Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


saylı İstintaq Təcridxanasının rəhbəri ilə müsahibə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə73/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   69   70   71   72   73   74   75   76   ...   82
3 saylı İstintaq Təcridxanasının rəhbəri ilə müsahibə 

 

Müəssisənin rəisi Elxan Sadıxov artıq 25 ildir ki, azadlıqdan məhrumetmə yerlərində çalışır. 9 

aydır ki, 3 saylı İstintaq Təcridxanasının rəisidir.  

 

Qeyd etmək lazımdır ki, müəssisə işçiləri burada işin ağır, verilən məvacibin isə az olmasından 



gileyləndilər.  


51 

 

E.Sadıxov təcridxanada mövcud olan istirahət və  əyləncə imkanlarının qənaətbəxş hesab edir. 



Lakin o, hər bir halda uşağın təcrid olunaraq dəmir barmaqlıqlar arasında saxlanmasını düzgün 

hesab etmir. Onun fikrincə, belə hal uşaq psixologiyasının korlanmasına, onlarda sərtləşmə, 

həyata küskünlük hisslərinin yaranmasına gətirib çıxarır. Hər bir halda uşaqlar onların 

psixologiyası  və yaşları  nəzərə alınmaqla yaradılmış xüsusi təlim-tərbiyə müəssisələrində 

saxlanılmalıdırlar.  

 

E.Sadıxov burada təhsil almaq, ali məktəbə  qəbul imtahanlarında iştirak etmək imkanının 



olmadığını, lakin bu məsələnin Təhsil Nazirliyində müzakirə edildiyini bildirdi. 

 

Rəis buradakı yeməyin, sanitar gigiyenik vəziyyətin qənaətbəxş olduğunu qeyd etdi. O, hal-



hazırda müəssisədə təmir işlərinin aparılması haqda məlumat verdi. 

 

Rəisin bildirdiyinə görə, müəssisədə gecə vaxtı 26 nəfər növbə çəkir. 



 

E.Sadıxov burada yetkinlik yaşına çatmayanların hər hansı bir səbəbə görə müəssisəni 

müvəqqəti tərk edə bilmədiklərini, telefonla hətta valideynləri ilə də əlaqə saxlaya bilmədiklərini 

bildirdi (Milli qanunvericilikdə bu hüquqlar nəzədə tutulmayıb).  

 

Rəisin dediyinə görə, saxlanılanlara qanunla nəzərdə tutulmuş qaydada yazışma imkanı yaradılır.  



 

Rəis onu da bildirdi ki, burada işlədiyi vaxt ərzində heç bir halda heç bir məhbusa qarşı güc, o 

cümlədən, silah tətbiq edilməmişdir. 

 

Ən böyük problem kimi, cənab Sadıxov işçi heyətinin gördüyü ağır işin müqabilində az maaş 



aldığını və bu səbəbdən kadrların bu müəssisəyə işləməyə can atmadıqlarını bildirdi. Bu da öz 

növbəsində kadr çatışmazlığına gətirib çıxarır. (rəis 274, digər işçilər 150-250, 80-100 manat 

məvacib alırlar.) 

 

 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin