Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin



Yüklə 0.65 Mb.
PDF просмотр
səhifə9/9
tarix07.12.2016
ölçüsü0.65 Mb.
1   2   3   4   5   6   7   8   9

 

 

62 

Yekun müddəalar 

 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı  tərəfindən ATƏT-in Bakı ofisinin dəstəyi ilə 

həyata  keçirilən yuvenal ədliyyə təsisatlarının monitorinqi nəticəsində hazırlanmış hesabat çapa 

verilməzdən əvvəl Azərbaycanın müvafiq hökumət qurumlarına təqdim edilmişdir. Bunun əsas 

məqsədi müvafiq hökumət qurumlarının hesabatda əksini tapmış məlumatlara dair fikirlərini və 

narahatlıqlarını öyrənmək, onların müzakirəsi üçün şərait yaratmaq və yuvenal ədliyyə 

sektorunda mövcud olan problemlərin həlli məqsədilə ikitərəfli əməkdaşlığın  qurulması olub.  

 

Qeyd etmək lazımdır ki, hesabat fakt-araşdırıcı monitorinq fəaliyyətinin nəticəsidr.  Seçilmiş 



monitorinqçilər vəziyyətin müşahidə olunması  məqsədilə yuvenal ədliyyə müəssisələrinə 

səfərləri zamanı müəssisələrin nümayəndələri və orada saxlanılan uşaqlarla  müsahibələr 

aparmışlar. Monitorinq qısa müddət  ərzində bütün ölkə  ərazisində    aparılmışdır. Buna görə  də 

hesabat bu sahədə vəziyyəti tam şəkildə əks etdirmir, lakin monitorinq zamanı yuvenal ədliyyə 

sistemində mövcud problemlərin və boşluqların aşkarlanmasına yönəlmiş bir cəhd kimi 

qiymətləndirilməlidir. Hesabatın  əsas məqsədi Azərbaycan hökumətinin uşaq problemlərinin 

daha səmərəli həlli imkanlarının genişləndirilməsi istiqamətində apardığı ardıcıl fəaliyyətinə 

dəstək verməkdir.  

 

Daxili İşlər Nazirliyi və  Ədliyyə Nazirliyi hesabata dair şərhlərini yazılı şəkildə göndərmişdir. 



Bu  şərhlər Uşaq Hüquqları üzrə QHT Alyansı  tərəfindən diqqətlə öyrənilmişdir. Azərbaycanın 

hökumət qurumlarının yazılı  şəkildə  təqdim etdiyi şərhlər insan hüquqlarının müdafiəsi və 

yuvenal  ədliyyə sektorunda aparılan islahatlar barədə dolğun məlumat verir. Qeyd etmək 

lazımdır ki, hər iki nazirlik yuvenal ədliyyə sisteminin inkişafı sahəsində xeyli işlər görüb.  

 

Son iki il ərzində Daxili İşlər Nazirliyinin polis uşaq müfəttişləri və polis müvəqqəti saxlama 



təcridxanalarının  əməkdaşları usaqların hüquqlarının müdafiəsinə yönəlmiş  tədris, təlim və 

imkanların artırılmasına dair tədbirlərdə  fəal iştirak edib. 2006-ci ildə UNİCEF-in Azərbaycan 

ofisinin Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda 350 polis uşaq müfəttişi üçün keçirilmiş təlimləri 

nazirliyin yuvenal ədliyyə  məsələlərinə dair polis proqramının yaradılmasına olan istəyinin 

təzahürü kimi qəbul edilə bilər. “Azərbaycan Respublikasında Polis orqanlarının fəaliyyətinin 

təkmilləşdirilməsinə dair Dövlət Proqramı (2004-2008)” da daxil olmaqla digər mövcud dövlət 

proqramları da polis orqanlarının imkanlarının gücləndirilməsinə yardım edəcəkdir. Bu 

proqramlar həmçinin polis əməkdaşlarının sosial müdafiəsini gücləndirəcək, ictimai 

təhlükəsizliyin müdafiəsini artıracaq və cinayətkarlığın profilaktikasının daha səmərəli həyata 

keçirilməsi məqsədilə onların müasir avadanlıq və vasitələrlə  təchizatını yaxşılaşdıracaqdır. 

Daxili  İşlər Nazirliyinin tabeliyində olan Polis Akademiyasının və Polis Məktəbinin 

əməkdaşlarına Pekin qaydalarının,  Ər-Riyad prinsiplərinin, BMT-nin UHK da daxil olmaqla, 

yuvenal ədliyyə standartlarının və digər beynəlxalq sazişlərin tədrisi yuvenal ədliyyə sisteminin 

inkisafında mühüm rol oynayır. Daxili İşlər Nazirliyinin  ATƏT-in Bakı ofisinin, Avropa 

Şurasının və UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə apardığı  təlimlər nəticə 

etibarilə daha səmərəli polis təcrübəsinin qurulmasına yardımçı olacaq.   

 

Daxili  İşlər Nazirliyi tərəfindən polis müvəqqəti saxlama təcridxanalarında (MST) saxlanılan 



şəxslərə qarşı baş vermiş zorakılıq və ya qanunazidd rəftar hallarının aşkar edilməsi və 

profilaktikası istiqamətində aparılan iş xüsusilə qeyd edilməlidir. Həmçinin, nazirliyin ölkə 

ərazisində yeni tikilmiş 11 və  təmir edilmiş 51 müvəqqəti saxlama təcridxanasının  şəraitinin 

yaxşılaşdırılması istiqamətində apardığı ardıcıl fəaliyyət də yüksək qiymətləndirilməlidir. Lakin, 

qeyd etmək lazımdır ki, müvəqqəti saxlama təcridxanalarında müşahidə edilmiş  vəziyyət onu 

deməyə əsas verir ki, MST-lərdə saxlanılan uşaqların müdafiəsi mexanizmləri zəif təşkil olunub. 

Hesabatda uşaq hüquqları və uşaq müdafiəsinin təşkilinə dair MST-lərdə fəaliyyət göstərən polis 

əməkdaşlarının bilik və bacarıqlarının artırılması, MST-lərdə uşaqlara yararlı xidmətlərin təşkili, 

QHT-lərin MST-lərə daxil olma imkanlarının artırılması, müvafiq mentorluq və  həmyaşıddan-


63 

həmyaşıda dəstək mexanizmlərinin qurulması, uşaqların hüquq və  vəzifələrinə dair buklet və 

digər çap materiallarının yayılması kimi tövsiyyələr öz əksini tapıb.  

 

QHT Alyansı hesab edir ki, bu tövsiyyələr “Azərbaycan Respublikasında Polis orqanlarının 



fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına (2004-2008)” daxil edilərsə qanunla 

ziddiyyətdə olan uşaqların müdafiəsi tədbirləri daha səmərəli təşkil edilə bilər. QHT Alyansı və 

onun tərəfdaşları həmçinin, uşaqlarla işləyən polis əməkdaşlarının bacarıqlarının davamlı şəkildə 

artırılmasını və qanunla ziddiyyətdə olan uşaqlarla profilaktik işin təşkilininin gücləndirilməsini  

tövsiyyə edirlər.  

 

Monitorinq hesabatı  həmçinin, qanunla ziddiyyətdə olan uşaqların işləri ilə  məşğul olan 



məhkəmə sistemində mövcud olan boşluqlar və çatışmazlıqlara da yer ayırıb. Monitorinq 

missiyasının çoxlu sayda məhkəmə işlərinə baxış keçirmək imkanları olmamışdır. Lakin, Bakıda 

və rayonlarda bir sıra ağır və xüsusilə ağır cinayətlərə dair məhkəmə işlərini monitorinq etmək 

mümkün olmuşdur. Monitorinq zamanı uşaqlara dair cinayət işləri üzrə məhkəmə praktikasının, 

hakimlərin, vəkillərin və prokurorların davranaşı və fəaliyyətinin hərtərəfli öyrənilməsinə böyük 

diqqət ayrılmışdır. Hesabat təsadüfü yolla seçilmiş məhkəmə işlərinin monitorinqi zamanı aşkar 

edilmiş faktların  əsasında hazırlanmışdır. Hesabatda monitorinq missiyası zamanı 

monitorinqçilərin aşkar etdikləri boşluqlar və narahatçılıqlar təsvir edilib. Müəyyən edilmiş 

boşluqlar və çatışmazlıqlar bu sahədə fəaliyyətin gücləndirilməsi və uşaqların hüquqlarının daha 

səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə islahatların davam etdirilməsinə çağırış kimi 

qəbul edilməlidir. 

 

QHT Alyansı Ədliyyə Nazirliyinin məhkəmə sisteminin islahatı sahəsində aparıcı rolunu yüksək 



dəyərləndirir. Son dövrlər ölkənin bir sıra regionlarında yaradılmış Apellyasiya Məhkəmələri, 

Avropa  İnsan Hüquqları  Məhkəməsinin qərarlarının Azərbaycanın yerli məhkəmə-hüquq 

sistemində istifadəsinin sürətləndirilməsinə dair nazirliyin əmrləri yerli məhkəmə praktikasının 

beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan davamlı islahatların bariz 

nümunəsidir.  Ədliyyə Nazirliyi 13-14 Aprel 2006-cı il tarixində keçirilmiş “Azərbaycanda 

yuvenal  ədliyyə sisteminin inkişafı perspektivlərinə” dair 1-ci Milli Konfransının təşkilində  və 

onun işində fəal iştirak etmişdir. Həmçinin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə 

əməkdaşlıqda hakimlər və hakimliyə namizədlər üçün təşkil edilmiş  təlim kursları bu sahədə 

çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə sektorlararası əməkdaşlığın 

da təzahürüdür. 

 

Hesabatda uşaq tərbiyə müəssisəsində reabilitasiya proqramlarının mövcduluğu ilə bağlı  əldə 



edilmiş məlumatlara dair Ədliyyə Nazirliyi öz şərhini də təqdim etmişdir. 31 may 2007-ci ildə 

Milli Məclis tərəfindən qəbul olunan “Penitensiar müəssisələrdə  cəza cəkməkdən azad edilmiş 

şəxslərin sosial adaptasiyasi haqqında” Qanun bu istiqamətdə aparılan islahatların mühüm 

nəticəsidir. Bu qanun cəzaçəkmə müəssisələrindən azad edilmiş  şəxslərin reabilitasiyasının 

müvafiq standartlara uyğun qurulmasına  şərait yaradacaqdır. QHT Alyansı ümid edir ki, bu 

qanun və ondan irəli gələn proqramlar uşaqların xüsusi ehtiyaclarını  nəzərə alacaq və  uşaq 

tərbiyə müəssisəsində aparılmış monitorinq nəticəsində  aşkarlanmış boşluqların aradan 

qaldırılmasına kömək edəcəkdir.  

 

Ədliyyə Nazirliyi həmçinin, nazirliyin Penitensiar Xidməti və  Uşaq Tərbiyə Müəssisəsi 



tərəfindən müəssisədə cəza çəkən uşaqların cəmiyyətə inteqrasiyası sahəsində aparılan işə dair 

dolğun məlumat təqdim etmişdir. Bu fəaliyyət reabilitasiyasının uşaqların davamlı  təhsili və 

onların asudə vaxtlarının təşkili kimi mühüm aspektlərinə toxunur. Lakin, qeyd etmək lazımdır 

ki, bu fəaliyyət reabilitasiya işinin bütün aspektlərini  əhatə etmir və  nəticə etibarilə  uşaqların 

bütün ehtiyaclarını ödəyə bilmir. Hesabatda Uşaq Tərbiyə müəssisəsində  cəza çəkən uşaqların 

müxtəlif və fərqli ehtiyaclarını ödəmək məqsədilə hər bir uşaqla onun müəssisəyə daxil olduğu 

andan müəssisəni tərk etdiyi anadək və  hətta müəssisəni tərk etdikdən sonra fərdi qaydada 


64 

reabilitasiya işinin təşkili tövsiyyə edilib. Bu cür reabilitasiya fəaliyyəti hər bir uşağa yönəlik 

fərdi inkişaf planların hazırlanması  və  tətbiqi vasitəsilə  təşkil edilə bilər. Fərdi inkişaf planına 

davamlı psixoloji dəstək, sosial iş, psixoterapiya, hüquqi məsləhət, valideynlər, qohumlar və 

həmyaşıdlarla ünsiyyətin qurulması, müvafiq mentorluq xidməti, tədris və peşə yönümlü təlim 

və işə düzəlmə sahəsində köməyin göstərilməsi kimi məsələlər daxildir.    

 

Ümumiyyətlə, məmnuniyyətlə qeyd etmək lazımdır ki, monitorinq vasitəsilə QHT Alyansı  və 



onun tərəfdaşları Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Məhkəmə-Hüquq Şurası və Nazirliyin 

Penitensiar Xidməti tərəfindən məhkəmə  və huquq-mühafizə sistemində ölkə üzrə aparılan 

islahatlara yönəlmiş  fəaliyyəti müşahidə etmək imkanı  əldə etmişdir. Bunu nəzərə alaraq, 

əminiklə qeyd etmək olar ki, hesabat və orada əksini tapmış  məlumatlar yuvenal ədliyyə 

sahəsində aparılan islahatların gücləndirilməsinə, o cümlədən, mövcud sistemin qanunla 

ziddiyyətdə olan uşaqların xüsusi ehtiyaclarını nəzərə alan, hüquqlarını müdafiə edən və onlara 

xüsusi qayğı göstərən sistemə çevrilməsinə xidmət edəcəkdir. Bütövlükdə bu fəaliyyət uşaqlar 

arasında cinayətkarlığın daha səmərəli profilaktikası, cinayətdə  təqsirli bilinmiş  uşaqların 

reabilitasiyası və cəmiyyətə inteqrasiyasına təkan verəcəkdir.  

 

Yekun olaraq, monitorinqin keçirilməsi və hesabatın hazırlanması və çapına göstərdikləri 



dəstəyə görə QHT Alyansı Azərbaycan hökumətinə, ATƏT-in Bakı Ofisi və Böyük 

Britaniya Səfirliyinə təşəkkür edir. Həmçinin, QHT Alyansı Azərbaycan hökumətinin daha 

yaxşı uşaq müdafiəsi sisteminin qurulmasına yönəlmiş fəaliyyətinə bundan sonra da kömək 

etməyə hazır olduğunu ifadə edir.  

 

 



Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı  

 

 



 

 


65 

BİBLİOQRAFİYA 

 

1.

 



Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, 2000 

2.

 



Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, 2000 

3.

 



“Azərbaycanda yuvenal ədliyyənin vəziyyətinə dair alternativ hesabat”. Uşaq 

Hüquqları üzrə Azərbaycan QHT Alyansı, 2005 

4.

 

“Azərbaycanda uşaqların vəziyyəti və uşaq hüquqlarının icrasına dair alternativ 



hesabat”, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, 2005 

5.

 



Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın və baxımsızlığın 

profilaktikasına dair Azərbaycan Respublikasının qanunu, 2005 

6.

 

“Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi 



Əsasnamə, Nazirlər Kabineti, 2003 

7.

 



Yetkinlik yaşına çatmayanların işləri və və hüquqlarının müdafiəsinə üzrə 

komissiyaların Əsasnaməsi, Nazirlər Kabineti, 2003 

8.

 

Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnamə.  



9.

 

Yuvenal əliyyənin icrasının monitorinqi üzrə sorğular toplusu, Uşaq Hüquqları 



üzrə QHT Alyansı, ATƏT-in Bakı Ofisi, 2006

 
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə