Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin



Yüklə 0.65 Mb.
PDF просмотр
səhifə2/9
tarix07.12.2016
ölçüsü0.65 Mb.
1   2   3   4   5   6   7   8   9

Rayon Məhkəməsi – inzibati rayonda fəaliyyət göstərən birinci instansiya məhkəməsi 

RİH – Rayon İcra Hakimiyyəti 

RTŞ – Rayon Təhsil Şöbəsi 

UNICEF – BMT-nin Uşaq Fondu 

Uşaq İnspektoru – yetkinlik yaşına çatmayanların işləri ilə məşğul olan polis əməkdaşı 

Yetkinlik yaşına çatmayan(lar) – uşaq (uşaqlar) (bu terminlər mətndə bir-birini əvəzləyir) 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya – Rayon İcra Hakimiyyəti yanında 

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya 



 – Yuvenal Ədliyyə  

Yuvenal – yetkinlik yaşına çatmayan şəxs 

Yuvenal Ədliyyə - yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsi 

 




Tərtibatçılar

 

 

Nabil Seyidov  

 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, milli əlaqələndirici  



Ümidli Gələcək Gənclər Təşkilatı, prezident 

 

Sevinc Əliyeva  



 

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi”  İctimai Birliyi, 

mütəxəssis 

 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, yuvenal ədliyyə 



üzrə baş mütəxəssis

 

 



Rəvan Səmədov 

 

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi”  İctimai Birliyi, 



icraçı direktor 

 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, yuvenal ədliyyə 



üzrə baş mütəxəssis 

 

Təranə Şərifova 



 

Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası, icraçı direktor 

 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, uşaq hüquqları üzrə 



baş mütəxəssis 

 

Elmari Məmişov 



 

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, Uşaq hüquqları 

departamentinin rəhbəri  

 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, yuvenal ədliyyə 



üzrə baş mütəxəssis 

 

Dadaş Əhmədov 



 

Ümidli Gələcək Gənclər Təşkilatı,  İnsan hüquqları  və demokratiya 

proqramları departamentinin direktoru 

 

Elmira Ələkpərova 



 

“El” İnkişaf Proqramları Mərkəzi, həmsədr 

 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, yuvenal ədliyyə 



üzrə baş mütəxəssis 

 

Şahin İsmaylov 



 

 

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, mütəxəssis 



Nigar Abbasova 

 

 



Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, mütəxəssis 

Zaur Zamanov 

 

Azərbaycan Respublikasının  İnsan hüquqları üzrə Müvəkkili 



(Ombudsman) yanında baş mütəxəssis 

 

Elnarə Qəribova 



 

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi”  İctimai Birliyi, 

mütəxəssis 

 

Nazir Quliyev 



 

“Hüquq Dünyası” İctimai Birliyi, sədr müavini 

 

Rafiq İsmayilov 



 

 

Faiq Ağayev 



 

Azərbaycan Respublikasının  İnsan hüquqları üzrə Müvəkkili 

(Ombudsman) yanında Uşaq Hüquqları Mərkəzinin əməkdaşı 

 

Elxan Mərdanlı 



 

Ümidli Gələcək Gənclər Təşkilatı, mütəxəssis 



 

Araşdırma Məşvərət Qrupu 

 

Diyerk Helmken 



 

Yuvenal hakim, Almaniya Federativ Respublikası 

Kristin Vomak 

 

Müstəqil hüquq məsləhətçisi 



Andre Dünan 

 

Keçmiş yuvenal hakim, İsveçrə 



Andreas Buş 

 

ATƏT-in Bakı Ofisinin Qanunun Aliliyi Şobəsinin Rəisi 



Məhəmməd Quluzadə 

 

Hüquqşunas, ATƏT-in Bakı Ofisi 



Kamran Bağırov 

 

Hüquqşunas, ATƏT-in Bakı Ofisi 



10 

Giriş və metodologiya

 

 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı ATƏT-in Bakı Ofisinin dəstəyi ilə 2006-cı ilin 

fevral-avqust ayları  ərzində Azərbaycanda Yuvenal Ədliyyəyə 

– yetkinlik yaşına çatmayanlar 

barəsində  ədalət mühakiməsinin icrasına məsul olan qurumların fəaliyyətinin monitorinqini 

həyata keçirib. Monitorinqin keçirilməsində  məqsəd bu sahədə ölkədəki real vəziyyəti 

araşdırmaq, problemləri, onların meydana çıxması  səbəblərini aşkar etmək, eyni zamanda 

problemlərin aradan qaldırılması yolları və usullarını müəyyən etmək, bu barədə məsul şəxslərin 

fikir və təkliflərini öyrənmək və təhlil etməkdən ibarət olub. Azərbaycanda Yuvenal Ədliyyənin 

təkmilləşdirilməsi və beynəlxalq standartların tətbiqi, mövcud vəziyyətin Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlara uyğunluğunun müəyyənləşdirilməsi də 

layihənin hədəfləri sırasında olub.  

 

Layihənin nəticəsi olaraq hazırlanmış hesabatın, verilmiş təklif və tövsiyələrin dövlət orqanları, 



Milli Məclis, beynəlxalq təşkilatlar, milli QHT-lər və bütövlükdə ictimaiyyətə təqdim edilməsi 

də nəzərdə tutulub. 

 

 

Monitorinqin aparıldığı müəssisələr 



 

Monitorinq respublikanın bütün şəhər və rayonlarını əhatə etmişdir. Monitorinq zamanı aşağıda 

göstərilən qurum və müəssisələrin fəaliyyəti araşdırılmışdır:  

1. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

2. Polis idarələrində (şöbələrində) müvəqqəti saxlama təcridxanaları;  

3. Ədliyyə Nazirliyinin 3 saylı İstintaq təcridxanası (məhkəməyə qədər təcridetmə mərkəzi); 

4. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsi (uşaqlar üçün); 

5. 4 saylı cəzaçəkmə müəssisəsi (qadınlar üçün);  

6. Xüsusi tədris müəssisələri: 

 

Quba rayon Oğlan uşaqları üçün texniki-peşə məktəbi, və  



 

Bakı şəhəri Mərdəkan qəsəbəsi Oğlan uşaqları üçün açıq tipli xüsusi internat məktəbi.  

 

1. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə  komissiyalar uşaq hüquqlarının müdafiəsi sahəsində 



başlıca rola malik olan, uşaqlara qarşı zorakılığın və onların hüquqlarının pozulmasının qarşısını 

alan və  uşaqlar arasında hüquqpozmaların profilaktikasını  həyata keçirən  əsas qurumlardan 

biridir. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar hər bir inzibati şəhər və ya rayonda 

icra hakimiyyətlərinin nəzdində  fəaliyyət göstərir. Yetkinlik yaşına çatmayanlarla iş üzrə 

komissiyalar heç bir mərkəzi hökumət qurumunun qarşısında birbaşa hesabatlı olmasa da, 

onların hazırladıqları hesabatlar icra hakimiyyəti başçısının müavininə  təqdim edilir. İcra 

hakimiyyəti isə rüb üzrə hesabatı Nazirlər Kabinetinə – Yetkinlik yaşına çatmayanların işləri və 

hüquqlarının müdafiəsi üzrə Respublika Komissiyasına təqdim edir. Lakin, Respublika 

Komissiyası rayon və  şəhərlərdə  fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanlarla iş üzrə 

Komissiyalar üzərində bilavasitə rəhbərliyə malik deyil. 

 

Ümumiyyətlə qeyd etmək lazımdır ki, icra hakimiyyətləri uşaq hüquqlarının müdafiəsi sahəsində 



əhəmiyyətli rola malikdir və bu sahədə fəaliyyət üç istiqamət üzrə həyata keçirilir: 1) Yetkinlik 

yaşına çatmayanlarla iş üzrə komissiya; 2) qəyyumluq və himayə orqanı  və 3) tibbi-psixoloji-

pedaqoji komissiya. Burada sadalanan hər üç təsisatın uşaq hüquqları  və  uşaq məsələləri ilə 

məşğul olmalarına baxmayaraq, keçirilmiş monitorinq yalnız Yetkinlik yaşına çatmayanlarla iş 

üzrə komissiyaların fəaliyyətini əhatə edib. Monitorinq üçün məhz bu qurumun seçilməsi, onun 


11 

yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının, o cümlədən uşaq 

cinayətkarlığının profilaktikası sahəsindəki rolu olub. 

 

2. Polis idarələrində (şöbələrində) müvəqqəti saxlama təcridxanaları 

 

Polis idarələrində  (şöbələrində) müvəqqəti saxlama təcridxanaları Daxili İşlər Nazirliyinin 



tabeliyindədir.. Uşaqlar və böyüklər üçün ayrıca müvəqqəti saxlama təcridxanaları olmadığı 

üçün, uşaqların bu ümumi mərkəzlərdə saxlanılmasının öyrənilməsi vacibdir. 

 

3. 3 saylı istintaq təcridxanası 

 

3 İnstintaq təcridxanası Ədliyyə Nazirliyinin tabeliyindədir və əsas vəzifəsi istintaq və məhkəmə 

gedişatı zamanı  şəxslərin təcrid edilməsidir.  İstintaq təcridxanası üç bölmədən ibarətdir. Bu 

bölmələrdən biri uşaqların saxlanılması üçün nəzərdə tutulub və monitorinq zamanı  məhz 

uşaqlar saxlanılan bölmə monitorinq edilib. 

 

4. Tərbiyə Müəssisəsi (uşaqlar üçün) 

 

Tərbiyə Müəssisəsi Ədliyyə Nazirliyi Penetensiar Xidmətinin tabeliyindədir və yetkinlik yaşına 



çatmayanların azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi yeganə müəssisədir. 

 

5. 4 saylı cəzaçəkmə müəssisəsi (qadınlar üçün) 



 

4 saylı  cəzaçəkmə müəssisəsi  Ədliyyə Nazirliyi Penetensiar Xidmətinin tabeliyindədir və 

qadınların azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi müəssisədir. 

 

6. Xüsusi tədris müəssisələri 

 

Azərbaycanda qanunla ziddiyyətdə olan uşaqlar üçün nəzərdə tutulmuş iki müəssisə - Bakı şəhər 

Mərdəkan qəsəbəsi Oğlan uşaqları üçün xüsusi açıq tipli internat məktəbi və Quba rayonu Oğlan 

uşaqları üçün xüsusi texniki-peşə internat məktəbi fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində 

fəaliyyət göstərən internat mətkəbində 8-16 yaşında olan uşaqlar, Quba rayonunda yerləşən 

müəssisədə isə 14-18 yaşlı uşaqlar təhsil və tərbiyə alırlar. Aşağıda göstərilən yetkinlik yaşına 

çatmayanlar xüsusi tədris müəssisələrinə yerləşdirilə bilər: qeyri-qanuni hərəkətlərə  və hüquq 

pozuntularına yol verən; psixoloji zorakılıq qurbanı olan; məktəbə getməyən və valideynləri ilə 

çətin münasibətlərdə olan; polis orqanları  tərəfindən  əvvəlki hüquq pozuntularına görə 

qeydiyyata və  nəzarətə götürülmüş, lakin reabilitasiyası mümkün sayılmayan; ağır və xüsusilə 

ağır cinayətlər törətmiş, lakin qanunvericilikdə göstərilmiş yaş  məhdudiyyətinə görə cinayət 

məsuliyyəti daşımayan uşaqlar. Sadalanan uşaqlar yetkinlik yaşına çatmayanlarla iş üzrə 

komissiyalar tərəfindən bu müəssisəyə yerləşdirilə bilər. Həmçinin, valideynlər və ya qanuni 

nümayəndələrin xahişi ilə də komissiya uşağın müəssisəyə yerləşdirilməsinə qərar verə bilər. 

 

 

Məhkəmə dinləmələri 



 

Layihə  çərçivəsində, yuxarıda sadalanan müəssisə  və qurumlarla yanaşı, yetkinlik yaşına 

çatmayanlar barəsində aparılan məhkəmə proseslərinin də monitorinqi həyata keçirilib. İl ərzində 

yetkinlik yaşına çatmayanlar baraəsində aparılan məhkəmə proseslərinin sayı az olsa da, onların 

monitorinqi məhkəmə prosedurları  və  məhkəmə prosesində  iştirak edən  əsas tərəflərin 

fəaliyyətinin qiymətləndirilməsinə imkan yaratdı.  



 

 

Təlimlər və Monitorinqi aparan təşkilatlar 

 


12 

Monitorinq Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının aşağıdakı üzv-təşkilatları 

tərəfindən həyata keçirilib:  

-

 



Ümidli Gələcək Gənclər Təşkilatı 

-

 



“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi 

-

 



Azərbaycan Gənc Hüquqşünaslar Birliyi 

-

 



“Hüquq Dünyası” İctimai Birliyi 

-

 



“El” İnkişaf Proqramları Mərkəzi. 

 

Göstərilən təşkilatların iyirmi nəfər mütəxəssisdən ibarət monitorinq qrupları fevral-avqust ayları 

ərzində monitorinqlərdə iştirak edib. 

Monitorinqin keçirilməsi üçün hazırlıq mərhələsi hələ 2005-ci ilin payızından başlanıb. 2005-ci 

il 21-26 noyabr tarixində bir qrup QHT və dövlət orqanlarının nümayəndələri üçün yuvenal 

ədliyyə sahəsində ilk təlim keçirilib. İsveçrəli keçmiş yuvenal hakim Andre Dünantın apardığı 

təlim kursu zamanı, nəzəri məsələlərin əhatə olunması ilə yanaşı, bir sıra təcrübi məşğələlər də 

həyata keçirilib. 

 

12-16 dekabr tarixində isə, bilavasitə monitorinqi həyata keçirəcək şəxslər üçün yuvenal ədliyyə 



üzrə almaniyalı mütəxəssis, yuvenal hakim Dyerk Helmken və “Azadlıqdan Məhrumetmə 

Yerlərinin Müşahidəsi”  İctimai Birliyinin mütəxəssisi Sevinc Əliyeva tərəfindən beynəlxalq 

hüquq və standartlar, o cümlədən yerli qanunvericiliyi ehtiva edən məsələlərlə bağlı  təlim-

seminar reallaşdırılıb. Bundan sonra cənab Helmken, keçiriləcək monitorinq üçün, sorğu 

materiallarının ilkin variantını  qısa müddət  ərzində hazırlayaraq Uşaq Hüquqları üzrə 

Azərbaycan QHT Alyansına təqdim edib. Sorğular toplusu Alyansın mütəxəssisləri tərəfindən 

təkmilləşdirildikdən və yerli xüsusiyyətlərə uyğunlaşdırıldıqdan sonra kitabça şəklində  nəşr 

edilib. 


 

2006-cı ilin fevralında monitorinqi icra edəcək  şəxslər üçün təcrübi məsələlər, monitorinq 

zamanı qarşıya çıxa biləcək suallarla bağlı iki günlük yekun seminar həyata keçirilib.  

 

Aprelin ortalarından başlayaraq, hər biri iki nəfərdən ibarət olan 8 monitorinq qrupu 



Respublikanın bütün rayonlarına səfərlər edib yerlərdə  fəaliyyət göstərən icra hakimiyyətləri 

yanında yaradılmış yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə 

komissiyaların və rayon polis idarələri (şöbələrinin) müvəqqəti saxlama təcridxanalarının 

fəaliyyəti ilə tanış  olublar.  Bu  səfərlər zamanı komissiyaların sədrləri, yaxud məsul katibləri, 

eləcə də RPŞ-lərin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik 

işin təşkili qrupunun inspektorları və MST-lərin rəisləri ilə müsahibələr aparılıb. 



13 

 

I. EMPİRİK TAPINTILAR 

 

Yuvenal ədliyyə təsisatlarının fəaliyyətinə ümumi baxış 

 

Azərbaycanda yuvenal ədliyyə sistemində problemlər müxtəlif səpkili və çox mürəkkəbdir. 



Bunların hamısı uşaq hüquqları baxımından vacib hesab olunmalıdır. Ər-Riyad Prinsipləri, Pekin 

Qaydaları  və BMT UHK kimi beynəlxalq qayda və prinsiplər qanunla mühakimə edilmiş 

uşaqlarla rəftarın əsasən həmin uşağın cəmiyyətə yenidən inteqrasiyasına yönəldiyini bildirir və 

uşağı buna ruhlandırmağı və ya həmin mühitdə konstruktiv rol oynamağı tələb edir. Bu yanaşma 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində  əksini tapsa da, reallıqda, yuvenal ədliyyə 

sistemində buna tam riayət edilmir.3 

 

Azərbaycanın Respublikasının rayonlarında aparılmış monitorinqin ümumi nəticələri ondan 



ibarətdir ki, bölgələrdə qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanlarla aparılan iş arzu 

olunan səviyyədə deyil. İstər icra hakimiyyətləri yanında yaradılmış yetkinlik yaşına 

çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, istər rayon polis şöbələrində 

fəaliyyət göstərən ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki 

işin təşkili qruplarının, istərsə  də rayon məhkəmələrinin bu sahədəki fəaliyyətləri günün 

tələblərinə cavab vermir. Göstərilən orqanlar ya onların üzərinə düşən işin öhdəsindən lazımınca 

gələ bilmir, ya da öz vəzifələrini layiqincə icra etmirlər. 

 

Aparılmış müşahidələr və sorğular  əsasında aşağıdakı ümumi çatışmazlıqları qeyd etmək 



mümkündür: 

 

 

1.1. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə 

komissiyalar: 

 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların rəhbərlərinin iş yükünün 



həddindən artıq çox olması 

 

Komissiya sədrlərinin icra strukturlarında yüksək vəzifə tutması bir yandan komissiyaların 



səlahiyyətli qurum kimi fəaliyyət göstərməsinə  zəmin yaradırsa, digər tərəfdən isə, onların öz 

vəzifə səlahiyyətlərindən irəli gələn məsələlərlə məşğul olmaları üzündən komissiyaların işində 

“axsama”lara, işin səmərəli təşkilinə  əngəllərin yaranmasına səbəb olur. Adətən, rayon və ya 

şəhər icra hakimiyyəti başçısının müavini yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın da 

sədri vəzifəsini həyata keçirir.

4

 Onu da qeyd etmək lazımdır ki, komissiya üzvləri eyni zamanda 



bir neçə komissiyalarda təmsil olunurlar və bu da son nəticədə  işlərin bir-birinə qarışmasına, 

onların hansı işin prioritet olduğunu müəyyən etmələrinə mane olur. Bundan başqa, komissiya 

üzvlərinin özlərinin (əsasən  ştatlı  işçi olan məsul katib və  məsləhətçi psixoloqların) dediyinə 

görə, onları rayon icra hakimiyyətinin müxtəlif təsərrüfat işlərinə (işıq pulu yığmaq, qaz pulu 

yığmaq, abadlıq işləri və s.) cəlb edirlər. Bunun da nəticəsi olaraq, yetkinlik yaşına 

çatmayanlarla iş üzrə komissiyaların sədrləri, məsul katibləri və məsləhətçi-psixoloqları işlərinə 

laqeyd yanaşır, komissiyanın işini ikinci dərəcəli hesab edirlər. 

 

 



Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların ayrıca və ixtsaslaşmış  təsisat 

kimi fəaliyyət göstərməməsi 

                                                 

3

 Azərbaycanda Yuvenal Ədliyyə. Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının alternativ hesabatı, 2006. s. 9 



4

 Adətən komissiya sədrləri RİH başçısının 1-ci müavini, yaxud müavinlərindən biri olur. Bərdə rayonunda isə, komissiyaya 

sədrliyi RİH başçısının özü edir. 


14 

                                                

 

Monitorinq aparıldığı bir sıra rayonlarda yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar icra 



hakimiyyətləri tərkibində ayrıca qurum kimi fəaliyyət göstərmir. Yetkinlik yaşına çatmayanlarla 

iş üzrə  komissiyaların sədrləri və  məsul katibləri öz vəzifə  və  səlahiyyətləri barədə  dəqiq 

məlumata malik deyil. Məsələn, Bakı  şəhərinin Nərimanov rayonunda yetkinlik yaşına 

çatmayanlarla iş üzrə komissiyanın fəaliyyəti RİH-nin tərkibində olan digər qurumların, 

məsələn, qəyyumluq və himayə orqanının fəaliyyəti ilə səhv salınır. Qəyyumluq və himayəçilik 

məsələlərinə dair ərizələr daha çox daxil olduğundan, yetkinlik yaşına çatmayanlarla iş üzrə 

komissiyanın məsul katibi bu məsələlərlə əlaqədar daha böyük təcrübəyə malikdir. Vəzifələrin 

qarışıqlığı digər rayon və  şəhərlər üzrə aparılan monitorinq nəticəsində  də  təsdiq edilib. 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların nümayəndələri ilə müsahibələr zamanı 

onların daha çox istinad etdikləri məsələlər məhz qəyyumluq və övladlığa götürmə  məsələləri 

olub. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar ilə  qəyyumluq və himayə orqanları 

arasında olan fərq barəsində suala cavab olaraq məsul katib və psixoloqlar hər iki qurumda 

fəaliyyət göstərdiklərini bildiriblər. Bəzi rayonlarda isə bu qurumların üzvlərinin eyni olduğu 

bildirilib. 

Xüsusilə qeyd etmək lazımdır ki, Astara rayonu icra hakimiyyətində yetkinlik yaşına 

çatmayanlarla iş üzrə komissiyanın fəaliyyət göstərməli olduğunu bilmirlər. Belə ki, Astara 

rayon icra hakimiyyəti başçısının birinci müavini monitoriq qrupuna bildirib ki, «Astara Rayon 

İcra Hakimiyyəti aparatında bu adda komissiya yoxdur. Belə işlərlə polis məşğul olur». 

 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalarda ştat çatışmazlığı  və  əmək 



haqqının azlığı 

 

Monitorinq aparılan yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların  əksəriyyətindən 



səmərli fəaliyyətin qurulması üçün ştat çatışmazlığı probleminin həll olunmasının  əsas məsələ 

olduğu bildirilib. Xüsusən psixoloqlar, uşaqlar və ailələrlə birbaşa işləmək üçün sosial işçilər və 

digər  əlavə üzvlərə ehtiyac olduğu qeyd olunub. Yetkinlik yaşına çatmayanlarla iş üzrə 

komissiyalar tərəfindən yetkinlik yaşına çatmayanlarla profilaktik işin səmərəli qurulmasına 

maneə kimi də məhz ştat çatışmazlığı göstərilib. 

 

Müvəqqəti olaraq məsləhətçi qismində  cəlb edilmiş psixoloqlar qanunla ziddiyətdə olan 



yetkinlik yaşına çatmayanlarla iş bacarığına və  təcrübəyə malik deyillər. Onlara verilən  əmək 

haqqının məbləği də çox azır. Məhz buna görə, əksər rayonların komissiyalarında bu vəzifələr 

adətən boş qalır. 

 

Rayon icra hakimiyyəti başçıları, komissiyada iştirak etmək üçün, mərkəzi icra hakimiyyəti 



orqanlarının rayonlarda olan idarə  və ya şöbələrinin nümayəndələrini ictimai əsaslarla 

komissiyaya təhkim edirlər

5

.  Əksər rayon və  şəhərlərdə yetkinlik yaşına çatmayanlarla iş üzrə 



komissiyaların üzvləri passivdir və komissiyaların iclaslarında nadir hallarda iştirak edirlər. Elə 

buna görə  də, yetkinlik yaşına çatmayanlar üzrə komissiyaların məsul katib və psixoloqları 

komissiya üzvlərinin və  işlədikləri idarələrin adlarını  çəkməkdə belə  çətinlik çəkirlər. 

Monitorinq zamanı əldə edilən məlumatlara əsasən, sözügedən komissiyaların üzvlərinin sayı 7-

11 nəfər təşkil edir. 

 

 



Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar uşaqların yerləşdirilməsini 

monitorinq etmir 

 

 



5

 Polis idarəsi (şöbəsi), əmək və əhalinin sosial müdafiəsi departamenti, gənclər və idman departamenti, təhsil şöbəsi, səhiyyə 

şöbəsi tərəfindən komissiyanın faəliyyətində iştirak etmək üçün təhkim edilmiş nümayəndələr və RİH-in hüquqşünası 


15 

                                                

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar uşaqların dövlət uşaq müəssisələrinə 

yerləşdirilməsini monitorinq etməlidir

6

. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar 



adətən uşaqların açıq və qapalı tədris müəssisələrinə yerləşdirməklə məşğuldur. Bakı şəhərinin 

bəzi yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaları istisna olmaqla, ümumilikdə 

komissiyalar tərəfindən uşaqların internat müəssisələri, uşaq evləri və ya xüsusi məktəblərə 

müvəqqəti və ya uzun müddətli yerləşdirilməsinin monitorinqi aparılmır. Yetkinlik yaşına 

çatmayanlarla iş üzrə komissiyaların daha çox uşaqların internat müəssisələrinə yerləşdirilməsi 

məsələlərinə baxdığını nəzərə alsaq, uşaqların yerləşdirilməsinin dövrü monitorinqi və yenidən 

baxılmasının bu yerləşdirilmələrin nə dərəcədə səmərəli olub olmamasının öyrənilməsi nöqteyi 

nəzərindən əhəmiyyətli olduğunu görərik. 

 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə Komissiyalar məhkəmə dinləmələrində  iştirak 



etmir 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə Komissiyaların əksəriyyəti yetkinlik yaşına çatmayanların 



işlərinə dair məhkəmə proseslərində iştirak etmir. Komissiyaların nümayəndələri bunu məhkəmə 

proseslərindən xəbərsiz olduqlarını  və  məhkəmələrdən bununla bağlı  məlumatların daxil 

olmaması ilə izah edir. Əhatə etdikləri  ərazi boyu uşaqlara dair məlumatın toplanması, təhlili, 

araşdırılması  və  məruzəsi birbaşa komissiyaların vəzifəsi olduğunu nəzərə alsaq, belə  qənaətə 

gəlmək olar ki, komissiyalar bu vəzifələrin öhdəsindən gələ bilmir.

7

 Bundan əlavə, polis 



müvəqqəti saxlama təcridxanaları, istintaq təcridxanaları və tərbiyə müəssisəsində olan uşaqlar 

heç bir mərhələdə yetkinlik yaşına çatmayanlar üzrə komissiyanın nümayəndələrini görməyiblər. 

 

Monitorinq edilmiş yetkinlik yaşına çatmayanlar komissiyalarının heç biri məhkəmələr 



tərəfindən uşaqlara qarşı  çıxarılan cəzalandırma tədbirlərinin yüngülləşdirilməsi, cəzanın 

çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və ya uşağın vaxtından əvvəl cəzadan 

azad edilməsi və s. məsələlərlə bağlı indiyədək hər hansı bir məhkəməyə müraciət etməyib

8



 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar uşaqlarla işin təkmilləşdirilməsi 



sahəsində təklif və tövsiyələr vermir 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar fəaliyyət göstərdiyi  ərazi üzrə  uşaqlar 



arasında cinayətkarlıq və digər hüquqpozmalara dair mütamadi araşdırmalar aparmalı, mövcud 

vəziyyəti və onun dinamikasını təhlil etməli, müəyyən edilmiş cinayətkarlıq və hüquqpozmaların 

törədilməsi səbəblərini öyrənməli və bu halların profilaktikası və aradan qaldırılması məqsədi ilə 

tövsiyə və təkliflərini hazırlamalıdır

9

. Monitorinq zamanı sənədlərlə, rüblük və illik hesabatlarla 



tanışlıq onu deməyə  əsas verir ki, komissiyalar fəaliyyət sahələri üzrə  hər hansı bir təhlillərin 

aparılması, təklif və tövsiyələrin verilməsi ilə məşğul olmur. 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar uşaqlara ünvanlanan, onların hüquqlarının 



qorunması, sosial müdafiəsinin gücləndirilməsi, reabilitasiyanın aparılması, qanunla ziddiyyətdə 

olan uşaqların cəmiyyətə inteqrasiyası və davranışlarının korreksiyası, təhsili və ya onlara təsir 

edəcək qanunlar, əsasnamələr və hüquqi-normativ aktların hazırlanmasında iştirak etməlidirlər

10



Lakin monitorinq onu göstərdi ki, əksər komissiyalar vahid bir qurum olaraq yerli, regional və 

milli səviyyədə  hər hansı bir sənədlərin, proqramların və  fəaliyyət planlarının hazırlanmasında 

 

6

 Yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiyanın Əsasnaməsi, 31 may 2002. II Hissə, Maddə 5 



(par.3). 

7

 “Sizin rayon və ya şəhərdən müvəqqəti saxlama təcridxanası, instintaq təcridxanası  və ya tərbiyə müəssisəsində  uşaq 



saxlanılırmı?” sualına komissiya nümayəndələri aydın cavab verə bilmədi. 

8

 Yetkinlik yaşına çatmayanlarla iş  və hüquqlarının müdafiəsi üzrə komissiyanın  Əsasnaməsi, 31 may 2002. II Hissə Mad. 5 



(par.11) 

9

 Yetkinlik yaşına çatmayanlarla iş  və hüquqlarının müdafiəsi üzrə komissiyanın  Əsasnaməsi, 31 may 2002. II Hissə Mad. 5 



(par.18) 

10

 Yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiyanın Əsasnaməsi, 31 may 2002. 



16 

                                                

iştirak etməyib. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar tərəfindən Nazirlər 

Kabinetinə və RİH-ə təqdim edilən rüblük və illik hesabatlara nəzər yetirsək və bu məsələlərə 

dair heç bir məlumatın olmadığını nəzərə alsaq, yuxarıda təsvir edilmiş vəziyyətin nəyə görə baş 

verdiyini anlamaq olar. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar tərəfindən hazırlanan 

və Nazirlər Kabinetinə və RİH-ə təqdim edilən 1-3 səhifəlik hesabatlar daha çox komissiyanın 

görüşləri, məktəblərə etdikləri səfərlər, uşaqlara aid təşkil etdikləri və iştirak etdikləri tədbirlər, 

keçirilmiş konsertlər və digər mədəni tədbirləri təsvir edir və nadir hallarda, müzakirə edilmiş 

şikayətlər və ya daxil olan işlər üzrə çıxarılan qərarlara dair məlumatı əks etdirir. Nəticə etibarilə 

belə qənaətə gəlmək olar ki, yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar uşaqlarla işləyən 

əsas qurum kimi öz vəzifələrini yerinə yetirə bilmir. 

 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar alternativ tədbirlərdən istifadə 



etmir 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar qanuna uyğun olaraq az ağır və böyük 



ictimai təhlükə törətməyən cinayətlərə dair işlərə baxa və qanunda nəzərdə tutulmuş müxtəlif 

alternativ tərbiyəvi tədbirlər tətbiq edə bilər

11

. Lakin buna baxmayaraq, monitorinq onu göstərdi 



ki, son 2-3 il ərzində heç bir komissiya bu sahədə olan işlərə baxmayıb. 

 

Monitorinq nəticəsində müəyyən olundu ki, yetkinlik yaşına çatmayanlarla iş üzrə 



komissiyaların Azərbaycan Respublikası Prezidenti yanına  Əfv komissiyasına müraciət etmək 

hüququna malik olmasına baxmayaraq, indiyədək heç bir komissiya 14-18 yaşında olan və 

məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş hər hansı bir uşağın əfv 

edilməsi ilə bağlı Əfv komissiyasına müraciət etməyib

12



 



Qanuna əsasən, komissiya uşağın inkişafı, reabilitasiyası, inteqrasiyası, işlə təmin edilməsi və ya 

təhsili ilə bağlı dövlət və qeyri-hökumət təşkilatları, biznes qurumlarına müraciət etmək və 

onlardan dəstək istəmək hüququna malikdir. Məsələn, uşağın işlə  təmin edilməsi məqsədilə 

komissiya hər hansı bir supermarketə və ya uşaqların idmana cəlb edilməsi ilə bağlı Azərbaycan 

Olimpiya İdman Mərkəzlərinə müraciət ünvanlaya bilər. Lakin montorinq nəticəsində yetkinlik 

yaşına çatmayanlarla iş üzrə komissiyaların  əksəriyyətinin yetkinlik yaşına çatmayanların 

tərbiyəsi, işə düzəlməsi, və ya təhsili ilə əlaqədar

13

 dövlət orqanlarına, müəssisələrə, təşkilatlara 



rəsmi müraciət etmədiyi

14

 aşkar olundu. 



 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar mütamadi görüşlər və müzakirələr 



keçirmir 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların iclaslarının vaxtı qeyri-müəyyəndir və bəzi 



rayonlarda daimi müntəzəmliyə malik deyil. Bəzi sədrlər və  məsul katiblər, ümumiyyətlə, 

sonuncu iclasın vaxtını belə xatırlaya bilməyib. 

 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar dövlət uşaq müəssisələrindən süni 



şəkildə istifadə edir 

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə