4. Tərbiyə Müəssisəsi (uşaqlar üçün)
Tərbiyə Müəssisəsi Ədliyyə Nazirliyi Penetensiar Xidmətinin tabeliyindədir və yetkinlik yaşına
çatmayanların azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi yeganə müəssisədir.
5. 4 saylı cəzaçəkmə müəssisəsi (qadınlar üçün)
4 saylı cəzaçəkmə müəssisəsi Ədliyyə Nazirliyi Penetensiar Xidmətinin tabeliyindədir və
qadınların azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi müəssisədir.
6. Xüsusi tədris müəssisələri
Azərbaycanda qanunla ziddiyyətdə olan uşaqlar üçün nəzərdə tutulmuş iki müəssisə - Bakı şəhər
Mərdəkan qəsəbəsi Oğlan uşaqları üçün xüsusi açıq tipli internat məktəbi və Quba rayonu Oğlan
uşaqları üçün xüsusi texniki-peşə internat məktəbi fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində
fəaliyyət göstərən internat mətkəbində 8-16 yaşında olan uşaqlar, Quba rayonunda yerləşən
müəssisədə isə 14-18 yaşlı uşaqlar təhsil və tərbiyə alırlar. Aşağıda göstərilən yetkinlik yaşına
çatmayanlar xüsusi tədris müəssisələrinə yerləşdirilə bilər: qeyri-qanuni hərəkətlərə və hüquq
pozuntularına yol verən; psixoloji zorakılıq qurbanı olan; məktəbə getməyən və valideynləri ilə
çətin münasibətlərdə olan; polis orqanları tərəfindən əvvəlki hüquq pozuntularına görə
qeydiyyata və nəzarətə götürülmüş, lakin reabilitasiyası mümkün sayılmayan; ağır və xüsusilə
ağır cinayətlər törətmiş, lakin qanunvericilikdə göstərilmiş yaş məhdudiyyətinə görə cinayət
məsuliyyəti daşımayan uşaqlar. Sadalanan uşaqlar yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyalar tərəfindən bu müəssisəyə yerləşdirilə bilər. Həmçinin, valideynlər və ya qanuni
nümayəndələrin xahişi ilə də komissiya uşağın müəssisəyə yerləşdirilməsinə qərar verə bilər.
Dostları ilə paylaş: |