3.6. Xüsusi tədris müəssisələrinin fəaliyyəti ilə əlaqədar təkliflər:
1.
Açıq və qapalı tipli xüsusi tədris müəssisələri haqqında Nümunəvi Əsasnamədə
Azərbaycanın tərəfdar çıxdığı və öhdəlik götürdüyü BMT-nin UHK və digər beynəlxalq
konvensiyalara uyğun olaraq əlavə və dəyişikliklər edilməlidir. Nümunəvi Əsasnamənin
mövcud maddələri özəl həyata və yazışmaya, təhsilə və zorakılıqdan müdafiə olunmağa,
habelə qeyri-insani və alçaldıcı rəftardan azad olmağa olan hüquqları pozur.
2.
Xüsusi tədris müəssisələri QHT-lər və icma nümayəndələri tərəfindən dövrü monitorinq
edilməlidir.
3.
Uşaqlara BMT-nin UHK-da təsbit edilmiş hüquqları öyrədilməli və bu hüquqların
pozulması hallarına dair dərhal məlumatın azad şəkildə müvafiq qurumlara çatdırılması
üçün şərait yaradılmalıdır. Hər bir müəssisədə uşaq hüquqlarının pozulması və ya
uşaqların məruz qaldığı zorakılıq halları ilə bağlı məlumatın və ya şikayətlərin verilməsi
məqsədilə Uşaq Şikayət Qutuları quraşdırılmalıdır.
4.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Ombudsman təsisatı yanında
yaradılmış Uşaq Hüquqları Mərkəzi tərəfindən xüsusi tədris və tərbiyə müəssisələrində
rübdə bir dəfə monitorinqlər aparılmalıdır.
5.
Uşaqların özünə inamının artırılması, onların iştiraklarının təmin edilməsi məqsədilə hər
bir tədris müəssisəsində uşaq parlamenti yaradılmalıdır. Uşaq parlamenti uşaqlara öz
fikirlərini söyləmək, müxtəlif məsələlər qaldırmaq və onları müzakirə etmək, problemlər
ətrafında fikir mübadiləsi aparmaq və danışıqların aparılması bacarıqlarının inkişaf
etdirilməsinə yardımçı olacaq.
6.
Tədris müəssisələri yetkinlik yaşına çatmayanların psixoloji reabilitasiyasına diqqəti
artırmalı, onların inkişafı üçün təhlükəsiz və müdafiəli mühit yaratmalı və müstəqil
həyata hazır olmaları üçün düzgün iş aparmalıdır.
7.
Xüsusi tədris və tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayanların peşə təliminə
cəlb edilməsi məsələlərinə diqqət artırılmalı, bu təlimlərin əmək bazarında mövcud
tələbata əsasən qurulması nəzərdən keçirilməlidir. Yetkinlik yaşına çatmayanların ali
45
təhsil müəssisələrinə daxil olması məqsədilə, onların qəbul imtahanlarında iştirakının
təmin edilməsi üçün daha geniş imkanlar və şərait yaradılmalıdır.
8.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların nümayəndələri tərəfindən xüsusi
tədris və tərbiyə müəssisələrində saxlanılan yetkinlik yaşına çatmayanların saxlanılması
və tərbiyəsi vəziyyəti mütamadi olaraq monitorinq edilməli və lazım gəldikdə onların bu
müəssisələrdə qalmasının zəruriliyinə yenidən baxmalıdır.
9.
Quba rayonunda yerləşən Oğlanlar üçün texniki-peşə məktəbi iki səbəbə əsasən
bağlanmalıdır: 1) müəssisənin fiziki şəraiti uşaqların saxlanması və tərbiyəsi üçün
yararsızdır; və 2) müəssisədə 25 nəfərdən az uşağın saxlanıldığı və tərbiyəyə cəlb
olunduğunu nəzərə alaraq, bu müəssisə qanuna əsasən bağlanmalıdır. Burada saxlanılan
uşaqlar Mərdəkan qəsəbəsində yerləşən Oğlanlar üçün xüsusi tədris müəssisəsinə
göndərilməlidir.
10.
Xüsusi tədris müəssisələrinin işçiləri üçün yuvenal ədliyyə, yetkinlik yaşına
çatmayanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, habelə hər bir uşağa
ünvanlanmış fərdi inkişaf və reabilitasiya planlarının hazırlanması sahəsində intensiv
təlim proqramları təşkil olunmalıdır.
|