UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
Valideynlərə tövsiyələr
Övladlarınızın məktəb həyatı ilə maraqlanın
Övladlarınızın yoldaşları ilə siz də dost olun
Övladlarınız arasında ayrı‐seçkilik salmayın
Övladlarınızda bəyəndiyiniz cəhətləri söyləyin və ona dəyər verin
Övladlarınızı tez‐tez tənqid etməyin
Televizora baxmaqlarında övladlarınıza yaxşı vərdişlər qazandırın
Övladlarınızın müəllimləri haqqındakı fikirlərini və yaxud narahatlıqlarını dinləyin
Övladlarınıza ehtiyacı olduğu qədər pul verin, digər bacı və qardaşı, eləcə də şagird yoldaşları ilə müqayisə etməyin
Övladlarınızın vaxtlı‐vaxtında dərsə gedib‐gəlməsinə nəzarət edin
Məktəbin ictimai həyatında iştirak etməsinə icazə verin
Ailədə maddi vəziyyətin yaxşı olmadığına görə, övladlarınıza soyuq və laqeyd münasibət göstərməyin
Ata ilə övlad arasındakı münasibət şah ilə vəzir arasındakı münasibətə bənzəməlidir
Övladlarınıza cavabdeh olun, məsuliyyətdən boyun qaçırmayın
Övladlarınızla təmənnalı şərtlər kəsməyin
Övladınızın dərsə və seçdiyi ixtisasa marağını artırın
Ailədə övladın isti sevgiyə, nəvazişə, diqqətə ehtiyac duyduğu bir vaxtda ona qarşı soyuq və kobud münasibət göstərməyin
Övladınızı güclü və iradəli olmağa çağırın
Övladlarınıza bahalı hədiyyələr almaqla, onları buna vərdiş etdirməyin.
8.7. NƏsillƏrarası uzlaşma
Psixoloqlar yeniyetməlik dövrünü 2 fərqli halda müşahidə etmişlər: 1‐ci halda, uşaqlar daha həssas, emosional və duyğularıyla hərəkət edən, ətrafdakı hadisələrdən daha tez təsirlənən və xarakterləri hələ formalaşmayan, 2‐ci halda isə fikirlərində qərarlı və qətiyyətli, özlərini böyük kimi göstərən, rəftar və davranışlarında, eləcə də ünsiyyət zamanı özünü çoxbilmiş kimi göstərməyə çalışan və özlərini xarakteri formalaşmış kimi göstərirlər.