Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə77/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   73   74   75   76   77   78   79   80   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Qız uşaqlarında hiperaktivlik
H iperaktivlik özünü qız və oğlan uşaqlarında fərqli şəkildə büruzə verir.
Hiperaktivliyin pozulması cinsiyyətə görə fərqli əlamətlərə sahibdir.
Xüsusilə qız uşaqlarında hiperaktivlik problemi olmadan belə diqqətsizlik, fikir dağınıqlığı ola bilər. Çünki çox vaxt bu hadisələr qapalı, qaradinməz qız uşağında gizli qalır. Uşaq diqqətlərini toplamaqda çətinlik çəkir və bu xüsusiyyətin hiss olunması müəyyən zaman alır. Beləliklə də, çox qısa müddətdə diqqəti toplamağı, danışılan hər şeyə diqqətlə qulaq asmağı tələb edən məktəb mühiti onların qarşısına problemlər çıxarır. Qız uşağında hiperaktivliyin əlamətləri bunlardır:
Qız uşaqlarında fikir dağınıqlığı (diqqət çatışmazlığı) və hiperaktivliyin əsas əlaməti, başqa uşaqlardan gözlənilməyən işlərin onlar tərəfindən baş verməsidir. Məsələn, hündür bir divardan tullana bilirlər. Hərəkətləri qeyri‐iradidir, həddindən artıq fəal olurlar. Təhlükəli oyunlara maraq göstərirlər. Qız uşaqlarının oynadıqları əsas oyunların əvəzinə futbol, oğru‐polis, atışma kimi oyunlar oynayırlar. Digər qız uşaqları ilə əlaqədə, münasibətlərdə ciddi problemləri vardır. Həmyaşıdları ilə əlaqədə kəskin reaksiyalar verir, gözlənilməz hərəkətlər edirlər. Amma bu xasiyyətdə olan qız uşaqlarında cinsi mənsubiyyət ilə bağlı heç bir problem yoxdur. Hətta çox incə, nəzakətli, xanım kimi də ola bilirlər. Bu tip problemi olan uşaqlar oyun oynadıqda isə, hər zaman aparıcı olmaq istədiklərinə görə problemlərlə qarşılaşırlar. Bu qız uşaqları yetkinlik dövrlərində də çox hünərli olurlar. Bu da yetkinlik dövründə riskli hərəkətlər etmələri ehtimalını artırır. Küçə oyunlarına çox həvəsli, əsasən oğlanlarla dostluq etmək, evə gec gəlmək kimi xüsusiyyətlərə və “heç kim mənə heç nə edə bilməz” kimi düşüncəyə sahib olurlar.

7.2.4. DiqqƏt çatışmazlığının müsbƏt vƏ mƏnfi cƏhƏtlƏri


Uşaq hər iki imtahana eyni şəkildə hazırlaşdığı halda birindən 5, digərindən 3 qiymət alır. Burada, elə bil, uşağın beyni ikinci imtahanda tətilə çıxmış kimidir. Həm ailə üzvləri, həm də məktəbdəki müəllimlər uşağın əldə etdiyi bu nəticələr qarşısında heyrət edirlər. Kompyuter oyunlarına böyük həvəs göstərir və diqqətlərini bir nöqtədən digərinə keçirməkdə çətinlik çəkirlər. Onlar məktəbdə dərsi dinləməkdə eyni həvəsi göstərə bilmirlər. Bəzi uşaqlarsa dərs prosesində qanunları pozmadan yerlərində oturur, xəyallara dalır və səssiz olurlar. Ailələr uşaqlarının tənhalıqlarından və səssizliklərindən narahat olurlar. Xüsusilə, qızlar bu uşaq tiplərinə aid olub, tənbəl, depressiv və xəyalpərəst olurlar.
Çox zaman diqqət çatışmazlığı olan uşaqlar ətraflarında baş verən proseslərdən xəbərdar deyillər. Bu uşaqlar çox vaxt səssiz olur, özlərini idarə edə bilmir və kənar şəxslərin köməyinə ehtiyacları olur.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin