1.3. Rayon polis idarələrindəki (şöbələrindəki) müvəqqəti saxlama təcridxanalarının
(MST) vəziyyəti
19
Yetkinlik yaşına çatmayanlar üçün ayrıca müvəqqəti saxlama təcridxanaları mövcud
deyil
Yetkinlik yaşına çatmayanların saxlanılması üçün polis orqanlarında ayrıca müvəqqəti saxlama
təcridxanası yoxdur. Polis idarələrinin (şöbələrinin) müvəqqəti saxlama təcridxanaları həm
uşaqların, həm də yetkinlik yaşına çatmışların saxlanılması üçün istifadə edilir. Rayonlardakı
müvəqqəti saxlama təcridxanalarının heç birində uşaqlar üçün xüsusi kameralar yoxdur. MST
rəislərinin verdikləri məlumata görə, uşaqlar saxlanarkən böyüklərdən ayrı kameralarda
saxlanılırlar. Əgər uşaqlar eyni cinayət əməlində təqsirli bilinmirlərsə, eyni kamerada
saxlanılırlar. Monitorinq zamanı yalnız bir neçə MST-də uşaqların saxlanıldığı müşahidə edildiyi
üçün MST-lərdə uşaqların böyüklərdən ayrı saxlanılması barədə dəqiq fikir söyləmək çətindir.
Dostları ilə paylaş: |