Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


Əlavə 1. Xüsusi tədris müəssisələri



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə67/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   63   64   65   66   67   68   69   70   ...   82
Əlavə 1. Xüsusi tədris müəssisələri 

 

 

Quba rayon Oğlanlar üçün texniki peşə  təlim-tərbiyə müəssisəsində  tərbiyə 

olunanlar arasında sorğu 

 

Monitorinq zamanı müəssisədə  tərbiyə olunan 13-18 yaş arasında olan 23 yetkinlik yaşına 



çatmayanlar arasında anonim sorğu aparılmışdır. Uşaqların bildirdiyinə görə, onlar buraya 

evdən, məktəbdən, tərbiyə aldıqları internatlardan qaçdıqları və ya oradakı intizamı pozduqlarına 

görə, həmçinin, cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətdiklərinə görə yerləşdirmişlər  

 

Qeyd etmək lazımdır ki, dindirilən uşaqların  əksəriyyəti aztəminatlı sosial təbəqəyə aid olan, 



natamam (əksəriyyətinin ataları və ya anaları yoxdur, mövcud olanı isə həbsxanada cəza çəkir və 

ya yataq xəstəsidir) ailələrdən olan uşaqlardır. Buraya onları kim göndərməsi sualına uşaqlar 

valideynləri, polis, əvvəllər saxlandıqları internatların müdiri olduğunu bildirdilər. Burada 

olmalarını yalnız 5 uşaq ədaləli sayır, 1 nəfər bu sualın cavabın bilmədiyini, qalanları isə buraya 

salınmalarını ədalətsiz hesab edirlər.  

 

23 uşaqdan 18-i valideynləri və qohumlarının onları ziyarət etmədiklərini, 4 nəfər hərdən-bir 



ziyarət etdiklərini və 1 nəfər mütamadi olaraq ziyarət edildiyini bildirdi. Uşaqlardan 10 nəfəri 

müəssisədə ziyarət edənlərlə rahat, azad və  məhdudiyyyətsiz danışmaq imkanının 

yaradılmadığını bildirdilər. 

 

Sanitar-igiyenik vəziyyətin və avadanlıqların pis olmasını 16 şəxs etiraf etdi. Sorğu götürülən 23 



nəfərin hamısı ümumi yataq otağında yatdıqlarını bildirdilər. Uşaqların hamısı yataq dəstlərinin 

köhnə və nəm olduqlarını bildirdilər. Uşaqlardan beşi tək adamlıq otaqlarda yatmaq istədiklərini 

bildirdilər. 4 nəfər isə yataq otağında gecə vaxtı digər uşaqların pis rəftarına məruz qalma 

hallarının olduğunu bildirdi. 

 

Yeməyin keyfiyyətini yalnız 4 nəfər yaxşı qiymətləndirdi, 1 nəfər yeməyin keyfiyyətindən razı 



qalsa da, doymadığını, qalanları isə yeməyin dözülən həddə olduğunu bildirdilər.  

 

«Siz nadinclik edəndə müəllimlər, tərbiyəçilər sizə qarşı hansı  tədbirlər tətbiq edirlər» sualına 



uşaqların  əksəriyyəti barələrində  şifahi və  məcburi  əmək kimi tədbirlərin görüldüyünü 

bildirdilər. Lakin «döyülməyə, təhqirə məruz qalmısınızmı» sualına 6 yetkinlik yaşına çatmayan 

cavab vermək istəmədiyini söyləsə də, dördü hərdən döyülmə halların olmasını etiraf etdilər. 

 

Əyləncə imkanlarının qiymətləndirməsinə  gəldikdə isə  uşaqların 7 nəfəri bu imkanların pis 



olduğunu, digərləri isə kifayət dərəcədə olmasını bildirdilər. Lakin uşaqların əksəriyyəti burada 

idman oyunlarının keçirilməsi üçün imkanın olmadığını və bu halın onların istirahət vaxtlarının 

səmərəli keçməsinə mane olduğunu bildirdilər.  

 

 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin