Həkim-gigiyenistin nümunəvi vəzifə



Yüklə 137,83 Kb.
Pdf görüntüsü
tarix01.01.2017
ölçüsü137,83 Kb.
#4350

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Həkim-gigiyenistin nümunəvi vəzifə 

 

    T Ə L İ M A T I 

 

I.  Ümumi müddəalar 

 

1. Bu vəzifə  təlimatı  həkim-gigiyenistin vəzifə öhdəliklərini, hüquq və 



məsuliyyətini müəyyən edir. 

2. Həkim-gigiyenist vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir.  

Respublika mərkəzlərində ali tibb təhsili olan və qanunvericiliklə müəyyən 

edilmiş qaydada “gigiyena”  ixtisası üzrə peşə hazırlığı  keçmiş, ixtisası üzrə ən azı 2 il 

əmək stajına malik  şəxs təyin edilir.  

3. Həkim-gigiyenist Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur 

və vəzifədən azad edilir. 

4. Həkim-gigiyenist bilavasitə şöbə müdirinin tabeliyində fəaliyyət göstərməklə, 

tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5. Həkim-gigiyenist aşağıdakıları bilməlidir: 

5.1.Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının 

səhiyyə qanunvericiliyinin və Əmək Məcəlləsinin əsaslarını; 

5.2. səhiyyə müəssisələrinin, o cümlədən dövlət sanitariya-epidemioloji 

xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.3. sosial gigiyenanın əsaslarını və sanitariya-epidemioloji xidmətin təşkilini;  

5.4. sanitariya qanunvericiliyini, sanitariya epidemioloji xidmətin fəaliyyətinin 

hüquqi əsaslarını; 

5.5. sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma 

və metodlarını; 

5.6.  təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını;  

5.7. laboratoriyanın işinin təşkilini; 

5.8. gigiyenik tərbiyənin və sağlam həyat tərzinin formalaşdırılmasının məqsəd 

və vəzifələrini, forma və metodlarını;  

5.9. inkişaf edən orqanizmin anatomik-fizioloji, yaş  və cinsi xüsusiyyətlərini, 

orqanizmdə patoloji proseslərin baş vermə  səbəblərini və onların inkişafı 

mexanizminin əsaslarını; 

5.10.  ətraf mühitin kimyəvi, fiziki və bioloji faktorlarının, fəaliyyətin müxtəlif 

növlərinin və yol verilən optimal iş yükünün gigiyenik normalaşdırma prinsiplərini

5.11. tədqiqatın gigiyenik, fizioloji, klinik, fiziki, kimyəvi, statistik, laborator və 

instrumental metodlarının əsaslarını; 


5.12.epidemiologiyanın ümumi qanun və meyarlarının ümumi prinsiplərini, 

yoluxucu xəstəliklərin bioekoloji xarakteristikasını, epidemiologiyasını  və onun 

inkişafına təsir edən  faktorları; 

5.13. epidemiya əleyhinə  tədbirlər sistemini, yoluxucu xəstəliklərin 

profilaktikası prinsiplərini və aradan qaldırılması yollarını;  

5.14.  gigiyenik və sağlamlaşdırıcı tədbirlərin təşkili və aparılmasını; 

5.15. əmək fəaliyyətinin təşkilinin nəzəri əsaslarını və gigiyenik prinsiplərini; 

5.16.  istehsalat mühiti faktorlarının gigiyenik xarakteristikasını (səs, toz, 

işıqlanma, titrəyiş, mikroiqlim);  

5.17. peşə yönümünün tibbi aspektlərini, peşələrin sanitariya gigiyenik 

 

xarakteristikasının tərtibi metodikasını; 



5.18.  əhalinin səmərəli qidalanmasının nəzəri  əsaslarını, vacib qida 

məhsullarının qida  dəyərliliyini;  

5.19. fiziki tərbiyənin nəzəri əsaslarını, təşkilinin forma və metodlarını; 

5.20.yaşayış yerlərinin (məntəqələrinin) layihələndirilməsi, tikintisi və 

abadlaşdırılmasının əsas müddəalarını;  

5.21. obyektlərin tikintisi,  yenidən qurulması üzərində aparılan dövlət 

sanitariya nəzarətinin mahiyyətini, forma və metodlarını;  

5.22. xəbərdaredici və cari sanitariya nəzarətinin mahiyyətini, təşkili və 

metodlarını;  

5.23. mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini;  

5.24. sanitariya maarifləndirmənin əsaslarını; 

5.25.   daxili əmək intizamı qaydalarını,  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası və yanğına qarşı mühafizə qayda və normalarını; 

 5.26.  sənədlərin tərtibatı qaydalarını, sanitariya-epidemioloji ekspertizanın 

keçirilməsi qaydalarını; 

 5.27.  Kompyuterlə  və digər müasir informasiya texnologiyları vasitələri ilə 

işləməyi; 

 5.28. kommunal gigiyena, qidalanma gigiyenası, uşaq və yeniyetmələr 

gigiyenası,  əmək gigiyenası  və  ətraf mühitin mühafizəsi, radiasiya gigiyenası üzrə 

digər məsələləri peşəkar səviyyədə bilməlidir. 

 

II.

 

Vəzifə öhdəlikləri 

 

6. Həkim-gigiyenist sanitariya qaydalarına, gigiyena normativlərinə riayət 



edilməsinə,  sanitariya-gigiyenik və epidemiya əleyhinə (profilaktik) tədbirlərin təşkili 

və aparılmasına nəzarəti həyata keçirir. 

8.  Əhali arasında xəstələnmənin baş verməsi və yayılmasının səbəbləri və 

şəraitini müəyyən edir. 

9. Sanitariya-epidemioloji salamatlığın təmin olunmasının məqsədli 

proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. 

10. Sanitariya-epidemioloji salamatlığın təmin olunması sahəsində  ərazilərin 

sosial-iqtisadi inkişafı proqramlarının layihələri üzrə təkliflərin hazırlanmasında iştirak 

edir. 


11.  Sanitariya epidemioloji ekspertizanı, araşdırma, müayinə, təhqiqat, sınaq, 

eləcə də toksikoloji, gigiyenik və digər qiymətləndirmə növlərini həyata keçirir. 

12. Əhalinin gigiyenik tərbiyəsi üzrə işi təşkil edir və həyata keçirir.  

13. Sosial-gigiyenik monitorinqin aparılmasında iştirak edir. 

14.  Öz ixtisası üzrə sanitariya-epidemioloji rəyləri hazırlayır.  

15. Başqa bölmələrin həkimlərinə gigiyena ixtisası üzrə  məsləhət yardımı 

göstərir. 

16. Ona tabe orta və kiçik tibb heyətinin işinə  rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

17.  Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, orta və kiçik tibb heyəti 

tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə 

yardım göstərir. 

18.  Tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak 

edir. 

19.  Öz işini planlaşdırır və iş fəaliyyətinin göstəricilərini təhlil edir. 



20.  Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında 

və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 

21. Sanitariya-maarifləndirmə işini aparır.  

22. Həkim etikasının qayda və prinsiplərinə riayət edir. 

23.  Müəssisə  rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, eləcə  də öz peşə  

fəaliyyəti üzrə normativ hüquqi aktları vaxtında icra edir. 

24. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, 

sanitariya-epidemioloji rejimə riayət edir. 

25. Mülki müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir; 

26. Kommunal gigiyena, qidalanma gigiyenası, uşaq və yeniyetmələr 

gigiyenası,  əmək gigiyenası  və  ətraf mühitin mühafizəsi, radiasiya gigiyenası üzrə 

digər məsələlərin dövlət sanitariya nəzarəti qaydasında həll edilməsini təmin edir. 

27.  Mütəmadi olaraq öz ixtisasını artırır. 

 

III.



 

Hüquqları 

 

28. Həkim-gigiyenistin  aşağıdakı hüquqları vardır: 

28.1. Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi ilə verilmiş, özünə 

aid olan səlahiyyətlərdən tam istifadə etmək; 

28.2. dövlət sanitariya-epidemioloji nəzarətinin təkmilləşdirilməsi, özünün 

əmək fəaliyyətinin təşkilinin və  şəraitinin yaxşılaşdırılması üzrə  rəhbərliyə  təkliflər 

vermək;  

28.3. tabeliyində olan orta və kiçik tibb heyətinin işinə  nəzarət etmək, 

göstərişlər vermək və onlardan dəqiq icra tələb etmək, onların həvəsləndirilməsi və 

tənbeh edilməsi  üzrə rəhbərliyə təkliflər vermək; 

28.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri tələb etmək, əldə etmək və istifadə etmək;  

28.5. onun işi ilə bağlı  məsələlərin müzakirə olunduğu elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək; 



28.6. qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi sahə üzrə 

təkmilləşdirmə kurslarından keçmək; 

28.7.  müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək; 

28.8. müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq məqsədilə 

attestasiyadan keçmək; 

29.  Həkim-gigyenist Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə uyğun 

olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

IV.

 

Məsuliyyəti 

 

30. Həkim-gigiyenist aşağıdakılara görə məsuliyyət daşıyır: 

30.1. ona həvalə olunmuş  vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

30.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 

30.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına 

riayət edilməsinə; 

30.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli tərtib edilməsinə;  

30.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyaların müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 

30.6. ona tabe olan işçilərin icra intizamına və  vəzifə öhdəliklərinin yerinə 

yetirilməsinə; 

30.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə  təhlükə yaradan təhlükəsizlik 

texnikası, yanğına qarşı  və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması 

üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər 

həyata keçirilməsinə görə məsuliyyət daşıyır. 

31. Həkim-gigiyenist  əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə  əsasən, hərəkətin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə  cəlb 

edilə bilər. 



Yüklə 137,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin