DÇHP irsi və fizioloji bir məfhumdur. Valideynlərin davranışı uşağın DÇHP davranışlarına, nəzarət bacarıqlarına təsir edə bilir. Bəzi araşdırmalar göstərir ki, hamilə vaxtı ananın yaşadığı psixoloji gərginlik, həyəcan, sıxıntılar, ailə içində sistematik qalmaqal və yaxud da ananın spirtli içkilər
və narkotik maddələrdən istifadə etməsi dünyaya gələcək uşaqda DÇHPyə yol aça bilər.
DÇHP‐li uşaqların bir‐birindən heç bir fərqi yoxdur. Hər bir uşaq diqqətini bir yerə cəlb etməkdə və yerində oturmaqda çətinlik çəkir. Odur ki, bu problem 3‐7 yaş arasında başlayıbsa və onların yaşıdlarına nisbətən əlamətləri artıq və şiddətli olursa, bir çox vəziyyətdə eyni əlamətlər, davranışlar uşağın fizioloji və sosial həyatında vacib problemlərə yol açır. Lakin bunu bütün uşaqlara şamil etmək olmaz.
Əsasən ailədə və məktəbdə DÇHP‐li uşaqlar hərəkətlərində bir çox problemlər yaratdıqları zaman özlərini təqsirli bilmək yerinə, sadəcə üzr istəyib bəhanələr gətirməyi xoşlayırlar. Müalicənin psixi‐sosial tərəfi bu cür problemlərin qarşısını almaqla yanaşı, onların buraxdıqları kobud səhvlərin vərdişə çevrilməsinin qarşısını almaq üçündür. 87
7.2.3. DÇHP-li uşaqlarda davranış xüsusiyyƏtlƏri
Həddindən artıq hərəkətlidirlər;
Sinifdə bir yerdə oturmur, tez‐tez yerlərini dəyişməyi xoşlayırlar, əl və ayaqlarını davamlı oynadırlar;
Özbaşına qərar verməkdə çətinlik çəkirlər. Durmadan danışır, qışqırır, başqalarını bir işi gördükdə saxlayırlar;
Nizamsız olduqları üçün əşyalarını, kitablarını, qələmlərini və oyuncaqlarını tez‐tez itirirlər;
Tapşırıqların və fəaliyyətlərin təşkil edilməsində sıxıldıqları zaman çətinlik çəkirlər, dəftərlərinin başı‐sonu müəyyən deyil, çantalarını nizamlı bir şəkildə hazırlamazlar. Məktəbə aparılması lazım olan əşyaların çoxu çantasında yoxdur, ya da lazımsızlar vardır;
İstəklərini təxirə sala bilmirlər;
Soruşulan suallara, tamamlanmadan əvvəl cavab verməyə meyillidirlər;
Yalan danışa və oğurluq edə bilərlər.
Sosial
Dost tapmaqda və oyun oynamaqda çətinlik çəkirlər;
Sinif içində, ailə və məktəbdəki qayda‐qanunlara tabe olmaqda çətinlik çəkirlər;
Diqqətləri başqa bir yerdə olur, fikirlərini bir yerə cəmləyə bilmirlər;
Başqalarına qarşı bir qədər kobud, hörmətsiz və diqqətsizdirlər.
87 86‐cı dipnota bax
Zəka
Zəkaları normal, ya da normadan artıq olmasına baxmayaraq, ümumi dərs göstəriciləri aşağı olur. Çünki diqqət dağınıqlığı və çox hərəkətlilik uşağın dərs öyrənməsində çətinlik yaradır;
Diqqətləri çox qısa olur, fikirləri tez dağılır. Ümumiyyətlə, başladıqları işi başa vurmağa çətinlik çəkirlər;
Özlərinə verilən bir tapşırığı istədikləri kimi yerinə yetirə və ya bitirə bilmirlər. Bu çətinlik başqa səbəblərlə deyil, sadəcə diqqətsizliklə bağlıdır;
Diqqətlərini lazım olan yerə yönəltmirlər;
Zehin tələb edən işlərdən qaçırlar. İsrar edilərsə, daha böyük problemlər çıxara bilərlər;
Gündəlik işlərində unutqandırlar. İstirahət saatlarını, əşyalarını, müəllimənin valideynlərə göndərdiyi mesajları yaddan çıxarırlar;
İşlərini plansız, qaydasız və qarışıq bir şəkildə edirlər;
Düşüncələri inkişaf etməyib. Davranışlarının sonunu dəyərləndirmirlər.
Fiziki
Sümük inkişafı geri qala bilər;
Orta qulaq iltihabı, üst tənəffüs yolu infeksiyası ola bilər;