Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin



Yüklə 0.65 Mb.
PDF просмотр
səhifə3/9
tarix07.12.2016
ölçüsü0.65 Mb.
1   2   3   4   5   6   7   8   9

 

 

11



 Yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiyanın Əsasnaməsi, 31 may 2002. II Hissə II Mad. 9 

(par.1) 


12

 Yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiyanın Əsasnaməsi, 31 may 2002. II Hissə II Mad. 5 

(par.13)  

13

 Hacıqabul rayonundakı komissiyanın sədri RİH başçısının müavini Rövşən Şirəliyevlə aparılan sphbət zamanı məlub olub ki, 



yetkinlik yaşına çatmayanların işə düzəlmələri ilə bağlı özəl  şirkətlərə müraciət etsələr də, bu işin  nəticəsi gözlənilən kimi 

alınmır. Şirkət və müəssisələr uşaqların işə düzəlməsinə razılıq versələr də, onların gün ərzində cəmibir neçə saat işləmək üçün 

müqavilə bağlamaq lazım gəlir və bu da son nəticədə həmin uşaqların işdən çıxarılması ilə nəticələnir. 

14

Yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiyanın Əsasnaməsi, 31 may 2002. II Hissə II Mad. 5 



(par.10) 

17 

                                                

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar bəzi hallarda məktəb rəhbərliyi və ya 

valideynlər tərəfindən  ərizə verildikdə “çətin tərbiyə olunan uşaq” “damğa”sı altında uşaqların 

Bakı  şəhər Mərdəkan qəsəbəsi və Quba rayonunda yerləşən xüsusi internat məktəblərinə 

yerləşdirilməsinə dair qərarlar çıxarır. Lakin, daha çox müşahidə edilən hal valideynlərinin 

imkansızlığını  səbəb kimi tanıyaraq “çətin tərbiyə olunan” uşaqlar kateqoriyasına aid olmayan 

uşaqların ümumtipli internat məktəbləri və ya uşaq evlərinə göndərilməsidir. 

 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların fundamental resurslara ehtiyacı 



var 

 

Komissiyaların  əksəriyətində  nəqliyyat və maddi-texniki problemlər müşahidə olunur. Belə ki, 



uzaq kəndlərə getməyə  çətinlik çəkirlər və  mərkəzə yaxın olan müəssisələrin nəzarəti ilə 

kifayətlənməli olurlar. Rayon icra hakimiyyəti aparatlarında  ən yaxşı halda bir və ya iki 

kompüter (və ya yazı makinası) var ki, əməkdaşlar orada yazı yazmaq üçün növbə gözləməli 

olurlar. Həmçinin, komissiyaların informasiya əldə etmə, ötürmə işi zəif təşkil olunub

15



 



Yuxarıda göstərilənləri nəzərə alaraq, qeyd etmək olar ki, RİH aparatı yanında fəaliyyət göstərən 

yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların fəaliyyəti düzgün qurulmayıb və bu formal 

xarakter daşıyır. Bu isə, nəinki yetkinlik yaşına çatmayanlar arasında xırda hüquqpozmaların, 

eləcə də gələcəkdə narkomaniya, HİV/AİDS və s. bu kimi mənfi halların yayılmasının qarşısının 

alınmasına yönəlmiş fəaliyyətin göstərilməməsi deməkdir.

16

 



 

1.2. Rayon polis idarələrində  (şöbələrində) fəaliyyət göstərən ictimai təhlükəsizlik 

bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qruplarının 

işindəki qüsurlar 

 

 

İctimaiyyət və idarə (şöbə)tərəfindən apatiya 



 

Rayon polis idarələrinin (şöbələrinin) ictimai təhlükəsizlik bölməsinin tərkibində  fəaliyyət 

göstərən yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qruplarının üzvləri daha çox uşaq 

inspektoru kimi tanınır. Polis uşaq inspektorlarının fəaliyyəti ictimaiyyət tərəfindən zəif 

qiymətləndirilir. Marağın və diqqətin az olması  həmçinin polis uşaq inspektorarının özləri 

tərəfindən də müşahidə edilir. Bu səbəbdən də bu sahədə çalışan polis işçiləri vəzifə boyu 

yüksəlmək üçün digər xidmətlərə keçməyə üstünlük verirlər. 

 

Polis uşaq inspektolarının  əksəriyyəti uşaqlarla iş sahəsində xüsusi bilik və bacarıqlara malik 



deyil. Maraqlısı budur ki, bu işə cəlb edilən əməkdaşların konkret bacarıqlara malik olması tələb 

olunmur. Sorğular və müsahibələr uşaq inspektoru kimi işləyən şəxslərin əksəriyyətinin müxtəlif 

səbəblərə görə rütbəsi aşağı salınmış,  əvvəl tutduğu vəzifəsindən azad edilərək daha aşağı 

vəzifəyə keçirilmiş və ya pensiya yaşına yaxınlaşanlar olduğunu deməyə əsas verir.

 

 

 

15



 Komissiya üzvlərinin bildirdiyinə görə, komissiyanın əsas problemi maddi-texniki bazanın çox zəif olmasıdır. Komissiyaların 

fəaliyyətinin daha səmərəli təşkil edilməsi məqsədilə onlar müvafiq avadanlıqla təchiz (kompüterlər, faks, kseroks və s.) 

olunmalı, yeni texnologiyalardan (internet) istifadə edilməsi üçün imkanlar yaradılmalı, həmçinin komissiya üzvləri üçün təlimlər 

keçirilmədir. 

16

 Hacıqabul rayonunda uşaq inspektoru ilə aparılan söhbətdən məlum oldu ki, son vaxtlar yetkinlik yaşına çatmayanlar arasında 



narkomaniya ilə bağlı hal da qeydə alınıb. Qeyd etmək lazımdır ki, aparılan söhbətlər zamanı o da məlum oldu ki, Hacıqabul 

rayonunda böyüklər arsında narkomaniya digər rayonlara nisbətən daha yüksəkdir və bunun yetkinlik yaşına çatmayanlardan yan 

keçəcəyini düşünmək çətindir. Baş inspektorun fikrinə görə, uşaqların sağlam tərbiyəsi üçün rayon ərazisində idman 

komplekslərinin yaradılması, məktəblilərin müxtəlif ekskursiyalara aparılması müsbət nəticə verə bilər. Onun söylədiyinə görə, 

rayon  ərazisində idman kompleksləri yetərli olmadığından rayondakı yeniyetmələr idmanla məşğul olmaq üçün Əli-Bayramlı 

şəhərinə getməli olurlar. 



18 

                                                

Onu da qeyd etmək lazımdır ki, polis uşaq inspektorlarının funksiyaları aydın 

müəyyənləşdirilməyib. Onlar uşaqlarla məşğul olmaqla yanaşı 24 saatlıq növbələrə qalır, 

böyüklər tərəfindən törədilən cinayətlərlə, vəzifələrinə aid olmayan digər işlərlə məşğul olurlar. 

Nəticə etibarilə, polis uşaq inspektorları yetkinlik yaşına çatmayanlar arasına profilaktik işin 

aparılmasına yönəlmiş əsas vəzifə borclarını lazımi səviyyədə yerinə yetirə bilmirlər. 

 

 

Əmək haqqının az olması 



 

Uşaq polis inspektorlarının əmək haqqı təxminən 107-112 manat (və ya 110-115 ABŞ dolları) 

təşkil edir. Müqayisə üçün demək olar ki, yol patrul xidməti  əməkdaşlarının  əmək haqları 

bundan beş-yeddi dəfə çoxdur.  

 

 

Resursların çatışmazlığı 



 

Uşaq inspektorlarının rayonun müxtəlif kəndlərinə  səfər etmələri üçün nəqliyyatları yoxdur. 

Onlar məcbur olub yerlərə ya öz maşınları ilə, ya da taksi ilə getməli olurlar ki, bu da işin 

səmərəliliyinə təsir göstərir.

17

 

 



Qadın polis uşaq inspektorlarının sayının azlığı 

 

Uşaq inspektorlarının arasında qadın işçilərin sayı olduqca azdır. Monitorinq qrupu yalnız Qazax 



rayonunda bir, Bakı  şəhərində isə yeddi qadın inspektorla görüşə bilib. Qalan rayonlarda isə 

qadın inspektorların olması qeydə alınmayıb. 

 

 

Profilaktik proqramların hazırlanmasında iştiraklarının məhdud olması 



 

Polis uşaq inspektorları əksər rayonlarda yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların ən 

fəal üzvü hesab olunurlar. Lakin qeyd etmək lazımdır ki, polis uşaq inspektorları qanunla 

ziddiyyətdə olan və  çətin tərbiyə olunan uşaqlara ünvanlanan və ya onlara təsir edəcək yerli, 

regional və milli proqram və planların hazırlanmasından kənarda qalırlar. 

 

Həmçinin qeyd etmək lazımdır ki, bəzi rayonlarda polis-komissiya-məktəb münasibətləri ya zəif 



təşkil olunub, ya da bu münasibətlərdə ziddiyyətlər müşahidə edilir.

18



 

 

 



17

Ümumiyyətlə, polis orqanlarında işləyənlər bir məsələnin  ədalətsizlik olduğu qənaətindədirlər. Bu da yol patrul xidmətində 

işləyən əməkdaşların maaşlarının onlarınkından 5-6 dəfə çox olmasıdır. Bu kimi ayrı-seçkilik polislər arasında sosial ədalətsizlik 

kimi qiymətləndirilir. 

18

  Ağdaş rayonundan uşaq inspektorları qaraçı  uşaqların dərsdən yayınaraq avaraçılıq və dilənçiliklə  məşğul olmalarının 



qarşısının alınmasının çətin olduğunu bildiriblər. Onların verdiyi məlumata görə, bu kimi halların qarşısı rayon ərazisində alınsa 

da, həmin uşaqlar Bakı  şəhərinə üz tutur və  həmin uşaqlar öz fəaliyətlərini orada davam etdirirlər. Vəziyyəti çətinləşdirən 

məsələlərdən biri də, məktəb direktorlarının uşaqların davamiyyəti ilə bağlı polis inspektoruna məlumat verməməsidir. Onların 

dediyinə görə, avaraçılıqla məşğul olan uşaqlar üçün fərdi nəzarət vərəqi açılır. Qaydaya görə bu uşaqlar hər iki həftədən bir uşaq 

inspektorunun yanına gəlib hesabat verməlidər. Ancaq bəzən məlum olur ki, uşaqlar hesabat verəndən dərhal sonra Bakı şəhərinə 

yola düşür və onlar öz fəaliyyətlərini davam etdirirlər. Bu cür hallara daimi nəzarət etmək imkanı məhduddur. Uşaqların məktəbə 

davamiyyətinə nəzarət etməli olan məktəb rəhbərləri isə nədənsə, bəzən bu kimi hallara göz yumurlar. 


19 

                                                



1.3. Rayon polis idarələrindəki (şöbələrindəki) müvəqqəti saxlama təcridxanalarının 

(MST) vəziyyəti 

19

 

 



Yetkinlik yaşına çatmayanlar üçün ayrıca müvəqqəti saxlama təcridxanaları mövcud 

deyil 

 

Yetkinlik yaşına çatmayanların saxlanılması üçün polis orqanlarında ayrıca müvəqqəti saxlama 



təcridxanası yoxdur. Polis idarələrinin (şöbələrinin) müvəqqəti saxlama təcridxanaları  həm 

uşaqların, həm də yetkinlik yaşına çatmışların saxlanılması üçün istifadə edilir. Rayonlardakı 

müvəqqəti saxlama təcridxanalarının heç birində  uşaqlar üçün xüsusi kameralar yoxdur. MST 

rəislərinin verdikləri məlumata görə, uşaqlar saxlanarkən böyüklərdən ayrı kameralarda 

saxlanılırlar.  Əgər uşaqlar eyni cinayət  əməlində  təqsirli bilinmirlərsə, eyni kamerada 

saxlanılırlar. Monitorinq zamanı yalnız bir neçə MST-də uşaqların saxlanıldığı müşahidə edildiyi 

üçün MST-lərdə uşaqların böyüklərdən ayrı saxlanılması barədə dəqiq fikir söyləmək çətindir. 

 

 



 

Əməkdaşlar üçün xüsusi təlimlər keçilməyib 

 

MST rəislərinin bir qismi bu vəzifəyə təyin olunarkən xüsusi kurslar keçmiş olsalar da,



20

 digər 


qismi bu işlə bağlı heç bir təlim, yaxud kursda olmayıb. MST-lərdə çalışan polis əməkdaşlarına 

sual verildikdə, onların BMT-nin Uşaq Hüquqları Konvensiyasından başqa, yetkinlik yaşına 

çatmayanların azadlıqdan məhrumetmə yerlərində saxlanmasına dair qaydalar da daxil olmaqla 

digər beynəlxalq sənədlərlə, qaydalar və ya prinsiplərlə tanış olmadıqları müəyyən edilib. 

 

 

Gəzinti üçün verilən müddətdə mövcud olan qeyri-müəyyənlik 



 

MST-lərdə uşaqlar üçün verilən gəzinti vaxtları müxtəlifdir. Bəzi MST rəisləri bu vaxtın 10-15 

dəqiqə, bəziləri isə 50-60 dəqiqə olduğunu bildirib. 

 

 



Əmək haqqı məbləğinin az olması 

 

Əksər MST rəisləri öz işlərindən razı olduqlarını bildirsələr də, maaşlarının az olması (MST 



rəislərinin maaşı 95 manat, növbətçilərin maaşları isə 80-90 manatdır) işlərinə  həvəslə 

yanaşmalarına təsir göstərdiyini qeyd ediblər. 

 

 

 



Yetkinlik yaşına çatmayanları onların hüquqları barədə  məlumatlandırmaq 

istiqamətində mövcud olan çatışmazlıqlar 

 

MST-yə düşmüş yetkinlik yaşına çatmayanlar başa düşə biləcəkləri tərzdə öz hüquq və vəzifələri 



barədə  məlumatlandırılmır. MST-lərdə  uşaq hüquqları  və  həmçinin müvəqqəti saxlama 

 

19



Monitorinq keçirilən zaman Bərdə rayon polis şöbəsindəki müvəqqəti saxlama təcridxanasına baxış keçirmək mümkün olmadı. 

RPŞ-nin rəisi hər vəchlə monitorinq qrupunun MST-yə baxmasını  əngəlləməyə çalışdı  və buna nail ola bildi. Monitorinq 

qrupunun  əlində Daxili İşlər Nazirliyindən məktub olmamasını  bəhanə  gətirən rəis hətta bu məsələ ilə bağlı telefon vasitəsilə 

şifahi razılıq alınması ideyasını belə qəbul etmədi. Bu rayondakı MST isə monitorinq baxımından xüsusi əhəmiyyət kəsb edirdi. 

Cəbhə bölgəsinə yaxın ərazidə yerləşən bu MST-də həm də qonşu Ağdam rayonundan tutulmuş şəxslər saxlanılır. Oxşar vəziyyət 

Sumqayıt şəhər polis idarəsində də təkrarlandı. Adı çəkilən idarədə nəinki idarə rəhbərliyi, hətta növbətçi hissəyə yaxınlaşmağa 

imkan verilmədi. Belə ki, idarənin yerləşdiyi həyətin qapısındakı polis köşkündə duran polis serjantı növbətçi hissə ilə yalnız 

telefon əlaqəsi saxlamağın mümkün olduğunu bildirdi. Telefon vasitəsilə növbətçi hissədən idarənin bütün əməkdaşlarının rəisin 

yanında iclasda olduğunu və heç kəslə  əlaqə saxlamağın mümkün olmadığını bildirdilər və başqa vaxt əlaqə saxlamaq üçün 

telefon nömrəsi verdilər. Sonradan müəyyən olundu ki, həmin telefon nömrəsi işlək deyil. Sumqayıt  şəhər polis idarəsi ilə 

sonralar da dəfələrlə  əlaqə yaratmağa cəhd edilsə  də, bu mümkün olmadı. Belə ki, hər dəfə hamının iclasda olduğu bildirildi. 

Göstərilən səbəblərdən, Sumqayıt şəhər polisi idarəsində monitorinq aparmaq mümkün olmadı. 

20

 Digər tərəfdən bu kurslar və ya təlimlərdə yetkinlik yaşına çatmayanların MST-lərdə saxlanması qaydaları, onlarla davranış 



qaydaları və bu sahədə olan beynəlxalq standartların öyrədilməsi sual altındadır. 

20 

                                                

təcridxanalarında saxlanılan  şəxslərin hüquq və  vəzifələrinə dair uşaqların başa düşə biləcəyi 

dildə yazılmış buklet, broşür və ya plakatlar müşahidə edilməyib. 

 

 

Paltar və yataq dəstlərinin yuyulması üçün şəraitin olmaması 



 

Bir sıra şəhər və rayonlarda cinayət törətməkdə ittiham edilən uşaqların MST-lərdə bəzən uzun 

müddət ərzində saxlanıldıqlarını (Bakı və Gəncə şəhərlərində yerləşən istintaq təcridxanalarına 

keçirilənədək) nəzərə alsaq, MST-lərdə paltar və  ağların yuyulması  və kimyəvi təmizlənməsi 

üçün zəruri şəraitin olmaması antisanitariyanın yayılması təhlükəsindən xəbər verir. 

 

 



1.4. Məhkəmələr 

 

İlk növbədə onu qeyd etmək lazımdır ki, məhkəmələrdə monitorinq və sorğuların həyata 

keçirilməsi üçün Ədliyyə Nazirliyi və ya Ali Məhkəmə  tərəfindən icazə  məktubunun alınması 

lazım oldu. Lakin məhkəmələrin  əksəriyyəti bu cür icazə  məktubunun təqdim edilməsini tələb 

etmədi

21

. Bərdə rayon məhkəməsində isə, monitorinq aparılmasına şərait yaradılmayıb. 



 

 

Beynəlxalq standartların tətbiq edilməsində mövcud olan çatışmazlıqlar 

 

Hakimlər, vəkillər və dövlət ittihamçıları qanunla ziddiyətdə olan uşaqlarla davranışa dair 



beynəlxalq standartlarla tanış deyil. Hakimlər, vəkillər və dövlət ittihamçılarının əksəriyyətinin 

BMT-nin UHK haqqında məlumatı var, lakin buna baxmayaraq onlar Konvensiya ilə  təmin 

edilmiş hüquqları tam anlamırlar. Bakı  və bir neçə rayonlarda aparılan monitorinqlər zamanı 

vəkillər BMT-nin UHK-na istinad etsələr belə, bu sadəcə ümumi xarakter daşıyıb və hər hansı 

bir spesifik maddənin tətbiqinə toxunulmayıb. 

 

 



Alternativ tədbirlərin tətbiqində mövcud olan çatışmazlıqlar 

 

Həbs qətimkan tədbirinə alternativlərin (nəzarət altına vermə) yalnız az ağır cinayətlərin 



(oğurluq) törədilməsində  təqsirləndirilən uşaqlara qarşı  tətbiq edilməsi müşahidələr zamanı 

müəyyən edilib. Lakin ağır və xüsusilə ağır cinayətlərin törədilməsində şübhəli bilinən uşaqlara 

qarşı həbs qətimkan tədbiri yeganə vasitə kimi tətbiq edilib. 

 

Rayonlarda monitorinqi aparılan məhkəmə prosesləri zamanı böyük ictimai təhlükə törətməyən, 



az ağır cinayətlərə görə (məsələn, oğurluq) uşaqlara qarşı  cəzalandırmaya və ya azadlıqdan 

məhrum etməyə alternativ tədbirlərin tətbiq edilməsi müşahidə edilib. Lakin, ağır və xüsusilə 

ağır cinayətlərə görə hakimlər bütün hallarda azadlıqdan məhrumetmə  cəzası vermək qərarını 

seçiblər. 

 

 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların cəlb edilməsində mövcud olan 



çatışmazlıqlar 

 

Əksər şəhər və rayonlarda fəaliyyət göstərən məhkəmələr yetkinlik yaşına çatmayanlarla iş üzrə 



komissiyaları uşaqlara dair məhkəmə prosesləri barədə məlumatlandırmır. 

 

 



Əmək haqqı məbləğinin az olması 

 

 



21

 Müqayisə üçün qeyd etmək lazımdır ki, rayon polis idarələri (şöbələri) monitorinqin keçirilməsinin yalnız Daxili İşlər 

Nazirliyindən məktub və ya onlara zəng olunduqdan sonra mümkün olacağını bildirib. Rəislər bunu nazirliyin monitorinqin 

keçirilməsi barədə məlumatının olub-olmamasını təsdiqləmək üçün tələb olunduğunu bildirib. 



21 

                                                

Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə dövlət 

tərəfindən təyin edilmiş  vəkillər aldıqları az miqdarda məvacibə görə öz vəzifələrini lazımi 

səviyyədə yerinə yetirmir. 

 

 



Məhkəmə tərəfindən işlərin ağlabatan müddət ərzində baxılmaması 

 

Monitorinq zamanı Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə ağır və xüsusilə ağır cinayətlərin 



törədilməsində ittiham edilən uşaqların işlərinin baxılması nöqteyi nəzərindən  ən fəal olub. 

Lakin bu məhkəmənin fəaliyyətində xeyli çatışmazlıqlar müəyyən edilib. Məsələn,  əvvəlcədən 

uşaqlara, onların valideynləri və vəkillərinə məlumat verilmədən məhkəmə iclaslarının vaxtının 

tez-tez dəyişdirilməsi. Bu xırda detal olsa da, onun məhkəmə prosesində  iştirak edənlərə  nə 

dərəcədə  mənfi təsir etməsi aşağıdakı  təsvirdən daha aydın görünür. Məhkəmə vaxtının 

dəyişdirilməsi səbəbindən uşaqlar bir neçə  dəfə istintaq təcridxanasından məhkəmə binasına 

gətirilib, məhkəmənin binasında saxlanılıb və  məhkəmə dinləməsində  iştirak etmədən geri 

qaytarılıb. Məhkəmə binasında uzun müddət saxlanılarkən onlar normal qida ilə təmin olunmur, 

və susuz saxlanılırlar. 

Beynəlxalq sənədlədə, habelə milli qanunvericilikdə yetkinlik yaşına çatmayanlara dair istintaq 

və  məhkəmə  işlərinin tez bir zaman kəsiyi  ərzində başa çatdırılması qeyd edilsə  də, Ağır 

cinayətlərə dair işlər üzrə Məhkəmənin icraatında olan bir neçə məhkəmə işi 10-12 ay ərzində 

baxılır. Bu cür hallar onu deməyə  əsas verir ki, uşaqlar məhkəmə  tərəfindən qeyri-insani və 

alçaldıcı rəftara məruz qalır. 

 

 

1.5.



 

İstintaq təcridxanaları 

 

 



Uşaqların yetkinlik yaşına çatmış şəxslərlə birgə saxlanılması 

 

Bakı  şəhərinin  Şüvəlan qəsəbəsində yerləşən  İstintaq Təcridxanası cinayət törətməkdə ittiham 



edilən və barəsində həbs qətimkan tədbiri çıxarılmış yetkinlik yaşına çatmayanların saxlanılması 

üçün xüsusi bölməyə malikdir. Lakin burada qanunvericiliyə zidd olaraq, uşaqlarla birlikdə 

yetkinilk yaşına çatmış şəxslərin saxlanılması faktı da müşahidə edilib. 

 

 



Təhsilin təşkili üçün resursların olmaması 

 

Uşaqların bir çoxunun burada uzun müddət  ərzində saxlanılmasına (3-15 ay və ya daha çox) 



baxmayaraq, onlar təhsil almaq hüququndan istifadə edə bilmir və müəssisədə heç bir təhsil alma 

imkanı mövcud deyil. Qeyd etmək lazımdır ki, bu məsələ  hələ 2005-ci ildə QHT Alyansının 

BMT-nin Uşaq Hüquqları Komitəsinə hazırladığı “Azərbaycanın yuvenal ədliyyə sistemi” adlı 

alternativ hesabatda qaldırılaraq aidiyyatı qurumların diqqətinə çatdırılsa da, indiyədək uşaqların 

təhsil hüquqlarının təmin edilməsi ilə bağlı heç bir addım atılmayıb. 

 

Onu da qeyd etmək lazımdır ki, CPM-in 434.2 maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs 



barəsində  həbs qətimkan tədbiri yalnız müstəsna tədbir kimi və  ən qısa müddət  ərzində  tətbiq 

edilməlidir. Azadlıqdan məhrumetmənin (və ya həbs qətimkan tədbirinin) tətbiqi və müddəti 

müəyyən edildikdə beynəlxalq standartlar “mütənasiblik” və “ağlabatanlıq” prinsiplərinin 

tətbiqini tələb edir. Yetkinlik yaşına çatmayanların 3 saylı İstintaq təcridxanasında saxlanılması 

CPM-nin 434.2 maddəsinin pozulmasını aydın göstərir.

22

 



 

1.6. Açıq və qapalı tipli xüsusi tədris müəssisələri  

 

22



 AR CPM, Maddə 434.2: “Yetkinlik yaşına çatmayana şəxs barəsində  həbs qətimkan tədbirinin müstəsna tədbir kimi və 

mümkün qədər qısa müddət ərzində tətbiq edilməsinə yol verilir”. 



22 

 

 



Müəssisələrə yerləşdirmənin zəruriliyinin yoxlanılması  və müntəzəm monitorinqin 

aparılması 

 

Uşaqların xüsusi tədris müəssisələrinə yerləşdirilməsinin müntəzəm olaraq monitorinqi 



aparılmır. Müvəqqəti tərbiyəvi tədbir vasitəsi kimi buraya yerləşdirilmiş  uşaqların  əksəriyyəti 

burada hətta 2 ildən artıq saxlanılır. 

 

Müəssisəyə yerləşdirmənin səmərəliliyi və müxtəlif səbəblərə görə buraya yerləşdirilmiş 



uşaqlara təsiri araşdırılmayıb, öyrənilməyib və müzakirə edilməyib. Bu isə kortəbii olaraq, geniş 

mənaya malik olan “ozünü pis aparır” “damğa”sı altında, uşaqların bu müəssisələrə 

yerləşdirilməsinə gətirib çıxarır. 

 

Açıq və ya qapalı xüsusi tədris müəssisələri müxtəlif aspektlərə görə reallıqda qapalı müəssisələr 



kimi fəaliyyət göstərir. Burada heç bir ictimai nəzarət və monitorinq və  həmçinin hesabatlılıq 

mexanizmləri mövcud deyil. Müəssisələrə daxil olmaq üçün Təhsil Nazirliyi tərəfindən icazənin 

alınması  tələb olunur. Burada saxlanılan uşaqlar ciddi nəzarət altındadır və müəssisəni icazə 

olmadan tərk edə bilməz.  İcazə verildiyi halda isə  uşaq müəssisəni yalnız müəssisə 

nümayəndəsinin müşayəti ilə  tərk edə bilər.  İctimai nəzarət mexanizmi olmadığına görə, uşaq 

hüquqlarının pozulması, uşaqlara qarşı zorakılıq və müəllim və digər işçi heyəti tərəfindən 

vəzifələrindən sui-istifadə halları geniş yayılıb. 

 

 



Reabilitasiya xidmətlərinin təşkilində çatışmazlıqlar 

 

Konkret uşağın problem və ehtiyaclarına uyğun olaraq onların inkişafı və reabilitasiyası üçün hər 



hansı bir fərdi inkişaf planları mövcud deyil.  

 

Monitorinq nəticəsində bu müəssisələrin sadəcə olaraq davranışı “çətin” olan, “özünü pis 



aparan” və ya qanunla münaqişədə olan uşaqların 18 yaşına çatanadək “qapalı  məktəblərdə” 

təcrid edilərək saxlanılması üçün istifadə olunduğu aşkar edildi. Nəticədə bu uşaqlar 

müəssisələrdən cəmiyyətə hazırlıqsız buraxılırlar. 

 

Monitorinq həmçinin uşaqların spesifik problemlərini həll etməyə yönəlmiş  hər-hansı sosial 



reabilitasiya və inteqrasiya tədbirlərinin tətbiq olunmadığını təsdiq etdi. 

 

Sosial işçilərin, yetkinlik yaşına çatmayanlar üzrə komissiyalarda tam ştatda işləyən 



mütəxəssislərin, habelə  uşaqlara dair detallaşdırılmış  və bu və ya digər meyara əsasən 

təsnifləşdirilmiş  məlumatın mövcud olmaması ilk növbədə, yetkinlik yaşına çatmayanlarla iş 

üzrə komissiyaların islahatının həyata keçirilməsini zəruri edir. Bu islahat uşaqların hər hansı bir 

müəssisəyə yerləşdirilməsinin komissiyalar tərəfindən yalnız bütün mümkün profilaktik və 

reabilitasiya tədbirləri özünü doğrultmadıqda mümkün olmasını təmin etməlidir. 


23 

 

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə