Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə65/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   61   62   63   64   65   66   67   68   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

6.8. Kiçik yaşlı uşaqlarda diqqƏt


Diqqət. Məktəbə yeni gələn uşaq bağça dövründən fərqli olaraq sistematik təlim fəaliyyətinə cəlb olunur. Bu zaman birinci gündən başlayaraq şagirddən uzun müddət ayrı‐ayrı cisim və hadisələrə diqqət yetirmək, öz diqqətini zəruri cəhətlərə paylamaq, lazım gəldikdə diqqəti bir sahədən başqa bir sahəyə keçirmək tələb olunur. Bu keyfiyyətlər olmadan təlim fəaliyyətinin səmərəliliyindən də danışmaq olmaz. Məhz buna görə də bu cür tələblər qarşısında qalmalı olur və nəticədə onun diqqəti tədricən inkişaf etməyə başlayır. Göstərilən bu zəruri keyfiyyətlər uşaqlarda birdən‐birə yaranmır. Bu proses təlim‐tərbiyə işinin səmərəliliyi nəticəsində yaranmağa başlayır.
Məktəb prosesində uşaqlarda əsas etibarilə ixtiyari diqqət inkişaf edir. İxtiyari diqqət inkişaf etdikcə, diqqətin həcmi genişlənir. Diqqətin həcminin genişlənməsi isə şagirdin təlim fəaliyyətində müvəffəqiyyət qazanmasına müsbət təsir göstərir.
Uşaqda diqqətin həcmi yaş artdıqca genişlənir. Belə ki, birinci sinif şagirdi əlifbanı oxuyarkən, əvvəlcə ayrı‐ayrı hecaları qavrayır. Bu zaman onun diqqəti zəif olur. Lakin oxumağı öyrəndikdə sözləri birdən qavrayır, onun sürətli kitaboxuma qiraəti genişlənir. Bu, uşağın diqqət inkişafını nümayiş etdirir. Məktəblilərdə diqqətin mərkəzləşməsi və davamlılığı getdikcə təkmilləşir. Kiçikyaşlı məktəblilərdə diqqətin davamlılığı məktəbəqədər yaşlı uşaqlara nisbətən yüksək olsa da, yuxarı siniflərdə oxuyan uşaqlara nisbətən azdır. 7‐11 yaşlı uşaqlar, xüsusilə 1‐2‐ci sinif şagirdləri öz diqqətlərini eyni obyekt üzərində ixtiyarı olaraq 10‐15 dəqiqədən artıq saxlaya bilmirlər. Bu vaxt keçdikdən sonra onların diqqətləri asanlıqla başqa obyektə yönələ bilir.
Kiçik məktəb yaşlı uşaqlarda qeyri‐ixtiyari diqqət ixtiyari diqqətə nisbətən üstünlük təşkil edir. Qeyri‐ixtiyari diqqətin davamlılığı ixtiyari diqqətə nisbətən yüksək olur.
Məlum olduğu kimi, qeyri‐ixtiyari diqqət ən çox uşağın marağı ilə əlaqədardır. Məktəbə daxil olmaqla uşağın marağı, xüsusilə təlim fəaliyyətinə olan marağı genişlənir və inkişaf edir. Lakin ilk dövrlər hələ azyaşlı məktəblilərdə maraq mərkəzləşməmiş olur. İlk dövrlər uşağı təlim prosesində qazanacağı bilikdən çox, onun üçün yeni olan məşğələlər cəlb edir. Ona görə də uşağın diqqəti ilk dövrlər qeyri‐ixtiyari şəkildə həmin sahələrə yönəlir. Get‐gedə uşağın diqqəti bir sahəyə doğru davamlı, başqa sahəyə isə davamsız olur. Bir sahə qeyri‐ixtiyari olaraq uşağın diqqətini özünə cəlb edir, başqa sahə isə cəlb etmir.63
Diqqət öz‐özlüyündə müstəqil proses olmasa da, hər bir idrak prosesinin mütəşəkkil surətdə cərəyan etməsi üçün ən zəruri amildir. Təsadüfi deyildir ki, K. D. Uşinski xarici aləmdən insanın şüuruna daxil olan nə varsa, onların hamısının diqqətin qapısından keçdiyini qeyd edir.
Diqqət mövcud anda subyektin fəaliyyətinin hər hansı bir ideal və real obyekt, hadisə, predmet üzərində cəmləşməsidir. Diqqət psixi proseslərin (görmə, qavrayış, hafizə, təfəkkür, təxəyyül) cərəyanetmə dinamikasını xarakterizə edir. Uşaq şəxsiyyətində qeyri‐ixtiyari və ixtiyari diqqət funksiyası fəaliyyət göstərir. Kiçik yaş dövrlərində uşaq şəxsiyyətində qeyri‐ixtiyari diqqət üstünlük təşkil edir. Hər bir yeni, parlaq, qeyri‐adi görünən əşya uşaqların diqqətini özünə cəlb edir. Cəlbedicilik onların əyani, obrazlı təfəkkür xüsusiyyətləri ilə əlaqədardır. Məsələn, Əli evdə maşınla oynayarkən, atası yaxınlaşıb təzəcə aldığı topu ona göstərir. Əli topu görcək əlindəki maşını atıb topla oynamağa başlayır.
Təlim fəaliyyəti prosesində uşaqlar mühüm fəaliyyəti qeyri‐mühüm fəaliyyətdən fərqləndirməyə başlamasalar da, əsasən, özlərini maraqlandıran, ruhlarına, zövqlərinə, tələbatlarına uyğun məsələlərə daha tez və daha çox diqqət yetirirlər.
Yuxarıda qeyd edilənlərlə yanaşı, uşaq şəxsiyyətində uşaqların gələcək təlim fəaliyyəti dövrünədək onlarda ixtiyari diqqətin tərbiyə edilməsinə cəhd göstərilməlidir. Bunun üçün uşaqlara məqsədəuyğun işləmə bacarığını aşılamaq lazımdır. Tədqiqatlardan məlum olmuşdur ki, uşaqlara nə qədər çox maraqlı oyunlar, eləcə də müxtəlif fiqurlarla olan qurmalar öyrədilərsə, bu, onlarda beynin diqqət mərkəzində olan retikulyar formasiyanın normal tənzimlənməsinə müsbət təsir göstərəcəkdir. Yəni diqqətin xassələrindən olan keçiriciliyin, davamlılığın, paylanmanın, həcmin, yayğınlığın inkişafına səbəb olacaqdır. Odur ki, yönəlişliyin və mərkəzləşmənin xarakterindən asılı olaraq, diqqətin qeyri‐ixtiyari (niyyətsiz) və ixtiyari (niyyətli) növləri ayırd edilir. Məsələn, valideyn uşağına deyir: “Ülvi, gəl, birlikdə bu fiqurlardan ev quraq. Bunun üçün əvvəlcə fiqurları bir yerə yığmaq, sonra isə onları bir‐bir rənglərinə uyğun qurmaq lazımdır. Bax belə, gördün? İndi isə özün yığmağa başla”. 64

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin