Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin



Yüklə 0.65 Mb.
PDF просмотр
səhifə5/9
tarix07.12.2016
ölçüsü0.65 Mb.
1   2   3   4   5   6   7   8   9

2.3. 3 saylı İstintaq Təcridxanası 

 

Təcridxanada saxlanılan yetkinlik yaşına çatmayanların kateqoriyası və sayı 

 

Bakı şəhəri Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində yrləşən 3 saylı İstintaq Təcridxanasında 



barələrində  məhkəmə  tərəfindən həbs qətimkan tədbiri seçilmiş  təqsirləndirilən  şəxslər 

saxlanılır

43



 



Monitorinq aparılan zaman müəyyən olunub ki, təcridxanada 15-18 yaş arasında 31 oğlan uşağı 

saxlanılır. Burada saxlanılan uşaqlar əsasən ağır və xüsusilə ağır

44

, o cümlədən az ağır



45

, hətta 


böyük ictimai təhlükə törətməyən cinayətlər törətməkdə təqsirləndirilirlər. 

 

Yetkinlik yaşına çatmayanların saxlanılma şəraiti 

 

Təcridxanadakı  dərs otağında 1 kompüter, televizor, kitab şkafı  və bir neçə parta var. 



Kitabxananın kitab bazası çox zəifdir. Müdiriyyətin bildirdiyinə görə, müəllimlər təhsil almaq 

istəyən uşaqlara burada dərs keçirlər. Lakin sorğu aparılmış yetkinlik yaşına çatmayanların 

əksəriyyətinin bildirdiyinə görə, buradakı dərslər formal xarakter daşıyır və yox səviyyəsindədir. 

 

 



nəzərə alınmaqla müəyyən edilir. Bu zaman fərdi sosial-psixoloji diaqnostika əsasında psixokorreksiya işi üçün şəraitin 

yaradılması, sağlamlaşdırıcı  tərbiyə  tədbirləri sisteminin, ictimai faydalı  işlə  məşğulluğun,  şagirdlərin asudə vaxtı da daxil 

olmaqla, günün səmərəli bölgüsünün təşkili, şagirdlərin neqativ hallardan maksimum müdafiəsi təmin edilməlidir.”  

42

 “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə” 



43

 AR CPM, Mad. 434.1: “Yetkinlik yaşına çatmayan şübhəli və təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbirinin 

tətbiq edilməsinə yalnız ona az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol 

verilir.”  

44

 Bunların arasında həyat və sağlamlıq və mülkiyyət əleyhinə olan cinayətlər çoxluq təşkil edir. 



45

 Bura, məsələn, CM-nin aşağıdakı məddələrinə əsasən zorakılıqla müşayət edilməyən cinayətlər aid edilir:  

Maddə 185. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə. 

Maddə 177. Oğurluq  

Maddə 177.2.2. təkrar törədildikdə;  

Maddə 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə;  

Maddə 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə. 


30 

                                                

Təcridxananın kitabxanası  təmirə ehtiyacı olan və köhnə kitablarla təchiz edilmiş otaqdan 

ibarətdir. Müəssisəyə yeni kitablar da gətirilsə  də, onlar təsərrüfat işləri üzrə briqadirin 

otağındakı şkafda saxlanılır (bu kitablar latın əlifbası ilə çap edilmiş milli və dünya ədəbiyyatı 

nümunələridir). 

 

Gəzinti meydançasının vəziyyətini qənaətbəxş hesab etmək olar. Təcridxanada saxlanılan 



yetkinlik yaşına çatmayanların gün ərzində iki saatlıq gəzinti hüququ var

46

. Müdiriyyətin 



sözlərinə görə, uşaqlara gündə 1-2 saatlıq gəzinti hüququ verilir. Bu məlumat uşaqlar tərəfindən 

də təsdiqlənib. 

 

Qanunvericiliyə  əsasən, yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatmışlardan ayrı 



saxlanılmalıdırlar

47

. 3 saylı  İstintaq Təcridxanasında yetkinlik yaşına çatmayanlar 4-5 nəfər 



olmaqla ayrı-ayrı kameralarda saxlanılırlar. Kamera otaqlarında 4-5 çarpayı və kiçik masa var, 

həmçinin kameraların küncündə ayaqyolu üçün nəzərdə tutulmuş hissə mövcuddur. Qeyd etmək 

lazımdır ki, burada hər kamerada yetkinlik yaşına çatmayanlarla birgə yetkinlik yaşına çatmış 

şəxs saxlanılır

48

. Bu fakta dair müdiriyyət burada yetkinlik yaşına çatmayanlarla yetkinlik yaşına 



çatmış şəxslərin saxlanılmasının zəruri olduğunu və bunun uşaqlar tərəfindən bir-birinə göstərilə 

bilən fiziki və psixi təcavüzün, hər hansı bir mənfi təsirin qarşısını almaq məqsədi daşıdığını 

bildirib. Təcridxananın rəisi onu da bildirib ki, sözügedən yetkinlik yaşına çatmış şəxslər ağır, 

xüsusilə  ağır və umumiyyətlə zorakı cinayətlər törətməkdə ittiham olunmayan və  uşaqlara 

pozitiv təsir göstərə bilən şəxslər arasından seçilir. Təcridxanadakı uşaqların söylədiklərinə görə, 

onlarla birgə saxlanılan böyüklərin adətən 21, 38, 34, 42, 45, 47 və 52 yaşlarında olublar. 

Uşaqlardan 4 nəfəri əvvəllər məhkum edilmiş şəxslərlə birgə saxlanıldığını söyləyib

49



 

Böyüklərlə birgə saxlanılmalarına dair uşaqlara sual verdikdə, əksəriyyəti bunun pis olmadığını 

bildirib və qeyd edib ki, “ağsaqqal”lar kamerada nizam-intizamın təmin olunmasında böyük rol 

oynayır. “Təkadamlıq kamerada qalmaq istərdinizmi?” sualına isə, bir nəfər istisna olmaqla

uşaqlar neqativ cavab verib. 

 

Uşaqlardan yalnız 6 nəfəri valideynlərinin onlara baş  çəkdiyni, digər 6 nəfər isə çox nadir 



hallarda qohumları  tərəfindən ziyarət edildiklərini söyləyib. Onlar həmçinin qeyd ediblər ki, 

görüşə heç bir məhdudiyyət qoyulmayıb. Lakin uşaqların digər qismi isə bildirib ki, valideynləri 

ilə görüşə icazə verilmir. Uşaqlardan üçü isə, təcridxanaya gətirildikdən indiyədək ümumiyyətlə 

valideynlərini görmədiyini söyləyib. Onlar bunun səbəbini “istintaq altında” olmaqları ilə izah 

ediblər. Bu məsələ barəsində  təcridxana rəhbərliyinə sual verildikdə, o, “uşaqlarla görüşmək 

üçün valideynlər ilk öncə istintaq aparan şəxs tərəfindən təcridxanada saxlanılan şəxsin qanuni 

nümayəndəsi kimi tanınmalıdır”

50

 cavabını verib.  



 

Təcridxanadakı sanitar-gigiyenik vəziyyəti ümumilikdə  qənaətbəxş hesab etmək olar. Burada 

saxlanılanların yuyunması üçün hamam var. Müdiriyyətin və yetkinlik yaşına çatmayanların 

əksəriyyətinin bildirdiyinə görə, burada saxlanılanlara on gündə bir dəfə çimmək imkanı 

yaradılır. Kameranın ayaqyolu hissəsində  təmizləyici vasitələr və sudan istifadə etmək üçün 

 

46



 Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnamənin 3.1-ci maddəsinə əsasən 

47

 AR-nın CPM-in 434.3-cü maddəsi və “Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnaməsinin 



2.10 maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar böyüklərdən ayrı saxlanmalıdır. 

48

 Müəssisənin rəisi onu da bildirdi ki, sözügedən yetkinlik yaşına çatmış şəxslər xüsusi olaraq seçilmiş (onlar ağır, xüsusilə ağır 



və umumiyyətlə zorakı cinayətlər törətməkdə ittiham olunmayan şəxslər arasından seçilir) və yetkinlik yaşına çatmayan şəxslərə 

müsbət təsir göstərə biləcək  şəxslərdir. Həmçinin qeyd etmək lazımdır ki, Uşaq Hüquqları Konvensiyasının 37-ci maddəsinin 

“V” bəndinə  əsasən, uşağın mənafelərinin daha yaxşı  təmin olunması naminə  məhbəslərdə yetkinlik yaşna çatmayanlarla 

yetkinlik yaşına çatmış şəxslərin saxlanılmasına icazə verilə bilər. 

49

 AR CPM Maddə 434.3: “Həbsdə saxlanılan yetkinlik yaşına çatmayan şəxslər digər şəxslərdən ayrı saxlanılmalıdırlar. Onlar 



yaşının, cinsinin və  şəxsiyyətinin xüsusiyyətlərinə görə  tələb olunan qulluq, müdafiə  və digər fərdi yardımla təmin 

edilməlidirlər”. 

50

 Belə qənaətə gəlmək olar ki, işi aparan müstəntiq və ya istintaqı aparan şəxs uşağa və onun valideynlərinə onların hüquq və 



vəzifələrini izah etməmişdir.  

31 

                                                

müvafiq qablar mövcüddur, pis qoxu gəlmir. Monitorinq aparılmış kamera otaqlarının pəncərəsi 

var. Kameralardakı şəraiti, o cümlədən, sanitar-gigiyenik vəziyyəti qənaətbəxş hesab etmək olar. 

Onların döşəməsi taxtadan, ayaqyolu hissəsi isə metlax örtükdən ibarətdir. Kamera otaqlarında 

istilik sistemi bir o qədər də yaxşı  təşkil olunmayıb. Yataq dəstlərinin vəziyyətini qənaətbəxş 

hesab etmək olmaz. Belə ki, yataq dəsti nazik, çirkli döşək və örtükdən ibarətdir. Bu dəstlər qış 

ayları və soyuq hava şəraiti zamanı istifadə üçün yararsızdır. 

 

Uşaqların bildirdiyinə görə, burada onlar vaxtlarını masaüstü oyunlar oynamaq, kitab oxumaqla 



keçirirlər. 

 

Müdiriyyətin sözlərinə görə, kameralarda uşaqların dini ayinləri icra etmələrinə maneəçilik 



törədilmir. 

 

İbtidai araşdırma və  məhkəmə istintaqı altında olan və  təcridxanada saxlanılan  şəxslərə 



münasibətdə  tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədilə intizam mövcuddur. Monitorinq 

qrupunu müşaiyət edən  əməkdaşın verdiyi məlumata görə, intizam təcridxanasında barəsində 

tənbeh tədbiri tətbiq edilmiş yetkinlik yaşına çatmayanlar bir neçə gün müddətində saxlanılır

51

İntizam təcridxanasının vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Belə ki, monitorinq zamanı 



müəyyən edilib ki, döşəmə metlaxdandır, istilik sistemi yaxşı işləmir və ayaqyolu qovşağından 

pis qoxu gəlir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın tərəfdar çıxdığı “Azadlıqdan 

məhrum edilmiş yetkinlik yaşına çatmayanların müdafiəsinə dair” BMT Təlimatları  uşaqların 

tənbeh tədbiri kimi cərimə  təcridxanasına və ya cərimə kamerasına salınmasını  qəti  şəkildə 

qadağan edir

52

.

 

 

Uşaqların qidalanması və tibbi xidmətin vəziyyəti 

 

Uşaqlar milli qanunvericiliyə uyğun olaraq, gündə üç dəfə saxlanıldıqları kameralarda 



qidalanırlar. Xörəklərin hazırlandığı hissəsinin köhnə və təmirə ehtiyacı olmasına baxmayaraq, 

gigiyenik vəziyyəti normaldır. Qidanın rasionunu qənaətbəxş hesab etmək olar. Təcridxana 

rəhbərinin sözlərinə görə, hər uşağın qidalanması üçün ayda təxminən 100 ABŞ dolları 

məbləğində  vəsait xərclənir. Müəssisənin  ərzaq və  məişət məmulatlarının saxlanması üçün 

nəzərdə tutulmuş yardımçı  təsərrüfat yerləri də var ki, burada ən zəruri  ərzaq və  məişət 

məhsulları saxlanılır. 

 

Təcridxanada saxlanılanlara tibbi xidmət göstərilməsi məqsədi ilə tibbi qovşaq nəzərdə tutulub. 



Tibb  şöbəsinin rəisi bildirib ki, müəssisədə 1 terapevt, 1 dermatoloq-veneroloq, 1 psixiatr 

(məzuniyyətdə olub), 1 ftiziatr, 1 stomatoloq, 1 rentgenoloq (yarımştat), 1 feldşer (monitorinq 

zamanı ştat boş idi) və 1 qeydiyyatçı çalışır. Monitorinq zamanı 3 həkim yerində idi. 

 

Tibbi qovşaq qeydiyyat otağından, tibb otağı, rentgen otağı, laboratoriya və stomatoloji 



kabinetdən ibarətdir. Laboratoriya, tibb otağı və stomatoloji kabinet (burada yalnız bir yararsız 

kreslo var idi) yararsız halda idi, lakin müdiriyyətin sözlərinə görə, burada təmir işləri aparılır. 

Rentgen otağı isə, təzə təmir olunub və yeni avadanlıqlarla təchiz edilib. 

 

 



 

51

Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnamənin 5.3-cü maddəsinə əsasən, tənbeh tədbiri 



qismində yetkinlik yaşına çatmayan şəxslərin intizam təcridxanasında saxlanılma müddəti 5 sutkadan çox ola bilməz. 

52

 Azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayanların müdafiəsinə dair BMT-nin Təlimatları, Mad.67: “Qəddar, qeyri-



insani və ya insan ləyaqətini alçaldan rəftar təşkil edən bütün intizam tədbirləri, o cümlədən bədən cəzaları, karserə salma, ciddi 

rejimdə və ya biradamlıq kamerada saxlama, yaxud yetkinlik yaşına çatmayan şəxsin fiziki və ya psixi sağlamlığına ziyan yetirə 

bilən istənilən cəza qadağan olunmalıdır. Hər hansı məqsədlə qidanın azaldılması, ailə ilə əlaqələrin məhdudlaşdırılması qadağan 

olunmalıdır. Əməyə həmişə tərbiyə üsulu kimi və yetkinlik yaşına çatmayan şəxs cəmiyyətə qayıdışa hazırlaşarkən ona özünə 

hörmət hissinin aşılanması vasitəsi kimi baxılmalı  və o, intizam tədbiri kimi tətbiq edilməməlidir. Heç bir yetkinlik yaşına 

çatmayan şəxs eyni intizam pozuntusuna görə bir dəfədən artıq cəzalandırılmamalıdır. Kollektiv cəzalar qadağan olunmalıdır.” 



32 

                                                



2.4. Tərbiyə Müəssisəsi 

 

Müəssisədə saxlanılan yetkinlik yaşına çatmayanların sayı və dairəsi 

 

Tərbiyə Müəssisəsi ümumi rejimlidir və burada ilk dəfə müəyyən müddətə azadlıqdan 

məhrumetmə növündə cəzaya məhkum olunmuş yetkinlik yaşına çatmayan (14-18 yaş) oğlanlar 

cəza çəkirlər

 53

. Qanunvericiliyə görə, məhkəmənin qərarına  əsasən məhkumlar burada iyirmi 



yaşınadək saxlanıla bilərlər

54

. Təcrübə göstərir ki, bu müddəa yalnız cəza çəkən yetkinlik yaşına 



çatmayan şəxsin cəza çəkmə müddəti onun 20 yaşı tamam olanadək bitməsi gözlənildiyi hallarda 

tətbiq edilir. Onu da qeyd etmək lazımdır ki, qanunvericiliyə  əsasən, möhkəm rejimli tərbiyə 

müəssisəsinə göndərilməli olan (əvvəllər azadlıqdan məhrumetmə növündə  cəza çəkmiş) 

yetkinlik yaşına çatmayan oğlan məhkumlar da, elə bir müəssisə olmadığından, burada 

saxlanılırlar. 

 

Müəssisə 100 nəfərə  qədər məhkumun saxlanılması üçün nəzərdə tutulub. Monitorinq zamanı 



müəyyən olunub ki, müəssisədə 16-18 yaşlarında 61 oğlan saxlanılır. Onlardan 2-si 16 yaşında, 

14-ü 17 yaşında, 32-si 18 yaşında, 13-ü 19 yaşındadır. 

 

Monitorinq zamanı müəssisədə cəza çəkən yetkinlik yaşına çatmayan şəxslərdən: 



- 12-si xüsusilə ağır,  

- 31-i ağır,  

- 15-i az ağır,  

- 3-ü isə böyük ictimai təhlükə törətməyən cinayətlər törətməkdə təqsirli bilinib.  

 

Yetkinlik yaşına çatmayanların saxlanılma şəraiti 

 

Müəssisə işıq, gigiyena, temperatur, qoxu, səs-küy, habelə verilən qidanın keyfiyyəti baxımından 



normal vəziyyətdədir. Müəssisədə adambaşına düşən yer norması milli standartlara əsasən təmin 

edilib. Lakin bu standartlar beynəlxalq standartlara uyğun deyil. Müəssisədə, həmçinin, fərdi 

otaqlar və ya guşələrin olmaması uşaqların özəl həyata olan hüquqlarını pozur. 

 

Tərbiyə Müəssisəsində  hər birində 6-dan 15-dək çarpayı olmaqla 9 yataq otağı, 8 kabinədən 



ibarət 4 tualet otağı  və 3 kabinədən ibarət 1 hamam var. Çarpayıların və yataqların vəziyyəti 

qənaətbəxşdir. Müdiriyyətin və yetkinlik yaşına çatmayanların əksəriyyətinin bildirdiyinə görə, 

onlara həftədə bir dəfə çimmək imkanı yaradılır. 

 

Müəssisədə yetkinlik yaşına çatmayanların istirahət və asudə vaxtının səmərəli təşkili üçün 



kitabxana, futbol oynamaq üçün meydança, masaüstü oyunlar (nərd,  şahmat), o cümlədən, 

masaüstü tenis var. Onlar həmçinin, ümumi radio və televizor, videofilmlər və qəzetlərlə təmin 

edilirlər.  

 

Uşaqların ibadətlə  məşğul olmaları üçün yaradılmış dini güşənin vəziyyətini qənaətbəxş hesab 



etmək olar. Lakin, müşahidə onu deməyə əsas verir ki, bu otaq nadir hallarda təmizlənir. 

 

 



53

 AR CM, Mad.85.5: “Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:  

AR CM, Mad. 85.5.1 yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik 

yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində;  

AR CM, Mad. 85.5.2: əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm 

rejimli tərbiyə müəssisələrində”. 

54

 AR CİM, Mad.128.1: “On səkkiz yaşına çatmış  məhkumlar bir qayda olaraq tərbiyə müəssisələrindən cəzaçəkmə 



müəssisələrinə keçirilirlər. Tərbiyə müəssisələrində məhkəmənin qərarına əsasən məhkumlar iyirmi yaşınadək saxlanıla bilərlər”. 

33 

                                                

Müəssisə  rəhbərliyinin bildirdiyinə görə, məhkumlara öz paltarlarını geyinməyə icazə verilir. 

Lakin monitorinq qrupunun üzvlərinin müşahidəsi onu göstərib ki, müəssisədə saxlanılan bütün 

yetkinlik yaşına çatmayanlar “uniforma”ya bənzər paltar geyinir.  

 

Müəssisədə  məhkumların valideynləri ilə görüşməsinə  həftədə bir dəfə icazə verilir. Qısa 



müddətli görüş otağının vəziyyəti qənaətbəxşdir

55

. Lakin xüsusi olaraq qeyd etmək lazımdır ki, 



müəssisədə uzun müddətli görüş otağı yoxdur 

56



 

Müəssisədə 37 nəfər işçi çalışır. O cümlədən 1 həkim (tam iş günü), 1 psixoloq (tam iş günü), 10 

müəllim (tam iş günü) və 2 peşə təlimi üzrə müəllim (tam iş günü) fəaliyyət göstərir. İşçi heyət 

silah gəzdirmir. 

 

Müəssisədə axşam məktəbi fəaliyyət göstərir. Burada uşaqlara kompüter dərsləri də keçilir və 



onlar kompüterlə bağlı  zəruri biliklərə yiyələnirlər. Yetkinlik yaşına çatmayan məhkumlar

həmçinin texniki-peşə  təlimi də alır. Bununla yanaşı, müəssisədə ali məktəblərə  qəbul üçün 

keçiriləcək imtahanlara hazırlıq kursları  təşkil olunub. Lakin, ümumilikdə, müəssisə  uşaqları 

azadlığa çıxdıqdan sonra düşəcəkləri həyata hazırlamır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, 

yaxın zamanlarda cəzaçəkmə müəssisəsini tərk edəcək yetkinlik yaşına çatmayan şəxslərə 

psixoloji yardımım göstərilməsi üçün müəssisədə  hər hansı bir xüsusi proqram və ya bölmə 

fəaliyyət göstərmir. 

 

Tərbiyə müəssisəsində qanunvericilikdə  nəzərdə tutlmuş intizam təcridxanasına keçirmək (7 



günədək) növündə  tənbeh tədbirinin tətbiq edilməsi üçün intizam təcridxanası mövcuddur

 57


Lakin qeyd etmək lazımdır ki, göstərilən intizam tədbirinin tətbiqi Azərbaycanın tərəfdar çıxdığı 

“Azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayanların müdafiəsinə dair” BMT 

Təlimatlarını kobud şəkildə pozur

58

. Təcridxananın vəziyyətini qənaətbəxş hesab etmək olar. 



Müdiriyyətin bildirdiyinə görə, 2005-ci il ərzində daxili rejim qaydalarını pozmağa görə cəmi 38 

intizam tədbiri təbiq edilib ki, bunlardan 22-si intizam təcridxanasına keçirmə, 16-sı isə töhmət 

və xəbərdarlıq olub. 

 

Uşaqların qidalanması və tibbi xidmətin vəziyyəti 

 

Uşaqlar gündə üç dəfə qidalanırlar. Xörəklər yaxınlıqda olan qadınlar üçün nəzərdə tutulmuş 4 



saylı cəzaçəkmə müəssisəsində hazırlanır. Qidanın rasionunu qənaətbəxş hesab etmək olar. 

 

Müəssisədə yetkinlik yaşına çatmayan məhkumlara tibbi xidmət göstərilməsi üçün tibbi qovşaq 



mövcuddur. Qovşağın vəziyyətini qənaətbəxş hesab etmək olar. 

 

 



55

 AR CİM, Mad.124.2.3: “məhkumlar… il ərzində qısa müddətli qırx səkkiz və uzun müddətli səkkiz görüş almaq hüququna 

malikdirlər”;  

AR CİM, Mad.124.4.3: “məhkumlar….il ərzində qısa müddətli iyirmi dörd görüş və uzun müddətli üç görüş almaq hüququna 

malikdirlər”. 

56

 AR CİM, Mad. 81.3.: “Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı,  əri, 



valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların 

xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər.” 

57

 AR CİM, Mad. 125: “Tərbiyə müəssisələrində məhkumlara tətbiq edilən tənbeh tədbirləri: Cəzanın icrası qaydalarını pozan 



yetkinlik yaşına çatmayan məhkumlara bu Məcəllənin 107.1.1 və 107.1.2-ci maddələrində  nəzərdə tutulmuş  tənbeh 

tədbirlərindən  əlavə  təhsili davam etdirmək  şərtilə yeddi günədək müddətə intizam təcridxanasına keçirmək növündə  tənbeh 

tədbiri də tətbiq edilə bilər”. 

58

 “Azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayanların müdafiəsinə dair BMT-nin Təlimatları”, Mad.67: “Qəddar, qeyri-



insani və ya insan ləyaqətini alçaldan rəftar təşkil edən bütün intizam tədbirləri, o cümlədən bədən cəzaları, karserə salma, ciddi 

rejimdə və ya biradamlıq kamerada saxlama, yaxud yetkinlik yaşına çatmayan şəxsin fiziki və ya psixi sağlamlığına ziyan yetirə 

bilən istənilən cəza qadağan olunmalıdır. Hər hansı məqsədlə qidanın azaldılması, ailə ilə əlaqələrin məhdudlaşdırılması qadağan 

olunmalıdır. Əməyə həmişə tərbiyə üsulu kimi və yetkinlik yaşına çatmayan şəxs cəmiyyətə qayıdışa hazırlaşarkən ona özünə 

hörmət hissinin aşılanması vasitəsi kimi baxılmalı  və o, intizam tədbiri kimi tətbiq edilməməlidir. Heç bir yetkinlik yaşına 

çatmayan şəxs eyni intizam pozuntusuna görə bir dəfədən artıq cəzalandırılmamalıdır. Kollektiv cəzalar qadağan olunmalıdır.” 



34 

                                                

 

2.5. 4 saylı cəzaçəkmə müəssisəsi (qadınlar üçün) 

 

Müəssisədə saxlanılan yetkinlik yaşına çatmayanların dairəsi və sayı 

 

4 saylı  cəzaçəkmə müəssisəsində barələrində  məhkəmə  tərəfindən müəyyən müddətə 

azadlıqdan məhrumetmə növündə  cəza təyin edilmiş qadın məhkumlar saxlanılır. Yetkinlik 

yaşına çatmayan qızlar üçün tərbiyə müəssisəsi olmadığı üçün, onlar da cəzalarını qadınlar 

üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində çəkirlər. 

 

Qız uşaqları üçün ayrıca cəzaçəkmə müəssisəsinin olmaması və onların qadınlar üçün nəzərdə 



tutulmuş  cəzaçəkmə müəssisəsində saxlanılması, həmçinin monitorinq zamanı burada 

azadlıqdan məhrum edilərkən yetkinlik yaşına çatmayan olan 3 nəfər  şəxsin saxlanılmasını 

(bu hal milli və beynəlxalq qanunvericiliyə ziddir)

59

  nəzərə alaraq, sözü gedən müəssisənin 



monitorinqinin həyata keçirilməsi zəruri hesab olunub. 

 

Monitorinq zamanı müəssisədə 248 qadın çəza çəkirdi. Monitorinq qrupunun üzvlərinin 



müsahibə götürdükləri qadınlardan biri cəzaçəkmə müəssisəsinə düşdüyü zaman 17 yaşında 

(8 il müddətinə azadlıqdan məhrum edilib), ikincisi – 16 yaşında (5 il müddətinə azadlıqdan 

məhrum edilib), üçüncüsü – 16 yaşında (10 il müddətinə azadlıqdan məhrum edilib) və 

nəhayət, sonuncusu – 19 yaşında (10 il müddətinə azadlıqdan məhrum edilib) olub. 

Monitorinq aparılan zaman müəssisədə 19 (üç nəfər) və 20 (1 nəfər) yaşında qadın vardır. 

Bunlar da digər qadınlarla birlikdə 23-30 nəfərlik otaqlarda saxlanılır. Təkadamlıq otaqda 

qalmaq istədikləri barədə soruşduqda, müsahibə verən qadınlardan ikisi müsbət, biri isə mənfi 

cavab verərək, tək olduqda darıxacağını bildirib. 

 

Burada saxlanılan gənc qızlar ağır və xüsusilə  ağır cinayət törətməkdə  təqsirli bilinmiş 



şəxslərdir. Bu müəssisədə  şübhəli bilinən və ya təqsirləndirilən  şəxslər saxlanılmır. Bunun 

üçün Gəncə  şəhəri və Bakı  şəhərinin  Şüvəlan qəsəbəsində yerləşən istintaq təcridxanaları 

vardır ki, burada qadınların saxlanması üçün ayrıca bölmələr mövcuddur. Lakin lazım 

gəldikdə, şübhəli bilinən və ya təqsirləndirilən şəxslər məhkəminin qərarı ilə məhkumlardan 

ayrı saxlanılmaq şərti ilə 4 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilə bilərlər

60

. Qeyd etmək 



lazımdır ki, buradakı yetkinlik yaşına çatmayan məhkumlar yetkinlik yaşına çatmış şəxslərlə 

birgə saxlanılır və müəssisədə eyni rejim növü tətbiq edilir ki, bu da cinayətlərin ağırlığına 

görə məhkumları bir-birindən ayırmır. 

 

Yetkinlk yaşına çatmayan qız məhkumlar üçün ayrıca tərbiyə müəssisəsinin yaradılması 



haqda müvafiq dövlət qurumlarının münasibətini öyrəndikdə, qızların sayının çox az 

olduğundan (ildə ən çox 2-4 nəfər) ayrıca tərbiyə məssisəsinin yaradılmasının məqsədəuyğun 

hesab edilmədiyi səsləndirilib. 4 saylı  cəzaçəkmə müəssisəsinin tərkibində  qız uşaqlarının 

saxlanması üçün ayrıca bölmənin yaradılması ilə bağlı verilən suala isə cavab alınmayıb. 

 

 

Cəzaçəkmə müəssisəsində saxlanılma şəraiti 



 

Müəssisənin köhnə binadan ibarət olmasına baxmayaraq, buradakı  səliqə-sahman göz oxşayır. 

Pis qoxunun olmaması, təmizlik və  həyətdə çoxsaylı su kranlarının olması müşahidə edilib. 

Müəssisənin vəziyyətini ümumilikdə  qənaətbəxş hesab etmək olar. Burada mütamadi isti suyu 

olan hamam və gigiyena otaqları, səliqəli və təmiz yataq dəstləri ilə təchiz olunmuş yataqxanalar, 

 

59



 AR-nın CPM-nin 434.3 maddəsi və “Həbsdə saxlanılma yerlərində  şəxslərin saxlanılmasına dair Müvəqqəti  Əsasnaməsinin 

2.10 maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar böyüklərdən ayrı saxlanmalıdır. Bu həmçinin “Azadlıqdan məhrumedilmiş 

yetkinlik yaşına çatmayanların müdafiəsinə dair BMT-nin qaydalarında da təsbit edilib. 

60

 Mad.2.2, “Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnamə”.  



35 

kitabxana, ibadət otağı, müalicə  mərkəzi, gözəllik salonu, ana-uşaq otaqları, televizorla təchiz 

olunmuş istirahət otağı təşkil olunub. 

 

İstirahət və  əyləncə imkanları masaüstü oyunlar oynamaq, kitab oxumaq və gün ərzində  təyin 



olunmuş müvafiq saatlarda ümumi otaqlarda televizora baxmaqdan ibarətdir. Məhkumlar 25-30 

çarpayı və tumbalar ilə təchiz olunmuş yataqxanalarda yaşayırlar. Müəssisənin geniş həyətyanı 

sahəsində məhkumlar məhdudiyyətsiz gəzmək hüququna malikdir. 

 

Təcridxanadakı sanitar-gigiyenik vəziyyəti ümumilikdə  qənaətbəxş hesab etmək olar. Burada 



saxlanılanların gündəlik yuyunması üçün gigiyena otağı  və  qışda həftədə 1 dəfə, yayda isə 

həftədə 2 dəfə çimmək üçün hamam vardır. Onların təmirə ehtiyacı olsa da, su kranlarından isti 

və soyuq su gəlirdi. Buradakı gözəllik otağında qadınlar ən zəruri qulluq prosedurlarını həyata 

keçirirlər. Müvafiq ləvazimatları qadınlara yaxınları gətirir. 

 

Müəssisənin  ərzaq və  məişət məmulatlarının saxlanılması üçün nəzərdə tutulmuş yardımçı 



təsərrüfat yerləri vardır ki, burada ən zəruri ərzaq və məişət məhsulları saxlanılır.  

 

Müəssisədə monitorinq aparılan zaman anaları ilə 6 nəfər 3 yaşına qədər uşaq yaşayırdı. 



Uşaqların saxlanılması üçün nəzərdə tutulmuş otağın genişləndirilməsinə ehtiyac var.  

 

Müəssisədə yetkinlik yaşına çatmayanlar və ümumilikdə  məhkumlar üçün təhsil almaq (peşə 



təlimi istisna olmaqla) imkanları  nəzərdə tutulmayıb. Yetkinlik yaşına çatmayan qız uşağının 

cəzaçəkmə müəssisəsinə göndərildiyi halda onun təhsil alması ilə bağlı suala cavab alınmayıb. 

 

Məhkumların reabilitasiyası yalnız peşə  təlimindən ibarətdir. Xüsusi fərdi reabilitasiya 



proqramları hazırlanmır və həyata keçirilmir. Onu da qeyd etmək lazımdır ki, yaxın zamanlarda 

cəzaçəkmə müəssisəsini tərk edəcək qadınlara psixoloji yardımım göstərilməsi üçün müəssisədə 

hər hansı bir xüsusi proqram və ya bölmə fəaliyyət göstərmir. 

 

Cəzaçakmə müəssisəsində 17 dəzgahdan ibarət olan xalçaçılıq sexi fəaliyyət göstərir. 



Müdiriyyətin bildirdiyinə görə, burada peşə  təlimi üzrə 20 nəfər müəllim çalışır və onlar 

məhkumlara toxuculuq və xalçaçılıq sənətlərini öyrədirlər. 

 

Müəssisədə saxlanılan  şəxslərə münasibətdə  tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədilə 



cərimə  təcridxanaları mövcuddur. Buradakı  cərimə  təcridxanaları yeni təmir olunub və 

müdiriyyətin bildirdiyinə görə, bu kameralardan nadir hallarda istifadə edilir. 

 

Yuxarıda qeyd edildiyi kimi, cinayət  əməlinin ağırlığına görə müəssisədə saxlanılan qadınlar 



biri-birindən ayrılmırlar. Bu müəssisədə  həm az ağır, ağır və xüsusilə  ağır cinayətlər törətmiş 

qadınların saxlanıldığını  nəzərə alsaq, belə  qənaətə  gəlmək olar ki, bu cür qarışıq rejimli 

müəssisədə hamı vahid, möhkəm rejimə əsasən cəza çəkir. 

 

Məhkumların qidalanması və tibbi xidmətin vəziyyəti 

 

Məhkumlar daxili intizam qaydalarına uyğun olaraq gündə üç dəfə ümumi yeməkxanada 



qidalanırlar. Xörəklərin hazırlandığı hissəsinin köhnə və təmirə ehtiyacı olmasına baxmayaraq, 

gigiyenik vəziyyəti normaldır. Qidanın rasionunu qənaətbəxş hesab etmək olar. Yeməkləri 

müəssisədə  cəza çəkən qadınlar özləri hazırladıqları üçün (bu halda ərzaqları onlara yaxınları 

gətirirlər) onlar digər azadlıqdan məhrumetmə yerlərində verilən yeməklərdən öz rasionu və 

keyfiyyəti ilə seçilir. 

 

Müəssisədə saxlanılanlara tibbi xidmətin göstərilməsi məqsədi ilə tibbi qovşaq nəzərdə tutulub. 



Qovşaq yeni təmir olunub, xəstələrin müalicə alması üçün nəzərdə tutulmuş geniş otaqdan, 

36 

həkimlər üçün nəzərdə tutulmuş otaqdan və ginekoloji kabinetdən ibarətdir. Qeyd etmək lazımdır 

ki, monitorinq aparılmış digər müəssisələrdən fərqli olaraq, buradakı tibbi qovşağın vəziyyətini 

səhiyyə standartlarına uyğun hesab etmək olar. Tibbi qovşağın vəziyyəti Bakı şəhərində fəaliyyət 

göstərən adi xəstəxanaların müvafiq şöbələrində müşahidə edilən vəziyyətə oxşardır. Qovşaqda 

ginekoloq, diş həkimi və terapevt fəaliyyət göstərir. Müdiriyyətin sözlərinə görə, müəssisədə 1 

nəfər zabit – psixoloq çalışır. 

 

 


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə