Layihə çərçivəsində, yuxarıda sadalanan müəssisə və qurumlarla yanaşı, yetkinlik yaşına
çatmayanlar barəsində aparılan məhkəmə proseslərinin də monitorinqi həyata keçirilib. İl ərzində
yetkinlik yaşına çatmayanlar baraəsində aparılan məhkəmə proseslərinin sayı az olsa da, onların
monitorinqi məhkəmə prosedurları və məhkəmə prosesində iştirak edən əsas tərəflərin
fəaliyyətinin qiymətləndirilməsinə imkan yaratdı.
12
Monitorinq Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının aşağıdakı üzv-təşkilatları
tərəfindən həyata keçirilib:
-
Ümidli Gələcək Gənclər Təşkilatı
-
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi
-
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi
-
“Hüquq Dünyası” İctimai Birliyi
-
“El” İnkişaf Proqramları Mərkəzi.
Göstərilən təşkilatların iyirmi nəfər mütəxəssisdən ibarət monitorinq qrupları fevral-avqust ayları
ərzində monitorinqlərdə iştirak edib.
Monitorinqin keçirilməsi üçün hazırlıq mərhələsi hələ 2005-ci ilin payızından başlanıb. 2005-ci
il 21-26 noyabr tarixində bir qrup QHT və dövlət orqanlarının nümayəndələri üçün yuvenal
ədliyyə sahəsində ilk təlim keçirilib. İsveçrəli keçmiş yuvenal hakim Andre Dünantın apardığı
təlim kursu zamanı, nəzəri məsələlərin əhatə olunması ilə yanaşı, bir sıra təcrübi məşğələlər də
həyata keçirilib.
12-16 dekabr tarixində isə, bilavasitə monitorinqi həyata keçirəcək şəxslər üçün yuvenal ədliyyə
üzrə almaniyalı mütəxəssis, yuvenal hakim Dyerk Helmken və “Azadlıqdan Məhrumetmə
Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mütəxəssisi Sevinc Əliyeva tərəfindən beynəlxalq
hüquq və standartlar, o cümlədən yerli qanunvericiliyi ehtiva edən məsələlərlə bağlı təlim-
seminar reallaşdırılıb. Bundan sonra cənab Helmken, keçiriləcək monitorinq üçün, sorğu
materiallarının ilkin variantını qısa müddət ərzində hazırlayaraq Uşaq Hüquqları üzrə
Azərbaycan QHT Alyansına təqdim edib. Sorğular toplusu Alyansın mütəxəssisləri tərəfindən
təkmilləşdirildikdən və yerli xüsusiyyətlərə uyğunlaşdırıldıqdan sonra kitabça şəklində nəşr
edilib.
2006-cı ilin fevralında monitorinqi icra edəcək şəxslər üçün təcrübi məsələlər, monitorinq
zamanı qarşıya çıxa biləcək suallarla bağlı iki günlük yekun seminar həyata keçirilib.
Aprelin ortalarından başlayaraq, hər biri iki nəfərdən ibarət olan 8 monitorinq qrupu
Respublikanın bütün rayonlarına səfərlər edib yerlərdə fəaliyyət göstərən icra hakimiyyətləri
yanında yaradılmış yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyaların və rayon polis idarələri (şöbələrinin) müvəqqəti saxlama təcridxanalarının
fəaliyyəti ilə tanış olublar. Bu səfərlər zamanı komissiyaların sədrləri, yaxud məsul katibləri,
eləcə də RPŞ-lərin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik
işin təşkili qrupunun inspektorları və MST-lərin rəisləri ilə müsahibələr aparılıb.