Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların fəaliyyəti ilə əlaqədar təkliflər



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə62/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   58   59   60   61   62   63   64   65   ...   82
3.2. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların fəaliyyəti ilə əlaqədar təkliflər: 

 

1.

 



İcra hakimiyyətləri tərkibində  fəaliyyət göstərən müxtəlif komissiya və orqanların 

vəzifələrinin üstü-üstə düşməsini nəzərə alaraq, bu qurumların birləşdirilməsi və vahid 

Uşaq Müdafiə Departamentin yaradılması. 

 

2.



 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların (və ya öncə təklif edilmiş Uşaq 

Müdafiə Departamentinin) Ailə, Qadın və  Uşaq problemləri üzrə Dövlət Komitəsi və 

ya Uşaq Hüquqları üzrə Ombudsmanın tabeliyinə verilməsi. 

 

3.

 



Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyada mövcud olan ictimai əsaslarla 

üzvlüyün səmərəsiz olduğunu nəzərə alaraq, yetkinlik yaşına çatmayanlarla iş üzrə 

komissiyaların (və ya öncə təklif edilmiş Uşaq Müdafiə Departamentinin) ştatının tam 

ödənişli  əsaslarla aidiyyatı dövlət qurumlarının peşəkar nümayəndələrindən ibarət 

tərkibdə yaradılması. 

 

4.



 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın (və ya öncə  təklif edilmiş  Uşaq 

Müdafiə Departamentinin) nümayəndələrinin yetkinlik yaşına çatmayanlara dair bütün 

məhkəmə proseslərində mütləq iştirakının təmin edilməsi məqsədilə Cinayət-Prosessual 

Məcəlləyə əlavə və dəyişikliklərin edilməsi. 

 

5.



 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyada (və ya öncə  təklif edilmiş  Uşaq 

Müdafiə Departamentində) sosial işçi(lər) ştatının yaradılmasının təmin edilməsi. 

 

6.



 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar (və ya öncə  təklif edilmiş  Uşaq 

Müdafiə Departamenti) tərəfindən daha mükəmməl,  əhatəli və dolğun hesabatların 

hazırlanması və təqdim edilməsi prosedurları və qaydalarının təkmilləşdirilməsi. Bu cür 

hesabatlar hər bir rayon və  şəhərdə  uşaqların vəziyyətinin təhlili, uşaq hüquqları  və 

yuvenal  ədliyyənin icrası, yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar (və ya 

öncə  təklif edilmiş  Uşaq Müdafiə Departamenti) ilə  təmasa girmiş  uşaqlara dair 

məlumatlar və  həmçinin hər bir sahəyə uyğun olaraq təkmilləşdirmə üçün təklif və 

tövsiyələri özündə əks etdirməlidir. Hesabatlara digər faydalı məlumatlar da daxil edilə 

bilər. 


 

 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin