Xətalı gənclərin əsas ortaq xüsusiyyətləri nələrdir?
Yeniyetmələr, adətən necə davranmaq istəyirlər?
Yeniyetməlik dövründə yaranan ruhi sıxıntılara nümunə göstərin.
Yeniyetməlik dövründə ən çox baş verən həyəcan növləri hansılardır?
Gənclərin artıq emosional davranışlarının əsas səbəbləri?
Mücərrəd fəaliyyət dövrü hansı yaş dövrlərini əhatə edir?
11‐21 yaş arası dövrün mənfi cəhətləri hansılardır?
Yeniyetməliyin inkişafı üçün hansı tip tədbirləri həyata keçirərdiniz?
MƏntiqi testlƏr (istisnalar yolu)
Bir nəfər bankı yarıb. Qarətçi ya Zahid, ya Nəcəf, ya da Əlidir. Onlar ifadə verirlər. Müstəntiq bilir ki, onların üçü də yalan danışır.
Şəklə baxın və deyin görək bankı yaran kimdir?90
Hər portretin altında oğlanın adını yazın. Sizə məlumdur ki:
Mehdi ilə Bilal eynək taxır.
Bilal Dəmirlə Qasımın arasındadır.
Fazil əlləri üzərində dayanmayıb.
Sahiblə Dəmirin əlində heç nə yoxdur.91
Altı yeniyetmə – Arzu, Vahid, Tural, Səfər, Ramil və Paşa yataqxananın ikinci mərtəbəsində, ayrı‐ayrı otaqlarda yaşayır. Sizə məlumdur ki:
Səfər Paşanın otağına girmək üçün dörd qapıdan keçməlidir.
Ramilin cəmi bir divar qonşusu var;
Paşa vanna otağına getmək üçün Turalın otağından keçməlidir.
Ramilin otağı vanna otağına Vahidinkindən daha yaxındır.
A rzunun otağının iki qapısı var, onların heç biri Paşanın otağına açılmır.
Səfərin otağı Paşanınkından böyükdür.
Kim hansı otaqda yaşayır?92 S inif pəncərəsinin şüşəsini kimsə sındırıb. Bu zaman otaqda Natiq, Zərifə və Kamil olublar. Müəllim bilir ki, Natiq heç vaxt yalan danışmır, Zərifə həmişə yalan danışır, Kamil isə bəzən yalan, bəzən doğru danışır. Natiq: “Kamildə günah yoxdur”.