Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


DiqqƏt çatışmazlığı vƏ hiperaktivlik



Yüklə 1,4 Mb.
səhifə75/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   71   72   73   74   75   76   77   78   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

7.2. DiqqƏt çatışmazlığı vƏ hiperaktivlik


Diqqət çatışmazlığı və hiperaktiv pozulma insanda yaş və inkişafına uyğun olmayan ifrat hərəkətlilik, istəklərinə hakim ola bilməmək və diqqət problemlərini özündə göstərən psixoloji gərginlikdir. Belə bir psixoloji gərginliyə uşaq və yeniyetmələrdə də rast gəlmək olur. Göründüyü kimi, bu problem ailədə və məktəbdə daha tez özünü büruzə verir. Gəlin, bu problemin psixoloji xüsusiyyətləri ilə yaxından tanış olaq.
Müasir dövrdə diqqət çatışmazlığı nəinki uşaqlıq dövründə, həmçinin insanın sonrakı yaş dövrlərində də müşahidə olunur. Buna müxtəlif cəmiyyətlərdə, insanların aktiv iş fəaliyyətində, insanların bir‐birilə münasibətlərində rast gəlirik ki, bu məsələyə diqqət verilməsi və bu narahatlığın aradan qaldırılması vacibdir. Diqqət çatışmazlığını müəyyənləşdirib onun vaxtında qarşısını almaq üçün səy göstərilmədikdə bu, həmin insanların qarşısına təhsil və iş prosesində uyğun problemlərin çıxmasına səbəb ola bilər.78

7.2.1. XüsusiyyƏtlƏri


DÇHP‐in (diqqət çatışmazlığı və hiperaktiv pozulma) əsas xüsusiyyəti, sabit və davamlı diqqətsizliyin olması və daimi hərəkətlilikdir. Yeriməyə təzə başlayan bir və ya ikiyaşlı uşağın çox hərəkətdə olması uşağın inkişafında gözlənilən haldır. Amma on bir yaşında uşağın sinifdə 10‐15 dəqiqə belə otura bilməməsi onun inkişafında gözlənilməz haldır. Lakin ayrı‐ayrı hallarda bu kimi hərəkətlər edən uşağa bu problem aid edilə bilməz. Aid olma mərhələsində deyilənlər daha çox və ya müxtəlif halda ola bilər, sadəcə, unutqan və ya dostlarına qarşı dürüst olmaq bu çatışmazlığa uyğun sayıla bilməz.
Problemi daha dərindən araşdırarkən onun nə qədər böyük problem olduğunu görmüş oluruq. DÇHP problemi üçün uşağın inkişaf müddəti, tibbi vəziyyəti, DÇHP‐in ailədəki vəziyyəti, elmi məlumatı haqqında, sosialiqtisadi və psixoloji xüsusiyyətlər, uşağın və valideynlərin birlikdə nəzarət etməsi, test və müayinələrin edilməsi ən başlıca məsələlərdir.
Problemin çox hissəsinin eyni xüsusiyyətlərə malik olmasına baxmayaraq, uşaq və yeniyetmələr üçün müalicə müddəti fərqli ola bilir. Uşaq və yeniyetmələrdə müşahidə olunan DÇHP hallarının aşağıdakı şəkildə göstərmək olar.79

  • Çox danışan və səs‐küylü olurlar.

  • Ailə içində bu problemin olması normal əhaliyə görə daha çoxdur.

  • Ana‐atalarında spirtli içkilərə hərislik, xüsusilə də psixi və depressiv hallar daha çox müşahidə olunur.

  • Boyu və çəkisi yaşına görə az olur.

  • Dözümlü olurlar.

  • Xırdaçı və həssas olurlar.

  • Xətləri pis olur. Sinifdəqalma ehtimalı normal uşaqlardan daha çox olur.

  • Mərkəzi sinir sistemi daha az inkişaf edib.

  • Fərdi olaraq istifadə olunan İQ testlərində zehni inkişaf olduğundan daha az görünür. Bunun da əsas səbəblərindən biri zehni tənbəllikdir. – Daha çox oğlan uşaqlarında bu xüsusiyyətlərə rast gəlinir.

Uşaqlıq vaxtlarında dəcəl olanların hamısına rəftar və davranışlarındakı psixoloji xüsusiyyətlərə görə hiperaktiv adı verib onlara problem kimi yanaşmaq düzgün deyildir.
Bu şəxslərdə, ən azı, yeddi xüsusiyyət özünü göstərməlidir.

  • Ev tapşırıqlarında, digər fəaliyyətlərdə elementar səhvlər edir və üzərinə götürdüyü vəzifələrdə, yaxud da müxtəlif fəaliyyətlərdə diqqətli olmur və lazım olan şeyləri itirir (məsələn, oyuncaqlar, məktəb, ev tapşırıqları, qələmlər, kitablar və yaxud başqa dərs ləvazimatları);

  • Birbaşa özü ilə danışıldığı zaman qulaq asmır kimi görünür.

  • Təlimatları izləməyə hövsələsi çatmır.

  • Üzərinə götürdüyü iş və məsuliyyətləri yerinə yetirməkdə çətinlik çəkir.

  • Uzun sürən zehni fəaliyyət tələb edən işlərdən imtina edir, bunları xoşlamır, yaxud belə işlərdə iştirak etməkdə həvəssiz olur.

  • Diqqəti dağınıq olur.

  • Gündəlik fəaliyyətlərində çox zaman yaddaşı zəif olur.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin