Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


Sosial qorxunun şagirdlƏrdƏ yaratdığı Əks tƏsirlƏr



Yüklə 1,4 Mb.
səhifə71/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   67   68   69   70   71   72   73   74   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

7.1.1. Sosial qorxunun şagirdlƏrdƏ yaratdığı Əks tƏsirlƏr


Şagirdlər tanımadıqları yerdə çox ürkək, səssiz, hərəkətsiz, utancaq bir davranış göstərirlər. Yaşıdlarının oyunlarına qoşulmayıb uzaqdan baxmaqla kifayətlənir, hətta bir küncə sığınıb gizlənərək, onları seyr edirlər. Oyunlara qatılsalar belə, başçılıq edə bilmir, orada arxa planda qalırlar. Məktəbə getmək istəməyib, müxtəlif bəhanələrlə evdə qalmaq istəyirlər.
Ana və ata tərəfindən daima danlanma, yaxud da çox kədərli bir hadisənin şahidi olmaq uşaqlarda bu qorxu hissini yarada bilər. Bəzi insanlarda hiss olunan sosial bacarıqlar zəifləyir, bu növdən müəyyən əlaqələrə yol açıb, sonrakı dövrlərdə sosial qorxuya gətirib çıxara bilir. Bəzən gənclər sosial həyatda öz inkişafı üçün müsbət addımlar atmaq fikrinə düşdükdə ana və ata tərəfindən fikir və hərəkət sərbəstliyinin verilməməsi onlara işində maneçilik yaradır və bu qorxu hissini artırır.
Bəzi araşdırmalara görə, sosial qorxusu olan insanlar ailələrini daha az ittiham edən, ailə şərəfinin yüksək dərəcədə qoruyucusu rolunu oynayırlar.
7.1.2. Uşağınız mƏktƏbƏ getmƏkdƏn qorxurmu?
Uşaq üçün qorxu hissi tanımadığı bir şəxsə qarşı göstərilən reaksiyadır. Normal inkişaf dövründə uşaqda qorxu hisslərinin mövcud olması təbii prosesdir. Bu, müdafiə olunma mexanizmlərinin inkişafı baxımından da lazımlıdır.
Təbii olaraq uşağın necə bir qorxu yaşadığını, onun dərəcəsini və səbəblərini yaxşı analiz etmək və ailəni düzgün istiqamətləndirmək mühüm məsələdir.
Körpəlik dövrlərində ani səs və yaxud tanımadığı şəxslərdən qorxan körpə, sonrakı dövrlərdə ilk dəfə qarşılaşdığı adam və vəziyyətlərə qarşı qorxu reaksiyasını göstərə bilər. Uşaq müxtəlif qorxular, yəni həkim, stomatoloq, heyvan, zərər görmə, məktəb, ata‐anaya və özünə bir şey olacaq kimi qorxuları yaşaya bilər.
Qorxular, hətta, fobiyə çevrilə bilər. Fobi qorxu hissinin adamın gündəlik həyatına mənfi istiqamətdə təsir edən, qeyri‐idarə vəziyyətini almış haldır. Uşaqlarda da ən çox müşahidə olunan ictimai həyat, məktəb , qaranlıq, təbii fəlakətlər, heyvan, qapalı yerdə qalma (lift və s.) və tək qalma fobi növləridir.
Məktəblərin açılış ərəfəsində uşaqları birinci sinfə qədəm qoyan hər bir valideyn, sanki ilk sinfindəki həyəcanı yenidən yaşayır.
Rahat ev şəraitinə alışmış hər uşağın nizam‐intizamla əhatə olunmuş məktəb həyatına başlaması müvəqqəti və psixoloji çətinliklər yarada bilər. Yeni dostların əhatəsində olmaq və müxtəlif paltarlar, rəngarəng qələmlər və dəftərlər, habelə fərqli oyunlar uşaqlar üçün yeni bir dünyaya açılmış pəncərə deməkdir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin