Əgər uşaq 15‐25 gün ərzində məktəbə alışmasa, məktəbdən çıxarılması məsləhətdir. Çünki buna hələ hazır deyil. Lakin əvvəl bağçaya gedən uşaqlarda məktəb qorxusu olmur, olsa da tez unudulur. Çünki o buna bənzər mühitlə tanışdır.
Uşağa laqeyd yanaşmaq və ya bunun tam əksini etmək onda hissi və şəxsi inkişafı ləngitdiyi kimi, həm də öyrənmə və adaptasiya problemləri də yaradır.
7.1.9. Tapşırığı hƏlletmƏ mƏsuliyyƏtinin yaradılması
Hər bir valideyn uşağının tapşırığı ilə maraqlanmalı, yaranan problemləri birlikdə həll etməlidir. Bu, uşaqların xoşuna gələcək.
Əgər anlamadıqları yerlər varsa, çəkinmədən kömək istəyə biləcəkləri deyilməli, onlara bələdçilik edilməlidir. Tapşırıqlarını etmək üçün uşaq çox məcbur olunmamalıdır. Uşaq məktəbdən gəldikdən sonra ilk iki saat içində ev tapşırıqlarını yerinə yetirməlidir.
7.1.10. Uşaqlarını mƏktƏbƏ hazırlamaq üçün ailƏlƏr nƏ edƏ bilƏr?
Uşaqları diqqətlə izləmək və onları tanımağa, anlamağa çalışmaq lazımdır. Bu haqda müxtəlif qaynaqlardan məlumat alına bilər (müəllimlərdən, mütəxəssislərdən və s. ).
İlk vaxtlardan başlayaraq hər axşam kitab oxumaq, sadəcə oxumağa olan marağını yox, dil inkişafını da artırır.
Öz işini özü görmə bacarığı aşılanmalıdır (özü geyinməsi, yeməsi kimi).
Valideynlər məktəbi seçir, lakin uşağın da gedəcəyi məktəb və alacağı təhsil ilə bağlı fikirləri öyrənilməlidir.
Məktəb üçün bazarlıq edilib, otağı onu oxumağa sövq edəcək şəkildə döşəməli, baş verəcək yenilik həyəcanı ilə birlikdə məsuliyyətləri də paylaşılmalıdır.
Bilik sadəcə məktəbdə qazanılmır. Bəzən uşaqlarınıza onların bilik səviyyələrini ölçmək üçün suallar verin və onları da sual verməyə təşviq edin.
Başladığı işi bitirmə, istəklərini təxirə salma, oyunların qanunlarına uyma bacarıqları aşılanmalıdır.
7.1.11. İbtidai mƏktƏbƏ başlamağın Əsasları nƏlƏrdir?
Məktəbə başlamazdan əvvəl təhsil alan uşaqların bacarıqlarını inkişaf etdirməyə daha meyilli olduqları görünür.
Masa arxasında oturmaq, deyilənləri dinləmək və onları düzgün olaraq həyata keçirmək, başladığı işi bitirmək də çox vaxt bacarıqlardır.
Qayçıdan istifadənin, hərfləri yazmağın və s. öhdəsindən asanlıqla gələ bilirlər.
Duyğu və düşüncələrini ifadə etməyə meyillidirlər və suallara cavab verə bilirlər.
Saymağı bacarır və toplama‐çıxmanın əsasını qoyurlar.
Rəngləri və əsas məfhumları bilirlər.
Günlük hadisələri zamana görə doğru ifadə edə bilirlər.
Məsuliyyətli və etdiklərinin nəticələrindən xəbərdardırlar.
Həmyaşıdları ilə problemlərini özləri həll edə bilərlər. Duyğularını da idarə etməyi bacarırlar.
Qrup oyunlarına qatılmağa, oyuna qəbul edilməyə, qanun və haqlara hörmətlə yanaşmağa istəklidirlər.77