqu ilə əməkdaşlıq edilməlidir.
Uşağın verdiyi siqnalları şüurlu bir şəkildə qiymətləndirmək vacibdir. Bütün bunlara əhəmiyyət verməmək, laqeyd yanaşmaq, ona lağ etmək, uşağı mühakimə etmək, ya da daha çox təzyiq edərək “sən kişi adamsan, qorxmamalısan” kimi mülahizələr irəli sürmək problemi həll etmir,əksinə mövcud olan problemi daha da artırır.
Ailələr, hansı qorxuların normal, hansılarının isə mütəxəssis köməyinə möhtac olduğu ölçüdə olduğuna nəzarət etməlidirlər.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin