8.3. YeniyetmƏlik dövründƏ yaranan ruhi sıxıntılar
Müşahidələrimiz göstərir ki, bu dövrdə bir qrup yeniyetmədə depressiya halları daha çox özünü göstərir. Özünəinam problemi, qarşı cinslə yaşanan problemlər, məktəb və ailə içindəki problemlər buna səbəb ola bilər. Ümumiyyətlə, bu tip depressiyalar qısa müddət ərzində yaşanır və müdaxilə etmək elə də vacib deyil. Yeniyetmə özünü üzgün və pis hiss edir, ancaq gündəlik həyatına davam edə bilər. Ruhi sarsıntı keçirən yeniyetmələrdə isə depressiyanın ağır formaları yaranarsa və belə bir psixoloji vəziyyətin qarşısı alınmazsa, yeniyetmə intihar edə bilər. Məsələn, özünü mənəvi cəhətdən dəyərsiz hiss edir. Bunun səbəbləri arasında yaxınlarını incitmək, ölümün nə olduğunu bilmək istəyi, yalnızlıq hissi, uşaqlıqdan gələn sevgi əskikliyi, ölüm‐ayrılıq və s. kimi travmatoloji mərhələlər vardır. Bundan əlavə, yeniyetmə müəyyən zaman əsəbi cəhətdən gərginləşəcək hallara düşə bilər. Bu zaman onunla söhbət etmək mənasızdır. Belə olan hallarda yeniyetmənin sakitləşməsini gözləmək məsləhətdir. Digər bir problem də yemək yemə qaydalarının pozulması ilə bağlıdır. Xüsusilə, çox yemək və ya yeməyi rədd etmə, həmçinin kök olduğunu fikirləşmək yeniyetmənin həlli vacib olan problemlərindəndir.81
8.4. YeniyetmƏlik dövründƏ Ən çox baş verƏn hƏyƏcan növlƏri
8.4.1. Qorxu
Yeniyetməlikdə qorxu hissi bir mənada uşaqlıq dövründə yaşanan hallar ilə eynidir. Gənc fərdlər üçün xüsusilə “bilinməyən” şeylər qorxunun əmələ gəlməsinə səbəb olur. Yeniyetmənin maraq göstərdiyi fəaliyyətlərin nəticəsini təxmin edə bilməməsi də onun qorxmasına səbəb ola bilər. Yeniyetməlikdə bütün hissi mövzularda fərdin özünə nəzarət edə bilmək vərdişini qazana bilməsi vacibdir.
Yeniyetməlikdə qorxu hissi üç əsas mərhələdə baş verir:
Obyektlərə qarşı hiss edilən qorxular: İlan, it, pişik, siçan, su, təyyarə, fırtına, od və sairə.
Sosial münasibətlərə qarşı hiss edilən qorxular: digər insanlarla tanış olmaq, lağlağa edən insanlarla bir yerdə olmaq, ictimaiyyət qarşısında danışmaq, ya da əksəriyyəti böyüklərdən ibarət bir qrupa üzv olmaq gənclərdə qorxu meydana gətirə bilər. Bu cür sosial qorxu utancaqlıq və ya təəccüblük şəklində görünür.
Yeniyetmənin özü ilə əlaqəli qorxuları: yoxsulluq, ölüm, özünün və ya ailəsindən bir fərdin ciddi bir xəstəliyə tutulması, məktəbdə və ya işində uğursuzluğa məruz qalması yeniyetmədə qorxu yarada bilər. Yeniyetmə qorxu vəziyyətində qaçma və ya vücudun taqətinin kəsilməsi, titrəməsi, tərləməsi kimi fiziki hadisələrlə qorxduğunu büruzə verir. Yaş artdıqca, ətraf mühitlə olan münasibətlərin artması nəticəsində qorxuların yavaş‐yavaş azaldığı görünür.
8.4.2. HƏyƏcan:
Həyəcanlar real səbəbdən çox, xəyali səbəblərdən əmələ gələn qorxu tipləridir. Ümumiyyətlə, həyəcan qorxudan daha uzun zamanı əhatə edir. Həyəcan, keçmişdə fərdi məmnun etməyən bəzi hadisələr nəticəsində əmələ gələ bildiyi kimi, fərdin gələcəklə əlaqəli fəaliyyətlərində də yarana bilər.
8.4.3. QƏzƏb:
Yeniyetməlik dövründə qəzəbə səbəb olan hadisələr, ümumiyyətlə, sosial tərkibli hadisələrdir. Əgər yeniyetməyə lağ edilərsə, ona yalan danışılarsa, onda qəzəb halları baş verə bilər.
8.4.4. Ruh düşkünlüyü:
Əgər bir yeniyetmənin arzu və ya məqsədinin qarşısına çıxan xarici və ya daxili maneələr varsa, o zaman yeniyetmədə ruh düşkünlüyü baş verəcəkdir. Belə psixoloji halların bir qismi qəzəbdən, amma əksəriyyəti psixoloji gərginlik və sıxıntı hallarından meydana gəlir. Müşahidələrimiz göstərir ki, bir qrup ruh düşkünlüyü yaşayan yeniyetmə üzüntülərini insanlara göstərməklə ətraf mühitin diqqətini cəlb edib onunla maraqlanmalarını istəyir. Fərdin ruh düşkünlüyü anında göstərəcəyi davranış onun yaşına, ictimai keçmişinə, təcrübələrinə və bu ruh düşkünlüyünün səbəbini qavrama ölçüsünə bağlıdır.
İctimai və bəşəri faktorlar yeniyetmədə özünə inamsızlıq hissi yaradır ki, bu da emosional gərginliyə səbəb olur.
Ailə içində emosional və sosial cəhətdən mükəmməl bir uşaqlıq dövrü keçirən fərd, yeniyetməlik dövrünün mənfiliklərini daha asan bir şəkildə həll edə bilər. Uşaqlıq illərində övladlarıyla dostcasına dialoq qurmağı bacaran valideynlər, bu dialoqu yeniyetməlik dövründə də davam etdirərək gənc üçün lazım olan rəhbərlik missiyasını da yerinə yetirmiş olurlar. 82
Sosial təzyiq nəticəsində əmələ gələn inamsızlıq və şübhəlilik hisslərinin yerinə, yeniyetməyə, bir şəxsiyyətə sahib olduğu hiss etdirilməli, işində və sosial həyatında arzularını, bacarıqlarını və ehtiyaclarını uyğun bir şəkildə həyata keçirə bilməsinə köməklik göstərilməlidir.
Yeni bir mühitə uyğunlaşmaq hər yaşda çətin olduğu kimi, yeniyetməlik dövründə uyğunlaşmanın daha da çətin həyata keçirildiyi müşahidələrimiz nəticəsində məlum olmuşdur. Bunun başlıca səbəbi, yeniyetmədən qısa bir vaxt içində bir çox yeni mühitə uyğunlaşmasının gözlənilməsidir.