Balaca bir qəsəbənin dörd müxtəlif məhəlləsi var idi. Birinci məhəllədə “Bəli amma”lar yaşayırdı. Bu “Bəli amma”lar elə düşünürdülər ki, hər zaman düzgün qərar verir və nə edəcəklərini bilirlər. Hər hansı bir problemlə üzləşdikləri zaman isə verdikləri cavab “Bəli amma” olurdu. Təbii ki, bu cavablar da həmişə yalnış idi. Günahı da başqalarının üzərinə atmaqda ustalaşmışdılar.
Ikinci məhəllədə “Edəcəyəm”lər məskunlaşmışdı. Nə edəcəklərini bildiklərinə inanır və özlərini bu edəcəkləri şeyə yavaş‐yavaş hazırlayırdılar. Tam edəcəkləri vaxtda şanslarının tərsinə döndüyünü iddia edirdilər. Bu məhəllədə yaşayan insanların dizləri döyülməkdən yara olmuşdu. Yaşamaları üçün vacib olan qərarları belə təxirə salırdılar.
Üçüncü məhəllədə yaşayan “Kaş ki”lər həyatı çox gözəl anlayırdılar. Nəyin necə edilməsi gərəkliyini çox gözəl bilirdilər, lakin… iş işdən keçdikdən sonra. Bunların da başları həmişə qan içində olurdu, divara vurmaqdan.
Qəsəbənin təbiətinin və evlərinin ən gözəl olduğu məhəllədə isə “Yaxşı ki etdim”lər yaşayırdılar. “Kaş ki” lər bu məhəlləyə gəzintiyə gələr və onlara heyranlıqla baxardılar. “Edəcəyəm”lər də “Kaş ki”lərlə birlikdə bu məhəlləyə gəlmək istərdi, lakin heç cür vaxt tapa bilmirdilər. “Bəli amma”lar isə məhəllədəki gözəllikləri görmək əvəzinə, ağacların kölgələrinin kifayət dərəcədə sıx olmamasından, günəşin daha tez doğması gərəkliyindən şikayət edərdilər. “Yaxşı ki etdim”lərin ən böyük çatışmamazlığı isə beyinlərində bəhanə uydurma mərkəzlərinin olmaması idi. Buna görə də yaşadıqları mühit həmişə gözəl, nizamlı və rahat idi.
Nə deyirsən?! Biz də bu həftə “Yaxşı ki etdim”lər məhəlləsinə köçəkmi?83
Hər yaşın özünəməxsus uyğunluq dövrü var və bu uyğunluq dövrü psixoloji cəhətdən emosional gərginliyi də özü ilə bir yerdə gətirmiş olur. Yəni sonrakı yaş mərhələsinin gətirdiyi yeni vəziyyətlərə uyğunlaşmaq, həm zehni, həm də hərəkətlə əlaqəli davranışlarda dəyişikliklərə səbəb olur.
Yeniyetmə uşaqlıq dövründəki vərdiş və fikirlərinin artıq özü üçün kifayət olmadığını fikirləşir. Emosional gərginlik mənimsənmiş olan bu vərdişlərin yerinə yenilərinin qazanılması nəticəsində ortaya çıxır.