Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə55/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   51   52   53   54   55   56   57   58   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

6.4. DırnaqyemƏ


D ırnaqyemə xoşagəlməz bir vərdişdir. Ümumiyyətlə, uşaqlarda 3‐4 yaşlarında müşahidə olunur, amma 15‐ci ayında da özünü göstərə bilər. Bəzi uşaqlarda bu vərdiş uşaqlıq və yeniyetmə vaxtlarına kimi davam edə bilər. Dır‐nağın diş ilə qoparılması, bəzən qoparılmış parçaların udulması, dırnağın kənarındakı ətin qoparılması və yeyilməsi kimi müxtəlif növləri var. Bu uşaqlar ya qapalı, ya həyəcanlı, ya da tez hirslənən olurlar. Dırnaqyemə ümumiyyətlə, uşaqlarda görünən bir davranışdır. Araşdırmalar 6 yaş ətrafı uşaqların təxminən 25%‐inin dırnaq yediyini ortaya qoyur. Bu davranış pozuqluğu uşağa həm fiziki, həm də ictimai mənada mənfi təsir göstərir.
Dırnaqyemə vərdişinin səbəbilə əlaqədar iki təməl şərh var.
İlk olaraq, bu davranışı qayğıyla əlaqələndirirlər (Hadley, 1984). Sinir‐ləri gərilmiş bir uşağın bunu çölə dırnaq yeyərək əks etdirdiyi söylənilir.
İkincisi, ʺekoloji təzyiqʺ hipotezi (Schendler, 1984). Bu hipotez isə mühərrik hərəkətləri məhdudlaşdırılmış uşaqların dırnaq yeməyə daha meylli olduqlarını müdafiə edir. Dırnaqyemənin səbəbləri:
Bu hal ana və atanın uşaqları ilə kifayət qədər münasibətdə olmaması və uşağa qayğı və sevgi göstərməmələri ilə bağlıdır. Bunlardan aşağıdakıları göstərə bilərik:

  • Çox danlanılan və üzərində çox təzyiq olan uşaqlarda;

  • Yeni doğulmuş qardaşı (bacı) qısqanma və yaxud yaxın birisini itirmə kimi stresli hallar;

  • Ailə içində kiminsə dırnaq yeməsi;

  • İnamsızlığını, gərginliyini və hirsini sakitləşdirmək üçün;

  • Dərs oxumağı sevmədiyi halda, buna məcbur edilmək və cəmiyyət içində danışmaqdan qorxmaq kimi sıxıntı verən davranışlar da dırnaq yemək kimi vərdişlərə səbəb olur.

Dırnaq yemək vərdişini doğuran səbəblərdən biri də ailədə baş verən problemlər, qorxu və stresdir.
Ata‐anasına acığı tutan, məktəbdə sinif yoldaşları ilə problemləri olan, sevdiyi bir şeyi itirən, ailəsindən, yaxud müəllimindən qorxan uşaqlarda dırnaq yemək vərdişi daha çox özünü göstərir.
Təkliflər

  • Uşaqların ana və atası ilə rahat şəkildə düşüncələrini, hisslərini bölüşmələri də dırnaq yemək vərdişini azalda bilər.

  • Ailə içində uşaqlarla daha mülayim davranılması;

  • Evdəki rahatsızlığı aradan qaldırıb sakit, rahat bir şərait qurulmalıdır ki, uşaqlarda inam hissi yaransın.

  • Ailə üzvləri uşaqların dırnaq yeməsini daima üzə vurmamalıdır, çünki bu vərdiş daha da arta bilər.

  • 3‐4 yaşına qədər bu vərdiş ana və ata tərəfindən heç bir reaksiya verilmədiyi üçün yaranır.

  • Başqaları bu vərdişin zərərini uşağa uyğun bir dillə başa salmalıdır.

  • Uşağın dırnaq yeməsini barmaqlarına istiot sürtmək, əllərinə əlcək geyindirmək kimi hərəkətlərlə tərk etdirə bilməzsiniz. Çünki bu hallarda uşaqlar dırnaq yeməsini daha da artırırlar.

  • Dırnaq yemək vərdişi də barmaq sormaq alışqanlığı kimi, yaş artdıqca unudulur və bu, valideynləri çox narahat etməməlidir. Ailədə narahatçılığın, uşaqlar üzərində qorxunun, həyəcanın artması bu adətin uzanmasına səbəb olur.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin