Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


Özünü yoxlamaq üçün sual vƏ tapşırıqlar



Yüklə 1,4 Mb.
səhifə51/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   47   48   49   50   51   52   53   54   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Özünü yoxlamaq üçün sual vƏ tapşırıqlar


  1. Uşaq tərbiyəsində hansı təlim nümunələri var?

  2. Uşağı tanımadan onu tərbiyə etmək olarmı: “hə”, yoxsa “yox”? Fikrinizi əsaslandırın.

  3. Uşağın inkişafında psixoloji xüsusiyyətlərin nə kimi rolu var?

  4. Neçə cür ailəiçi davranışlar var?

  5. Sizin ailəniz ailəiçi davranışlardan hansını əks etdirir?

édƏbiyyat


  1. Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı”, Maarif nəş. ‐ 1969

  2. Muhammed Bozdağ “Sevgi Zekası” YAKAMOZ yayıncılık, 1. BASKI, İSTANBUL, 2007

  3. A.İbrahimov, H.Xəlilov, “Sağlam Övlad, Düzgün Tərbiyə ,Təmiz Nitq”, Misri, Bakı ‐ 2004

  4. Adem Güneş “Çocuk Terbiyesinde Doğru Bilinen Yanlışlar”, Nesil nəş. İstanbul ‐ 2008

  5. Gül Şendil, “Çocuk, Ergen ve Anne‐Baba”, Melisa nəş. – 2003

6. http://www.mcaturk.com/COCUKLAR‐DA‐STRESE‐GIRER_1691.html


  1. Prof.Dr. İsmet Barutçugil, “Eğiticinin Eğitimi”, Kariyer nəş. İstanbul‐2002

  2. Ə.Ə. Əlizadə, A.N. Abbasov, “Ailə”, Maarif nəş. Bakı – 1989

  3. Ə.S. Bayramov, Ə.Ə Əlizadə, “Sosial Psixologiya”, Qapp‐Poliqraf nəş. Bakı – 2003

  4. Ə.S. Bayramov, Ə.Ə. Əlizadə, M.Ə. Həmzəyev “Ümumi Psixologiya”, Maarif nəş. – 1982

VI FéSİL Uşaqlıq dövrü davranış problemlƏri


6.1. Hirs


Həyatın erkən yaşlarında yaşanan hisslərdən biri də hirsdir. Hansı səbəblərdən ortaya çıxdığı əvvəlcədən bilinmir. Bunun səbəbi fərdi fərqliliklər olduğu qədər, uşaqların qarşılaşdığı fərqli hadisələr də ola bilər. Ona görə də uşağın o andakı mövqeyi valideyn tərəfindən müəyyənləşdirilməyə bilər. Ancaq qarşımıza çıxan hirsli halların ortaq nöqtələri bizi hirsin yaranma səbəbləri barədə xəbərdar edə bilər. Uşaq və yeniyetmələrin hirslə bağlı psixoloji‐emosional vəziyyətlərini nəzərə alıb, psixoloqlar onu bir neçə mərhələyə bölüblər.
B irinci əlamət uşaqlarda yaranan qorxudur. İkinci əlamət isə hirsin yaratdığı fizioloji dəyişikliklərdir: ürək döyüntülərinin və tənəffüs sisteminin pozulması, əllərin tərləməsi, qan dövranının sürətlənməsi baş verir. Bunlar xaricdən görünmür, sadəcə fərdin özü hiss edir. Hər iki əsas bütün insanlarda eynidir. Üçüncü əlamət hirs reaksiyalarıdır ki, eyni uşaqlarda fərqli zamanlarda və fərqli hallarda baş verə bilər. Hirsin son əsası hirsi meydana gətirən hadisədir. Hər uşaq üçün fərqli olan bu əsas, eyni uşaq üçün içində olduğu hal ilə bağlı fərqlilik göstərə bilər. Hirsə səbəb olan ən əhəmiyyətli təsir, istənilən hədəfə çatmağın qarşısının alınmasıdır. Uşaqların istədiyi oyuncaqla oynamasına icazə verilməməsi, anasının yanından uzaqlaşması kimi bir çox səbəb hirs yarada bilər.
Yaranan vəziyyətin hirsə səbəb olub‐olmamasını müəyyənləşdirən digər bir əlamət isə yaşdır. Yaşa bağlı olaraq, uşaq öz dünyasında yeni bir şeyi kəşf edərkən, valideynin onu qorumaq məqsədi ilə etdiyi müdaxilə uşaqda əngəllənmə hissi yaradır və nəticədə uğursuzluq baş verdikdə uşaq əsəbiləşir. Yaş artdıqca hirsin ortaya çıxma tezliyi də azalır.
Hirsin göstəricisi olan ümumi ünsürlər var. Bunlardan biri valideynlərin uşaq yetişdirmə stimullarıdır. Valideynlərin uşaqlarına verdikləri cəzalar uşaqlardakı hirs və hirsin şiddətini və ya aqressivliyin dərəcəsini dəyişdirir. Uşaq işlədiyi günahın arxasınca verilən cəzanın səbəbini anlamalıdır. Əks təqdirdə, haqsızlığa məruz qaldığını zənn edərək hirsin şiddətini daha da artıracaq və kənara da əks etdirəcək. Belə hal da ruh düşkünlüyünə səbəb olacaq. Cəzanın haqsız olduğunu düşünən uşaq hirsini ya cəza verənin üstünə, gücü çatmadığı halda isə özündən zəif insanların və ya əşyaların üstünə tökəcək. Ayrıca, valideynlərin verdikləri cəzalar uşaqların reaksiyalarını və şiddətlərini müəyyənləşdirir. Uşağın istəyinə qarşı verilən cəzanın şiddəti cəzanın tipindən daha əhəmiyyətlidir. Qüvvətli bir istək qarşısında yüngül cəzaya məruz qalan uşaq oxşar hallarda da cəzaya baxmayaraq, eyni halı təkrarlayır. Çünki alacağı cəza istəyinin qarşısını ala bilməz. Amma qarşılaşacağı cəzanın şiddəti istəyinin şiddəti ilə eyni olarsa, bu hal təkrarlanmaz. Valideynlərin stimullarının hirsin ortaya çıxmasına və şiddətinin dərəcəsinə təsirli olan digər hal isə model seçməkdə qarşımıza çıxır. Uşaqlar ilk olaraq hərəkətlərinə istiqamət vermək üçün model olaraq valideynlərini seçirlər və onları təqlid edirlər. Valideynlərin hirsli vaxtlarında etdikləri hərəkətlər uşaqları üçün bir model təşkil edəcək. Beləliklə, valideynlər istəmədən də uşaqlarına təcavüzkarlığı öyrədə bilərlər. Valideynlər verdikləri cəzada çox sərt hərəkət etdikdə və ya ortadakı halı qaldırmaq üçün sərt reaksiyalar verdikdə uşaqdakı təcavüzkarlığın şiddəti daha da artar. Bunun üçün də uşaqlara qayğı ilə yanaşmalıyıq.
Hirs fərqli şəkillərdə ortaya çıxsa da, uşaqlarda ümumi görülən reaksiya şəkilləri var. Körpələr hirs reaksiyalarını ibtidai fiziki hərəkətlərlə göstərir. Dörd yaşından əvvəl hirs məqsədə yönəlmiş olmaqdan daha çox, bir “partlama” xarakterlidir. Dörd yaşından sonra isə qazanılan təcrübələrə dayanaraq hirs saylarında azalma görünür. Uşaq göstərdiyi reaksiyanın kənardakılar tərəfindən təsdiqlənmədiyini gördüyü zaman hirsini nəzarət altına alır və küsmə, sifət göstərmə, mızıldanma kimi reaksiyalar göstərməyə başlayır və hirsləndiyi zaman əşya ilə hadisədən intiqam almağa çalışır. Bunlara dil də əlavə edilir. Dilin inkişafı ilə uşaq, hirsini bildirmək üçün dilini də istifadə etməyə çalışır. Məktəb yaşına çatan uşaqlarda dil daha təsirli bir ifadə şəklidir. Əvvəlcə istifadə etdiyi fiziki təcavüzlərin çox reaksiyaya səbəb olduğunu və təsdiqlənmədiyini görən uşaq söyüş söymək, ya da lağ eləmək kimi sözlü təsirlərdən istifadə etməyi seçə bilir. Uşağı çox qəzəbləndirdikdə hirsini daha kiçik uşaqlardan, heyvanlardan və sevmədiyi insanlardan çıxmağa çalışır. Bəzi uşaqlar isə başqalarına deyil, özlərinə zərər vermək, özlərinə acımaq və ya valideynlərini evdən qaçmaqla hədələmək yolunu seçə bilirlər.
Valideynlərin uşaqlarının hirs partlamalarının öhdəsindən gəlmək üçün işlətdikləri bir çox yollar vardır. Bu yolların müəyyənləşməsində hirslərin sıxlığı və şiddəti rol oynayır. Diqqət çəkiləsi hal, valideynlərin uşağın hirsli zamanlarında son dərəcə sakit və mülayim olmalarıdır. Mühafizəkar davranışlar göstərərək uşaqların onları bir nümunə olaraq gördükləri unudulmamalıdır. Bunların xaricində uşaq qorunmalı və hər şeyi kəşf etmək istəyəndə əngəllərlə qarşılaşmamalıdır. Ancaq aradakı balansı tənzimləmək lazımdır.55

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin