Piajenin dörd mərhələsi Qeyd etdiyimiz kimi, Piaje koqnitiv inkişafı dörd əsas mərhələyə bölür.
Gəlin, bu mərhələlərin hər biri ilə daha ətraflı tanış olaq.
Sensor‐hərəkətli mərhələ – anadan olandan təqribən iki yaşa qədər.
Əməliyyatqabağı mərhələ – iki yaşdan yeddi yaşa qədər.
Konkret‐əməliyyat mərhələsi – yeddi yaşdan 11‐12 yaşa qədər.
Formal‐əməliyyat mərhələsi. 44
44 166‐167)
Sensor‐ hməərərhkəəltliə
əməliyyat mərhələsi Şəkil 4: Piajenin dörd mərhələsi
4.4.1. Sensor-hƏrƏkƏtli mƏrhƏlƏ45
S ensor‐hərəkətli mərhələ sensor‐hərəkətli fəaliyyətlərin ardıcıllığından ibarətdir. Uşaqlar görmə, hissetmə, dadbilmə, eşitmə, iybilmə vasitəsilə ətraf aləmlə ünsiyyətə girir və bu zaman özlərini ünsiyyətdə olduqları mühitin mərkəzində hiss edirlər və hər şeyi özləri ilə müqayisə edirlər. Uşağı ən
45 167‐168)
sadə hərəkətlər maraqlandırır: məsələn, nəyisə əlinə götürmək, yastığa tullanmaq, barmaqları ilə oynamaq. Bu mərhələdə fikirləşmə (əgər varsa) ətraf aləmdən gələn qıcıqlara cavab əlaməti kimi uşaqla onu əhatə edən material aləm arasında əlaqələndirici rolunda çıxış edir. Bununla belə, bu mərhələnin son etapında simvolik oyuna, imitasiyaya və obyektlərin təsəvvürünə keçid baş verir. Elkində görə bu mərhələnin ən səciyyəvi xüsusiyyəti əşyanın dərk edilməsidir. (Elkind, 1967).
4.4.2. émƏliyyatqabağı mƏrhƏlƏ41
Əməliyyatqabağı mərhələ – bu, uşağın danışmağa başladığı mərhələdir. Bu mərhələdə uşaq ətraf aləmi yalnız hərəkətetmə fəaliyyəti və birbaşa qarşılıqlı təsir vasitəsilə yox, həmçinin simvolların manipulyasiyası vasitəsilə öyrənir. Bu zaman simvolik oyun və ya qəbulolunmuş (daxili) imitasiya başlayır. Simvolun özünə tabe edilməsi əməliyyatqabağı mərhələnin əsas vəzifəsidir. (Elkind, 1967).
Bu mərhələdə uşaqlar induktiv və ya deduktiv təfəkkür yox, əsasən transduktiv düşünmə tərzindən istifadə edirlər. Bu o deməkdir ki, uşaq öz düşüncəsində nə xüsusi haldan ümumi hala keçir (induktiv), nə də ümumi haldan xüsusi hala keçir (deduktiv). O, xüsusi haldan xüsusi hala keçərək transduktiv düşünmə tərzini istifadə etmiş olur. Məsələn, o fikirləşir ki, yaxınlığında olan böcək onun üstünə tullana bilər, həmçinin balaca bir pişik balası da bunu edə bilər, çünki onlar oynamağı çox sevirlər. Amma it bunu edə bilməz, çünki o digərlərinə nisbətən daha böyükdür (amma əslində it də onun üstünə tullana bilər). Düşünmə tərzində yanlışlıq var: uşaq hələ də ümumi bir fikrə gələ bilməyib ki, itlər də insanların üstünə tullana bilər.
Bu mərhələdə uşaqlar bəzən sinkretik səhvlərə yol verirlər, onlar əslində bir‐biri ilə heç bir əlaqəsi olmayan hadisələri əlaqələndirmək istəyirlər. Məsələn, keçən dəfə xəstəxanaya aparılan anası uşaq dünyaya gətirmişdi və uşaq belə düşünməyə başlayır ki, anası yenə də xəstəxanaya getsə, uşaq dünyaya gətirəcək.
Uşağın əməliyyatqabağı düşüncə tərzi eqosentrikdir; uşaq başa düşməyə çətinlik çəkir ki, axı niyə ətrafdakılar da onun kimi düşünmür. O, valideynlərini çirklənmiş gəlinciyi yumamağa inandırmaq istəyir, amma bu onda alınmadıqda, o məyus olur. Gəlinciyin bu halı uşağa daha yaxın gəlir və bu ona ən vacibdir, valideynləri üçünsə vacib olan gəlinciyin çirkli olmamasıdır.
Bu mərhələdə düşünmə üçün həmçinin əlamətləri yuxarıda göstərilən mərkəzləşmə də xarakterikdir. Bu, fikrin bir əlamətə cəmlənməsi və onun digər aspektlərə yönləndirilə bilinməməsi tendensiyasıdır. (Muuss, 1988). Məsələn, əgər biz iki stəkana eyni miqdarda su əlavə etsək, uşaq fikirləşəcək ki, stəkanlarda eyni miqdarda su var. Amma stəkanlardan birindəki suyu daha geniş bir qaba töksək, uşaq elə fikirləşəcək ki, həmin qabdakı su daha çoxdur, çünki həmin qab daha genişdir. O həmin qabın daha geniş olmağına və oraya su tökülən zaman onun miqdarının dəyişilmədiyinə fikir verməyəcək. Uşaq bu mərhələdə öz düşüncəsində yalnız bir əlaməti saxlaya bildiyi üçün o yanlışlığa yol verir və onun arqumentlərindəki məntiqi ardıcıllıq pozulur. Düzdür, o düşünür, amma bu, hələ əməliyyat düşüncəsi deyil.
4.4.3. Konkret-ƏmƏliyyat mƏrhƏlƏsi47
Konkret əməliyyat (fəaliyyət) mərhələsində uşaqlarda məntiqi düşüncə tərzinin bəzi əlamətləri müşahidə edilir. Məntiqi düşüncə tərzinin yaranması səbəblərindən biri də odur ki, indi uşaq obyektləri iyerarxik təsnifatda birləşdirməyi və onların hər hansı bir sinfə aid olmasını anlayır (obyektlərin iyerarxik təsnifatın müxtəlif siniflərinə eynizamanlı aidliyini fərqləndirə bilir). Bu, hissələrin tama, tamın hissələrə və tamın hissələrinin bir‐birinə olan əlaqəsini anlamağa imkan yaradır. Məsələn, uşağa qarışıq şəkildə göy və qırmızı kvadratlar və qara‐ağ dairələr verək. Əgər o iyerarxik təsnifatı bilirsə, onda ona verilənlər arasında 2 əsas sinfin (kvadrat və dairə) və onların da hər birinin iki əlavə sinfinin (kvadratlar göy və qırmızı, dairələr isə qara və ağ) olduğunu anlayacaq. Beləliklə, fiqurlar ara‐
47 169‐170)
sında əsas sinfi formaya, ondan törəmə sinfi isə rəngə görə qruplaşdırılan iyerarxiya yaranacaq. Bu da uşağa bir neçə məntiqi nəticəyə gəlməyə imkan verəcək: məsələn, hər hansı bir kvadrat ya göy, ya da qırmızı ola bilər, göy kvadratların miqdarı bütün kvadratların miqdarından azdır, əgər qırmızı kvadratları götürsək, onda yalnız göy kvadratlar qalacaq və s.
Konkret əməliyyat mərhələsində uşaq həmçinin obyektləri müəyyən əlamətlərinə görə siniflərə bölərək təsnifatlandıra bilir. Məsələn, heyvanları təsnifatlandırarkən o, it və pişiyi müxtəlif siniflərə aid edə bilər, sonra isə iti növünə (məsələn, buldoq və tula), rənginə və ya ölçüsünə görə alt siniflərə ayıra bilər. O anlamağa başlayır ki, müxtəlif obyektləri ölçüsündən, əlifba sırasından və ya yaşından asılı olaraq müxtəlif siniflərə ayırmaq olar və bu zaman eyni obyekt bir neçə sinfə aid ola bilər. Yoldan keçən bir uşaq eyni zamanda həm oğlan, həm şagird, həm idmançı, həm də sarışın ola bilər. Bu mərhələdə simmetriya və ya ekvivalentliklə tanışlıq baş verir: hər iki qardaşdan biri digərinə qardaş gəlir. Rəqəmlərlə işləyərək uşaq anlayır ki, müxtəlif kombinasiyalar eyni bir nəticəni verə bilər və bu nəticəni dəyişməyərək proses zamanı müəyyən əvəzetmələr aparıla bilər. Bərk və yumşaq cisimlərlə təmasda olan uşaq anlayır ki, heç də həmişə o düşündüyü kimi forma dəyişikliyi həcm və kütlə dəyişikliyinə səbəb olmur.
Piaje koqnitiv inkişafın bu mərhələsini konkret əməliyyat mərhələsi adlandırıb, çünki bu cür düşünmə tərzi konkret elementlərdən (obyekt və ya ölçüdən), əməliyyatlardan (toplama və ya çıxmadan), qaydalardan və ya əməliyyatların yerinə yetirilmə üsullarını təsvir edən xüsusiyyətlərdən ibarətdir. Elkind bu mərhələnin əsas koqnitiv vəzifəsi kimi sinifləndirmə, qarşılıqlı əlaqə və kəmiyyət anlayışlarının öyrənilməsini qeyd edir. (Elkind,