UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
8.6. YeniyetmƏlikdƏ Əqli inkişaf
Yeniyetmələrdə fiziki və cinsi dəyişmələrlə birlikdə, zehni bacarıqlarında da dəyişikliklər baş verir. Əqli inkişaf yeniyetmələrin yalnız özlərinin, ailələrinin, yoldaşlarının və müəllimlərinin deyil, dünyagörüşləri üzərində də uzun müddət təsirli olur. Yeniyetmələrin düşünmə prosesi dəyişir. Getdikcə daha çox gələcək haqqında fikirləşir və mücərrəd düşüncələrin təsiri altına düşürlər. İdealizm, cinsilik, əxlaq, din və s. mövzularla əlaqəli özlərinə aid dəyərlər qazanırlar. 11‐12 yaşlarında başlayan məntiqi düşünmənin yeniyetmələr səviyyəsinə çatdığı bu zamana mücərrəd fəaliyyət dövrü deyilir. Mücərrəd fəaliyyət dövründə olan bir uşaq əsl problemlərini həll etmək məcburiyyətində olduğu halda (çünki onun düşüncəsi indiki zaman ilə məhduddur), mücərrəd fəaliyyət düşüncəsinə sahib olan yeniyetmə, ətrafını nəzəri bir keçmişə, ya da gələcəyə bağlayan ehtimal daxilində olan problemlərlə məşğul olur (gələcəyi nəzərə ala bilir). Mücərrəd fəaliyyət dövründə bir uşağa bilik mücərrəd olaraq verildikdə, biliyi sistemli və məntiqli bir ölçüdə qəbul edə bilir. Yeniyetmə isə hadisə baş vermədən nəticələrini təxmin etmək bacarığını inkişaf etdirir. Zehnində bir çox alternativləri gözdən keçirib analizetmə bacarığına sahib olan yeniyetmə məntiqi nəticələr əldə edə bilir və istər mücərrəd, istər konkret ölçüdə olsun, mürəkkəb problemləri sistemli şəkildə həll edə bilir.
Son nəticə etibarilə, yeniyetmələr gələcəyi proqnozlaşdırdığı istiqamətdə görmə və real, ya da ehtimal olunan problemlərə alternativ həll yolları fikirləşməklə bacarıq qazanırlar.
Yeniyetmənin gələcəyə meyilli planlar qura, davranışlarını tənqid edə, dəyərlər sistemini inkişaf etdirə bilməsi və özünü tanıyaraq qəbul edə bilməsi mücərrəd fikirləşmə bacarığının qazanılmasına səbəb olur. Bu səbəblə məktəblərimizdə uşağı maraqlandıran mövzular üzərində mücərrəd düşünmə bacarığının sərhədlərini genişləndirəcək debatlara yer vermək, onları dərsdən əlavə mütaliəyə istiqamətləndirmək, oxunanları dəyərləndirmək kimi fəaliyyətlər olmalıdır.84