49
Əlavə 2. 3 saylı İstintaq Təcridxanası
3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılanlar arasında sorğu
Monitorinq zamanı müəssisədə saxlanılan 24 nəfər yetkinlik yaşına çatmayan şəxs arasında
anonim sorğu aparılmışdır. Sorğu əsasən yetkinlik yaşına çatmayanların təcridxanada saxlanılma
şəraiti, həmçinin saxlanılanlara qarşı tətbiq olunan bəzi prosessual qaydalar ilə bağlı idi.
Yetkinlik yaşına çatmayanlar 4 və 5 nəfərlə birgə kamerada qaldıqlarını və onların arasında 1
nəfər yetkinlik yaşına çatmış şəxs olduğunu (21, 38, 34, 42, 45, 47, 52 yaşlarında) bildirdilər.
Uşaqlardan onların yetkinlik yaşına çatmış şəxslərlə saxlanılmasına münasibətlərini soruşduqda
demək olar ki, əksəriyyəti bu fakta müsbət münasibət göstərdilər və “ağsaqqalların” (onlar
böyükləri bu cür çağırırlar) kamerada intizam yaratmaqda böyük rol oynadıqlarını bildirdilər.
Qeyd etmək lazımdır ki, «birnəfərlik kamerada qalmaq istərdinizmi» sualına, bir nəfər istisna
olmaqla, bütün uşaqlar “Xeyr” cavabını verdilər. Onların
fikrincə, belə olduğu təqdirdə çox
darıxdırıcı olar.
Artıq məhkum edilmiş şəxslər ilə birgə saxlanılmaları barədə 4 yetkinlik yaşına çatmayan
məlumat verdi.
Həbs altında saxlanılan yetkinlik yaşına çatmayanların böyük əksəriyyəti buradakı şəraitin,
əyləncə-istirahət imkanlarının, sanitar gigiyenik vəziyyətin normal olduğunu bildirdilər.
Yeməyin keyfiyyətinin 7 nəfər dözülən həddə, 4 nəfər pis, qalanları isə qənaətbəxş olduğunu
bildirdilər.
Uşaqların demək olar ki, hamısı (1 nəfər istisna olmaqla) burada heç bir təhsil və ya peşə təlimi
keçilmədiyini bildirdilər.
Saxlanılanlar ümumilikdə intizam tədbirlərindən şifahi xəbərdarlıq və intizam təcridxanasına
salınmanın tətbiq edilməsini və onların hər-hansı bir qəddar və ya ləyaqəti alçaldan rəftara məruz
qalmadıqlarını bildirdilər. Lakin 3 nəfər intizam qaydalarını pozduqlarına görə döyüldükləri
haqda məlumat verdilər. Uşaqlardan biri döşəməsinə xlor tökülmüş intizam kamerasında
saxlanıldığını bildirdi. «Hansı hərəkətinə görə döyülmüsən» sualına yetkinlik yaşına
çatmayanlardan biri pəncərədən digər kameranın məhbusu ilə söhbət etdiyinə görə bu cəzaya
məruz qaldığını söylədi. 2 nəfər isə fiziki zorakılıqla bağlı olan suala cavab vermək istəmədiyini
bildirdi.
Saxlanılanlar arasında yalnız 6 nəfər valideynlərinin onlara mütamadi olaraq və 6 nəfər
hərdənbir baş çəkdiklərini və bu halda görüşə heç bir maneə törədilmədiyini bildirdilər. Digər
saxlanılanların hamısı onların yanına müdiriyyət tərəfindən heç kimi, hətta valideynlərinin də
buraxılmadığını bildirdilər.
3 nəfər ümumiyyətlə, tutulduqları andan indiyə qədər valideynlərini görmədiklərini dedilər.
Uşaqlar bu faktı istintaq altında olmaları ilə izah etdilər. Təcridxana əməkdaşına bu haqda sual
verildikdə bildirildi ki, valideynlər müstəntiq tərəfindən qanuni nümayəndə qismində tanındıqları
halda, onlara uşaqları ilə görüşməyə icazə verilir
63
.
63
Belə qənaətə gəlmək olar ki, istintaq aparan şəxs yetkinlik yaşına çatmayanlara və onların nümayəndələrinə hüquqlarının
həyata keçirmə mexanizmlərini izah etməmişdir.
50
Rüşvətxorluq hallarının olması sualına cavab verərkən yalnız 2 nəfər bu cür hal ilə qarşılaşdığını
bildirdi.
«Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların
nümayəndəsi ilə görüşmüsünüzmü, yaxud onlar sizin ilə maraqlanıblarmı» sualına, yetkinlik
yaşına çatmayanlar hamısı belə qurumu ümumiyyətlə, tanımadıqlarını bildirdilər.
Respondentlərdən 3 nəfər orada nəyə görə olduğunu bilmədiyini bildirdi. Təcridxanada olmasını
11 nəfər ədalətsiz hesab edir. Onlardan bəziləri ümumiyyətlə, cinayət törətmədiyini, digərləri isə
törətdiklərindən daha ağır əməllərdə təqsirləndirildiklərini bildirdilər.
Uşaqların hamısı qanunda nəzərdə tutulmuş tutulma müddətlərinin pozulduğunu, tutulan andan
yalnız xeyli müddət keçdikdən sonra vəkilinin, valideynlərinin və ya digər qanuni
nümayəndələrinin yanlarına buraxıldığını bildirdilər.
Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 92.3.5 , 432.2-ci maddəllərinə əsasən,
şübhəli və ya təqsirlndirilən şəxs cinayəti törətdərkən yetkinlik yaşına çatmadıqda müdafiəçinin
iştirakı məcburidir. Həmçinin, müdafiəçinin iştirakı şəxsin tutulduğu andan təmin edilməlidir.
Lakin təcridxanada saxlanılan yetkinlik yaşına çatmayan şəxslərin dediklərinə əsasən, onların
işlərində müdafiəçinin iştirakı qanunda göstərilən müddətləri kobudcasına pozulması ilə
müşayiət edilmişdir.
Dostları ilə paylaş: