Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin



Yüklə 0.65 Mb.
PDF просмотр
səhifə7/9
tarix07.12.2016
ölçüsü0.65 Mb.
1   2   3   4   5   6   7   8   9

Əlavə 1. Xüsusi tədris müəssisələri 

 

 

Quba rayon Oğlanlar üçün texniki peşə  təlim-tərbiyə müəssisəsində  tərbiyə 

olunanlar arasında sorğu 

 

Monitorinq zamanı müəssisədə  tərbiyə olunan 13-18 yaş arasında olan 23 yetkinlik yaşına 



çatmayanlar arasında anonim sorğu aparılmışdır. Uşaqların bildirdiyinə görə, onlar buraya 

evdən, məktəbdən, tərbiyə aldıqları internatlardan qaçdıqları və ya oradakı intizamı pozduqlarına 

görə, həmçinin, cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətdiklərinə görə yerləşdirmişlər  

 

Qeyd etmək lazımdır ki, dindirilən uşaqların  əksəriyyəti aztəminatlı sosial təbəqəyə aid olan, 



natamam (əksəriyyətinin ataları və ya anaları yoxdur, mövcud olanı isə həbsxanada cəza çəkir və 

ya yataq xəstəsidir) ailələrdən olan uşaqlardır. Buraya onları kim göndərməsi sualına uşaqlar 

valideynləri, polis, əvvəllər saxlandıqları internatların müdiri olduğunu bildirdilər. Burada 

olmalarını yalnız 5 uşaq ədaləli sayır, 1 nəfər bu sualın cavabın bilmədiyini, qalanları isə buraya 

salınmalarını ədalətsiz hesab edirlər.  

 

23 uşaqdan 18-i valideynləri və qohumlarının onları ziyarət etmədiklərini, 4 nəfər hərdən-bir 



ziyarət etdiklərini və 1 nəfər mütamadi olaraq ziyarət edildiyini bildirdi. Uşaqlardan 10 nəfəri 

müəssisədə ziyarət edənlərlə rahat, azad və  məhdudiyyyətsiz danışmaq imkanının 

yaradılmadığını bildirdilər. 

 

Sanitar-igiyenik vəziyyətin və avadanlıqların pis olmasını 16 şəxs etiraf etdi. Sorğu götürülən 23 



nəfərin hamısı ümumi yataq otağında yatdıqlarını bildirdilər. Uşaqların hamısı yataq dəstlərinin 

köhnə və nəm olduqlarını bildirdilər. Uşaqlardan beşi tək adamlıq otaqlarda yatmaq istədiklərini 

bildirdilər. 4 nəfər isə yataq otağında gecə vaxtı digər uşaqların pis rəftarına məruz qalma 

hallarının olduğunu bildirdi. 

 

Yeməyin keyfiyyətini yalnız 4 nəfər yaxşı qiymətləndirdi, 1 nəfər yeməyin keyfiyyətindən razı 



qalsa da, doymadığını, qalanları isə yeməyin dözülən həddə olduğunu bildirdilər.  

 

«Siz nadinclik edəndə müəllimlər, tərbiyəçilər sizə qarşı hansı  tədbirlər tətbiq edirlər» sualına 



uşaqların  əksəriyyəti barələrində  şifahi və  məcburi  əmək kimi tədbirlərin görüldüyünü 

bildirdilər. Lakin «döyülməyə, təhqirə məruz qalmısınızmı» sualına 6 yetkinlik yaşına çatmayan 

cavab vermək istəmədiyini söyləsə də, dördü hərdən döyülmə halların olmasını etiraf etdilər. 

 

Əyləncə imkanlarının qiymətləndirməsinə  gəldikdə isə  uşaqların 7 nəfəri bu imkanların pis 



olduğunu, digərləri isə kifayət dərəcədə olmasını bildirdilər. Lakin uşaqların əksəriyyəti burada 

idman oyunlarının keçirilməsi üçün imkanın olmadığını və bu halın onların istirahət vaxtlarının 

səmərəli keçməsinə mane olduğunu bildirdilər.  

 

 



Quba rayon Oğlanlar üçün texniki peşə  təlim-tərbiyə müəssisəsinin rəhbəri ilə 

müsahibə 

 

Müəssisə  rəhbəri Xalıq Bayramov 1974-cü ildən sözügüdən müəssisədə çalışır və 1985-ci ilin 

aprel ayından sözügedən müəssisənin rəhbəri vəzifəsindədir.  O,  öz  işindən çox razı olduğunu 

bildirdi. Müəssisə rəhbərinin aylıq əmək haqqının 80-100 manat təşkil etdiyini bildirdi.  

 

X. Bayramov müəssisədə  uşaqların işləyib pul qazanması imkanın olmamasını bildirsə  də, 



buradakı istirahət və  əyləncə imkanlarının və sanitar-gigiyenik vəziyyəti orta olaraq 

qiymətləndirir (daha yaxşı da ola bilərdi). Ən böyük problemlərdən biri kimi cənab Bayramov 



47 

yetkinlik yaşına çatmayanların ali məktəbə  qəbul imtahanlarda iştirak etmək və diplom əldə 

etmək imkanlarının olmamasını qeyd etdi. Onun verdiyi məlumata  əsasən, müəssisə 

məzunlarından yalnız 1988-ci ildə 1 uşaq ali məktəbə qəbul olub. 

 

X. Bayramov müəssisənin Nizamnaməsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynlərini 



görmək və ya digər məqsədlər üçün (təhsil və s.) müəssisənin hüdudlarını tərk edə bilmədiklərini 

bildirdi. O, eyni zamanda telefon danışıqlarına və  məktublaşmaya heç bir məhdudiyyət 

olmadığını bildirdi. Müəssisədə  tərbiyə olunanlara qarşı heç vaxt güc tətbiq edilmədiyini də 

söylədi. 

 

Müəssisə  rəhbərinin sözlərinə görə, tərbiyə olunanlar 18 yaşları tamam olduqda Pedoqoji 



Şuranın qərarı ilə evə buraxılır, 18 yaşına çatmayanlar isə  Təhsil Nazirliyi tərəfindən evə 

buraxıla bilərlər. 

 

Müəssisədə hər gün saat 14.00-dan 1 nəfər həkim, 1 psixoloq, saat 09.00-13.00 radələrində isə 4 



nəfər müəllim, peşə təlimi üzrə 1 nəfər istesalat ustası çalışırlar. Işçilərin orta aylıq əmək haqqı 

56 YAM təşkil edir. 

 

 

Bakı  şəhəri Mərdəkan qəsəbəsi Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə 



müəssisəsində tərbiyə olunanlar arasında sorğu 

 

Monitorinq zamanı müəssisədə tərbiyə olunan 9-16 yaş arasında olan 15 uşaq arasında anonim 

sorğu aparılmışdır. Uşaqların hamısının dediklərinə əsasən, onlar buraya evdən və ya məktəbdən 

qaçdıqları, valideynlərlə ünsiyyətdə  çətinlik çəkdikləri səbəbindən yerləşdirilmişlər. Yalnız bir 

respondent buraya nə üçün düşdüyünü bilmədiyini söylədi. 15 uşaqdan 3-ü onların bura 

salındıqlarından  əvvəl heç kim tərəfidən onlara və yaxud onların valideynlərinə  xəbərdarlıq 

edilmədiklərini bildirdilər.  

 

Qeyd etmək lazımdır ki, dindirilən uşaqların hamısı aztəminatlı sosial təbəqəyə aid olan 



natamam ailələrdən olan uşaqlardır. Uşaqların  əksəriyyətinin ataları yoxdur, mövcud olanı isə 

həbsxanada cəza çəkir və ya yataq xəstəsidir, bir uşaq atası olamadığını  və anası da onu tərk 

etdiyini bildirdi, biri isə, ümumilikdə, valideynlərinin olmamasını bildirdi. Buraya onları kimin 

göndərməsi sualına uşaqlar valideynləri, polis, əvvəllər təhsil aldıqları  məktəbin müdiri və ya 

müəllimi olduğunu bildirdilər. Ümumilikdə, uşaqlar buradakı saxlanılma  şəraitinin yaxşı 

olduğunu, onlarla müəssisədə yaxşı rəftar olduğunu bildirdilər. Uşaqlar müəssisədəki həyatlarını 

yaxşı qiymətləndirsələr də, əksəriyyəti öz ailələrinə qayıtmaq istədiklərini bildirdilər. 15 uşaqdan 

2-si valideynləri və qohumları onları ziyarət etmədiklərini, üçü hərdən-bir ziyarət etdiklərini, 

qalanları isə mütamadi olaraq ziyarət edildiklərini bildirdilər. Uşaqlar yaxınları  gəldikdə 

müəssisədə onların görüşməsinə imkan yaradıldığını bildirdilər.  

 

«Siz nadinclik edəndə müəllimlər, tərbiyəçilər sizə qarşı hansı  tədbirlər tətbiq edirlər» sualına 



uşaqlar barələrində şifahi tədbirlərin görüldüyünü bildirdilər. Yalnız bir uşaq müəlimlərin onun 

qulağını burduğunu və sillə vurduqlarını bildirdi.  

 

Dindirənlərin  əksəriyyəti 50-60 nəfərlə birgə idman zalında yatdıqlarını bildirdilər. Yataq 



dəstinin dəyişılməsini bir uşaq 10 gündən bir, digər uşaq isə 1 ayda 1 dəfə dəyişildiyini göstərdi. 

 

«Sənin fikrincə, bura göndərilmənin  əvəzində  sənə qarşı hansı  tədbirin görülməsi daha 



məqsədəuyğun olardı» sualına uşaqların  əksəriyyəti bura göndərilmənin düzgün olduğunu, 

bəziləri isə bu haqda bir fikirləri olmadıqlarını bildirdilər.  

 


48 

15 uşaqdan yalnız 1-i buradakı  təhsilin yaxşı olmadığını bildirdi. Uşaqlar dərs vaxtı qrup 

paltarlarını, adi vaxt isə umumi paltarlarını geyindiklərini bildirdilər.  

 

Əyləncə imkanlarının qiymətləndirməsinə  gəldikdə isə  uşaqların çox hissəsi onlardan razı 



qaldıqlarını bildirdilər, yalnız bir uşaq müəssisədə olan kompüter otağına onları daha tez-tez 

buraxılmasını arzu etdi. 

 

Dindirilən uşaqlardan (onların sözlərinə görə)  ən uzun müddət burada saxlanılanı 6 il burada 



olduğunu bildirdi (hal-hazırda onun 16 yaşı var).  

 

 



Bakı  şəhəri Mərdakan qəsəbəsi Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə 

müəssisəsinin rəhbəri ilə müsahibə 

 

Müəssisə  rəhbəri cənab Nadir Əhmədov artıq 10 ildir ki, açıq tipli xüsusi təlim-tərbiyə 

müəssisəsinin müdiri vəzifəsində çalışır və öz işindən qismən razı olduğunu bildirdi. Bunu işin 

ağırlığı, alınan məvacibin isə az olması ilə əlaqələndirdi (194,4 manat). Ümumiyyətlə, bu faktı 

müəssisənin bütün işçi heyətinə  şamil etdi. Cənab  Əhmədov buradakı istirahət və  əyləncə 

imkanlarının orta olaraq qiymətləndirdi (daha yaxşı da ola bilərdi), sanitar-gigiyenik vəziyyəti 

yaxşı  və ümumiyyətlə, hal-hazırda aparılan təmirdən sonra müəssisənin maddi-texniki 

imkanlarının qənaətbəxş olacağını bildirdi. Ən böyük problem kimi, cənab  Əhmədov işçi 

heyətinin gördüyü ağır işin müqabilində az maaş aldıqlarını (texniki işçilər cəmi 30-50 YAM, 

müəllim və  tərbiyəçilər 70-140 YAM) və bu səbəbdən kadrların bu müəssisəyə  işləməyə can 

atmadıqlarını bildirdi, bu da öz növbəsində kadr çatışmazlığına gətirib çıxardır.  

 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının monitorinq qrupu 07 aprel 2006-cı il 



tarixində  oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsində ikinji monitorinqi həyata 

keçirdi. Monitorinqin zamanı  əsas məqsəd birinji monitorinq zamanı sorğu götürülməmiş 

uşaqlardan müsahibələrin götürülməsi və ilkin monitorinq zamanı diqqətdən yayınmış  bəzi 

məqamların dəqiqləşdirilməsi idi. 

 

 

Bakı  şəhəri Mərdakan qəsəbəsi Oğlanlar üçün Açıq tipli xüsusi təlim-tərbiyə 



müəssisəsində 35 uşaq arasında aparılmış sorğunun nəticəsi 

 

Yaş   Uşaql

arın 

sayı 

Göndərən qurum 

Saxlanmanın səbəbi Qohumlar 

tərəfindən 

ziyarət edilmə 

Tək nəfərli 

otaqda 

qalmaq 

istəyi 

Cəzalandırma Müəssisəd

ə 

saxlanması 

ədalətlidir

mi 

10  


1 Yetkinlik 

yaşına 


çatmayanlarla iş 

üzrə komissiya 

2 Məktəb 

dərslərindən 

qaçmaq 

18 Mütamadi 23 Bəli 6  Cismani 



cəzalandırma 

6 Bəli 20 

11  

1 Valideynlər 16 



Valideynləri ilə 

yola getməmək 

3 Nadir 

hallarda 

8 Xeyr 

20 Tək nəfərli 



otağa salmaq 

0 Xeyr 


14 

12  


0 Məktəb 9 

Şuluqluq 

salmaq 

3 Ziyarət 



edilmir 

4  


Məcburi əməyə 

cəlb etmək 

3  

13  


10 Polis 

Digəri 8 



 

 

 



Görüşlərin 

yasaqlanması 

1  

14  


13 Digəri 3 

Bilmir 3 

 

 

 



Şifahi tədbirlər 20   

15  


  

  



 

 

 



Digəri 3 

 

16  



  

  



 

 

 



  

 


49 

                                                



Əlavə 2. 3 saylı İstintaq Təcridxanası 

 

3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılanlar arasında sorğu 

 

Monitorinq zamanı müəssisədə saxlanılan 24 nəfər yetkinlik yaşına çatmayan şəxs arasında 

anonim sorğu aparılmışdır. Sorğu əsasən yetkinlik yaşına çatmayanların təcridxanada saxlanılma 

şəraiti, həmçinin saxlanılanlara qarşı tətbiq olunan bəzi prosessual qaydalar ilə bağlı idi. 

 

Yetkinlik yaşına çatmayanlar 4 və 5 nəfərlə birgə kamerada qaldıqlarını  və onların arasında 1 



nəfər yetkinlik yaşına çatmış şəxs olduğunu (21, 38, 34, 42, 45, 47, 52 yaşlarında) bildirdilər.  

 

Uşaqlardan onların yetkinlik yaşına çatmış şəxslərlə saxlanılmasına münasibətlərini soruşduqda 



demək olar ki, əksəriyyəti bu fakta müsbət münasibət göstərdilər və “ağsaqqalların” (onlar 

böyükləri bu cür çağırırlar) kamerada intizam yaratmaqda böyük rol oynadıqlarını bildirdilər.  

 

Qeyd etmək lazımdır ki, «birnəfərlik kamerada qalmaq istərdinizmi» sualına, bir nəfər istisna 



olmaqla, bütün uşaqlar “Xeyr” cavabını verdilər. Onların fikrincə, belə olduğu təqdirdə çox 

darıxdırıcı olar. 

 

Artıq məhkum edilmiş  şəxslər ilə birgə saxlanılmaları barədə 4 yetkinlik yaşına çatmayan 



məlumat verdi.  

 

Həbs altında saxlanılan yetkinlik yaşına çatmayanların böyük əksəriyyəti buradakı  şəraitin, 



əyləncə-istirahət imkanlarının, sanitar gigiyenik vəziyyətin normal olduğunu bildirdilər. 

 

Yeməyin keyfiyyətinin 7 nəfər dözülən həddə, 4 nəfər pis, qalanları isə  qənaətbəxş olduğunu 



bildirdilər.  

 

Uşaqların demək olar ki, hamısı (1 nəfər istisna olmaqla) burada heç bir təhsil və ya peşə təlimi 



keçilmədiyini bildirdilər. 

 

Saxlanılanlar ümumilikdə intizam tədbirlərindən  şifahi xəbərdarlıq və intizam təcridxanasına 



salınmanın tətbiq edilməsini və onların hər-hansı bir qəddar və ya ləyaqəti alçaldan rəftara məruz 

qalmadıqlarını bildirdilər. Lakin 3 nəfər intizam qaydalarını pozduqlarına görə döyüldükləri 

haqda məlumat verdilər. Uşaqlardan biri döşəməsinə xlor tökülmüş intizam kamerasında 

saxlanıldığını bildirdi. «Hansı  hərəkətinə görə döyülmüsən» sualına yetkinlik yaşına 

çatmayanlardan biri pəncərədən digər kameranın məhbusu ilə söhbət etdiyinə görə bu cəzaya 

məruz qaldığını söylədi. 2 nəfər isə fiziki zorakılıqla bağlı olan suala cavab vermək istəmədiyini 

bildirdi. 

 

Saxlanılanlar arasında yalnız 6 nəfər valideynlərinin onlara mütamadi olaraq və 6 nəfər 



hərdənbir baş  çəkdiklərini və bu halda görüşə heç bir maneə törədilmədiyini bildirdilər. Digər 

saxlanılanların hamısı onların yanına müdiriyyət tərəfindən heç kimi, hətta valideynlərinin də 

buraxılmadığını bildirdilər.  

 

3 nəfər ümumiyyətlə, tutulduqları andan indiyə  qədər valideynlərini görmədiklərini dedilər. 



Uşaqlar bu faktı istintaq altında olmaları ilə izah etdilər. Təcridxana əməkdaşına bu haqda sual 

verildikdə bildirildi ki, valideynlər müstəntiq tərəfindən qanuni nümayəndə qismində tanındıqları 

halda, onlara uşaqları ilə görüşməyə icazə verilir

63



 

 

63



Belə  qənaətə  gəlmək olar ki, istintaq aparan şəxs yetkinlik yaşına çatmayanlara və onların nümayəndələrinə hüquqlarının 

həyata keçirmə mexanizmlərini izah etməmişdir. 



50 

Rüşvətxorluq hallarının olması sualına cavab verərkən yalnız 2 nəfər bu cür hal ilə qarşılaşdığını 

bildirdi.  

 

«Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların 



nümayəndəsi ilə görüşmüsünüzmü, yaxud onlar sizin ilə maraqlanıblarmı» sualına, yetkinlik 

yaşına çatmayanlar hamısı belə qurumu ümumiyyətlə, tanımadıqlarını bildirdilər. 

 

Respondentlərdən 3 nəfər orada nəyə görə olduğunu bilmədiyini bildirdi. Təcridxanada olmasını 



11 nəfər ədalətsiz hesab edir. Onlardan bəziləri ümumiyyətlə, cinayət törətmədiyini, digərləri isə 

törətdiklərindən daha ağır əməllərdə təqsirləndirildiklərini bildirdilər. 

 

Uşaqların hamısı qanunda nəzərdə tutulmuş tutulma müddətlərinin pozulduğunu, tutulan andan 



yalnız xeyli müddət keçdikdən sonra vəkilinin, valideynlərinin və ya digər qanuni 

nümayəndələrinin yanlarına buraxıldığını bildirdilər. 

 

Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 92.3.5 , 432.2-ci maddəllərinə əsasən, 



şübhəli və ya təqsirlndirilən şəxs cinayəti törətdərkən yetkinlik yaşına çatmadıqda müdafiəçinin 

iştirakı  məcburidir. Həmçinin, müdafiəçinin iştirakı  şəxsin tutulduğu andan təmin edilməlidir. 

Lakin təcridxanada saxlanılan yetkinlik yaşına çatmayan şəxslərin dediklərinə  əsasən, onların 

işlərində müdafiəçinin iştirakı qanunda göstərilən müddətləri kobudcasına pozulması ilə 

müşayiət edilmişdir.  

 

Tutulduqdan sonra keçən 



müddət 

Uşaqların sayı 

1 gün 


3 gün 


4 gün 


14 gün 


15 gün 


1 həftə və daha çox 

1 ay 


 

Yetkinlik yaşına çatmayanlar bir nəfər kimi dövlət tərəfindən təyin olunan vəkillərin göstərdiyi 



hüquqi yardımın formal xarakter daşıdığını dedilər. 

 

AR CPM–nin 434.2-ci maddəsinə  əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində  həbs 



qətimkan tədbirinin müstəsna tədbir kimi və mümkün qədər qısa müddət  ərzində  tətbiq 

edilməsinə yol verilir. Qeyd etmək lazımdır ki, beynəlxalq təcrübədə həbs qətimkan tədbirinin 

müddəti təyin olunaraq “ağlabatanlıq” məfhumu nəzərə alınmalıdır.  

 

3 saylı  İstintaq Təcridxanasında saxlanılan  şəxslərin həbsdə saxlandıqları müddətlərə  nəzər 



yetirdikdə görünür ki, müddət təyin edərkən ibtidai istintaqın maraqları nəzərə alınsa da, CPM-

nin 434.2-ci maddəsinə riayət edilmir. 

 

 

3 saylı İstintaq Təcridxanasının rəhbəri ilə müsahibə 



 

Müəssisənin rəisi Elxan Sadıxov artıq 25 ildir ki, azadlıqdan məhrumetmə yerlərində çalışır. 9 

aydır ki, 3 saylı İstintaq Təcridxanasının rəisidir.  

 

Qeyd etmək lazımdır ki, müəssisə işçiləri burada işin ağır, verilən məvacibin isə az olmasından 



gileyləndilər.  

51 

 

E.Sadıxov təcridxanada mövcud olan istirahət və  əyləncə imkanlarının qənaətbəxş hesab edir. 



Lakin o, hər bir halda uşağın təcrid olunaraq dəmir barmaqlıqlar arasında saxlanmasını düzgün 

hesab etmir. Onun fikrincə, belə hal uşaq psixologiyasının korlanmasına, onlarda sərtləşmə, 

həyata küskünlük hisslərinin yaranmasına gətirib çıxarır. Hər bir halda uşaqlar onların 

psixologiyası  və yaşları  nəzərə alınmaqla yaradılmış xüsusi təlim-tərbiyə müəssisələrində 

saxlanılmalıdırlar.  

 

E.Sadıxov burada təhsil almaq, ali məktəbə  qəbul imtahanlarında iştirak etmək imkanının 



olmadığını, lakin bu məsələnin Təhsil Nazirliyində müzakirə edildiyini bildirdi. 

 

Rəis buradakı yeməyin, sanitar gigiyenik vəziyyətin qənaətbəxş olduğunu qeyd etdi. O, hal-



hazırda müəssisədə təmir işlərinin aparılması haqda məlumat verdi. 

 

Rəisin bildirdiyinə görə, müəssisədə gecə vaxtı 26 nəfər növbə çəkir. 



 

E.Sadıxov burada yetkinlik yaşına çatmayanların hər hansı bir səbəbə görə müəssisəni 

müvəqqəti tərk edə bilmədiklərini, telefonla hətta valideynləri ilə də əlaqə saxlaya bilmədiklərini 

bildirdi (Milli qanunvericilikdə bu hüquqlar nəzədə tutulmayıb).  

 

Rəisin dediyinə görə, saxlanılanlara qanunla nəzərdə tutulmuş qaydada yazışma imkanı yaradılır.  



 

Rəis onu da bildirdi ki, burada işlədiyi vaxt ərzində heç bir halda heç bir məhbusa qarşı güc, o 

cümlədən, silah tətbiq edilməmişdir. 

 

Ən böyük problem kimi, cənab Sadıxov işçi heyətinin gördüyü ağır işin müqabilində az maaş 



aldığını və bu səbəbdən kadrların bu müəssisəyə işləməyə can atmadıqlarını bildirdi. Bu da öz 

növbəsində kadr çatışmazlığına gətirib çıxarır. (rəis 274, digər işçilər 150-250, 80-100 manat 

məvacib alırlar.) 

 

 



3 saylı İstintaq Təcridxanasında monitorinq 

 

№ Adı, 

Soyadı 

Yaşayış 

yeri 

Tutulduğu 

yer 

Təhsili Maddə 

Həbs altında 

olduğu müddət 

1.

 



D.M. Tərtər Tərtər Natamam 

orta 


126.1 2 

ay 


2.

 

G.R. Naxçıvan Abşeron Natamam 



orta 

126.2.4 7 

ay 

3.

 



N.A. Salyan Salyan  Natamam 

orta 


150.2.3 

7,5 ay  


4.

 

S.A. Bakı 



ş. 

Yasamal r-n 

Bakı 

ş. 


Yasamal r-n 

 180.2.1 

20 

gün 


5.

 

R.V. Qobustan 



Qobustan Natamam 

orta 


150.3.3 2 

ay 


6.

 

E.I. Ağdam Beyləqan orta 



181.2.5 1,5 

ay 


7.

 

R.A. Sumqayıt Sumqayıt Natamam 



orta 

150.3.3 


1 ay və 20 gün 

8.

 



N.Y. Ağcabədi Ağcabədi - 



ay 

9.

 



Z.A. Bakı 

ş. 


Binəqədi r-n 

Bakı 


ş. 

Binəqədi r-n 

Natamam 

orta 


150.1,153.3 Bilinmir 

 

10.



 

S.B. Bakı 

ş. Bakı 

ş. Orta 


Əvvəl 1.5 

ay 


52 

Binəqədi r-n  Binəqədi r-n 

məhkum 

olunub,185.2



.2 

11.


 

V.B. Bakı 

ş. 

Əzizbəyov 



r-n 

Bakı 


ş. 

Əzizbəyov r-n 

Natamam 

orta 


180.1 13 

months 


12.

 

R.B. Bakı 



ş. 

Suraxanı r-n 

Bakı 

ş. 


Suraxanı r-n 

Orta 120.2.1,120.

2.4 

15 ay 


13.

 

R.H. Bakı 



ş. 

Binəqədi r-n 

Bakı 

ş. 


Binəqədi r-n 

Orta 177.2.1,177.

2.2,177.2.3 

8 gün 


14.

 

F.H. 



İmişli  

Bakı 


ş. 

Binəqədi r-n 

 150.3.3 

11 


ay 

15.


 

M.G. Bakı 

ş. 

Suraxanı r-n 



Bakı 

ş. 


Suraxanı r-n 

 120.2.1,120.

2.4 

15 ay 


16.

 

A.G. Sumqayıt Bakı 



ş. 

Binəqədi r-n 

Natamam 

orta 


Əvvəl 

məhkum 


olunub, 

177.2.1,177.

2.2 

12 ay 


17.

 

A.H. Gürcüstan 



Resp. 

Bakı ş. Nizami 

r-n 

Natamam 


orta 

182.4 1 


il 

18.


 

V.H. 


İmişli  

İmişli  


Natamam 

orta 


150.3.3 5 

ay 


19.

 

V.H. Bakı 



ş. 

Nərimanov 

r-n 

Bakı 


ş. 

Nərimanov r-n 

Natamam 

orta 


180.2.2 13 

ay 


20.

 

K.H. Gədəbəy  



Bakı Orta 

126.1 


ay 


21.

 

E.I. Daimi 



yaşayıq yeri 

yoxdur. 


Bakı  ş. Xətai 

r-n 


Orta 

Əvvəl 


məhkum 

olunub, 


177.2.2 

4 ay 


22.

 

A.M. Sumqayıt  



Bakı  ş. Xətai 

r-n 


Natamam 

orta 


181.2.5 

3 ay və 13 gün 

23.

 

E.M. Bakı 



ş. 

Suraxanı r-n 

Bakı 

ş. 


Suraxanı r-n 

Natamam 


orta 

120.1 1 


gün 

24.


 

A.M. Bakı 

ş. 

Binəqədi r-n 



Bakı 

ş. 


Binəqədi r-n 

Natamam 


orta 

150.3.3 2,5 

ay 

25.


 

P.M. Bakı 

ş. 

Qaradağ r-n 



Bakı 

ş. 


Qaradağ r-n 

Natamam 


orta 

120.1 Bilinmir 

26.

 

D.P. Bakı 



ş. 

Suraxanı r-n 

Bakı 

ş. 


Suraxanı r-n 

Natamam 


orta 

120.2.4180.2

.1 

10 ay 


27.

 

K.P. Bakı 



ş. 

Nizami r-n 

Bakı ş. Nizami 

r-n 


Natamam 

orta 


 Bilinmir 

 

 



 

53 

                                                


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə