10
Giriş və metodologiya
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı ATƏT-in Bakı Ofisinin dəstəyi ilə 2006-cı ilin
fevral-avqust ayları ərzində Azərbaycanda Yuvenal Ədliyyəyə
– yetkinlik yaşına çatmayanlar
barəsində ədalət mühakiməsinin icrasına məsul olan qurumların fəaliyyətinin monitorinqini
həyata keçirib. Monitorinqin keçirilməsində məqsəd bu sahədə ölkədəki real vəziyyəti
araşdırmaq, problemləri, onların meydana çıxması səbəblərini aşkar etmək, eyni zamanda
problemlərin aradan qaldırılması yolları və usullarını müəyyən etmək, bu barədə məsul şəxslərin
fikir və təkliflərini öyrənmək və təhlil etməkdən ibarət olub. Azərbaycanda Yuvenal Ədliyyənin
təkmilləşdirilməsi və beynəlxalq standartların tətbiqi, mövcud vəziyyətin Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlara uyğunluğunun müəyyənləşdirilməsi də
layihənin hədəfləri sırasında olub.
Layihənin nəticəsi olaraq hazırlanmış hesabatın, verilmiş təklif və tövsiyələrin dövlət orqanları,
Milli Məclis,
beynəlxalq təşkilatlar, milli QHT-lər və bütövlükdə ictimaiyyətə təqdim edilməsi
də nəzərdə tutulub.
Dostları ilə paylaş: