Gürz yerə vurmamısan - böyük bir iş görməmisən ki.
Güzgüyə baxan özgəni görməz - bir adam öz yaşayışının
çörəyini yeyər. Yaxşı dost ayna kimi eybi göstərər.
Güzgü sənin eybini düz; göstərilsə ancaq,
Özünü qır, güzgünü yaxşı deyildir qırmaq (Nizami).
273
Türtijtüymhri
-н-
Hncı Q a ra - xəsis. M.F.Axundovun eyni adlı əsərindən
alınmışdır.
Hııci Seyid Hüseyn qarasıdır - Yəni bu qara başqa
qaralara bənzəm əz, bu tamam başqa bir şeydir.
Təbrizdə Hacı Seyid Hüseyn adlı məşhur bir tacir
yaşayırmış. Onun ruhi xəstəliyə tutulmuş bir qızı varmış. Qız
qarabasına xəstəliyinə mübtəla imiş. Qız xəstələndikdə evdə
olanlar hamısı onu su verib ovuşdurmaqla sakitləşdirməyə
çalışarlarmış. Deyərm işlər ki, qorxma qara basıb, indi keçər. Bir
gecə tacirin evində olan qara qul fürsətdən istifadə edib qızla
yatır. Qız yenə qışqırır, nökər və qaravaşlar tökülüb həmişəki
kimi yemə qızı sakitləşdirtməyə çalışırlar ki, qorxma səni qara
basıb, indi keçər gedər. Qız isə deyir: Yox, bu qara, o biri
qaralardan deyil, bu Hacı Seyid Hüseyn qarasıdır. Təbrizdə
Nəsrəddin şah zamamnacan varlılar qul saxlayardılar. Nəsrəddin
şah zamanında bu iş qadağan olunub.
H acı, şeyx mədəsi - bu deyimi o adamların haqqında
işlədirlər ki, hər şeyin ən bahalısını, em yeməlisini bəyənirlər.
Təbrizdə hacı, şeyx adına çoxlu saray, timçə, dalan...
vardır. Belə nəzərə gəlir ki, bu deyim Hacı Şeyx Cəfər
Qəzviniyə aiddir ki, İranın on gözəl, ən uca və möhtəşəm
memarlıq əsərlərindən olanTəbrizdəki Müzəffəriyyə tinıçəsi
onun yadigarıdır.
Haça dırnaq - inək, qoyun
Faydalı adama işarədir.
Hax hax quşudur - hədə-qorxudan, quldurluqdan qorx
mayıb həqdən müdafiə edən adamlara işarədir. Türklərin əfsa
nələrində haq-haq adlı bir quş vardır ki, gecə səhərə kimi başı
aşağı asılı vəziyyətdə o qədər “haq-haq” deyib oxuyur ki, ağ
zından bir damcı qan düşür və quş sakit olur (80, II, s.554- 555).
Hakimin ağzını bağlamaq - keçmişdə qadınlar hamama
gedəndə ayıb yerləri görünməsin deyə qabaqlarına nazik bir şey
274
Heftruz '}hqqi
Türiçdeymm
bağlardılar. Bir nəfər də lap nazik bir şey bağlayır, deyirlər ki,
onsuz da hər yerin görünür, bunu niyə bağlamısan, cavab verir
ki, hakimin ağzını bağlamaqdan ötrüdür. Hakim dairələrin əlinə
bəhanə verməmək.
Haqqın yüzünə sillə vurmaq - həqiqəti inkar eləmək.
Biz lıəqqin yüzüm sillə vurmuşduq,
Vicdanın əmrinə qarşı durmuşduq (165, S. 174).
Haqqı ovuca qoymaq - birinin istədiyi pulu nəqd vermək
vo ya birinin etdiyi yaxşılığın qabağında pislik etmək.
Halal süd əmmiş -düz adam, nəcabətli adam.
Balaca uşağın var, halal süd əmmişlərin
bİTİni
al, İrəm
sənə təmkin olar, həm də uşağına(46, s.29).
Halı duman olmaq - gələcəyi aydın olmamaq, halı
nəhayət dərəcədə pozulmaq.
Halın yaxşıdır? - çox zaman bu söz dəlisən? mənasında
işlədilir.
İşdən eşiyə salandan sonra Tehranın Əmir Sultan
meydanında getdim birinə dedim: mənə iki sandıq meyvə ver,
satım, gətirim pulun verim. M ənə baxıb dedi: Halın yaxşıdır?
Hallı-dullu - ətli-canlı, xoşagələn.
Gedib özünə münasib totuq xanım adlı hallı-dullu bir arvad
aldı (46, s. 148).
Halva biş ağzıma düş - hər şeyi ələ gətirmək üçiiıı gərək
zəhmət çəkəsən.
Halvanı yeyib eşşəyi minib - istək vo arzusuna çatıb.
Ağzı çörəyə çatmaq.
Halvasını çalmaq - birini məğlub etmək, məhv etmək.
Mən Hüseynin görmüşəm davasını,
H ər dil ir olsun, çalar halvasım (950).
Hamama girən tərləyər - bir işə əl qoyan adam zərərini
də çəkər. Əlindən xəta çıxan adam gərək rüşvət versin.
Təhqiqat sona çatdıqdan sonra o (polis) ciblərimi axtararaq
qoltuğumdakı qələm, kağız parçalarının hamısını götürdü. Bu
həbsə alınmaq əlam əti idi. Birlikdə otaqdan, çıxdıq: yolda mənə
dedi: Hamama gedən tərləməmiş çıxmaz (S.C. Pişə veri).
275
üir^deyimhri
Hamam dalanıdır - bir adamın kefini soruşanda “hamam
dalanıdır” cavabını verməklə anladır ki, halı babatdır, nə çox
yaxşı nə də çox pisdir.
Hamam fitəsi olmaq - ümumiyyətlə, tez-tez ərə gedən
arvadlara və sürtük kişilərə işarədir.
Hamam suyu ilə dost tutmaq - boş yerdən, xərc
çəkmədən, zəhmət çəkm ədən şəxsi mənafeyi üçün dost
tapanlara işarədir.
Azərbaycanda qədimdə ümumi hamamlarda birinə hörmət
qoymaq üçün hamam suyunu məşkəfəyə doldurub birinin
çiyninə tökərdilər. Deyim öz kökünü bundan götürüb.
Haman aşdı, human kasa - vəziyyət dəyişməyib, köhnə
hamam köhnə tas.
Hamı gedər quş gətirər - Şahqulu bayquş gətirər -
fərsiz adam, yarıtmaz adam.
Hamını ley vurdu, mənim kimi tükü dağılan olmadı -
mənim dərdim hamınınkından artıqdır.
Hamının nənəsi arxadlan doğdu, onunku öndən - bu
özünü başqalarından üstün bilir.
Hamısına bir səqqə vurmaq - hamısına qalib gəldim,
hamını yerində oturtdum
Hamıya it hürər, bizə tlə çaqqal - bizə zor edən adam da
fərli bir adam deyil.
Hampalığına görə danış - imkanına görə danış Hampa
bir parça torpağı olan kəndlilərə deyilirdi. Hampalar imkanlarına
görə
biri-birindən
fərqlənirdi.
Varlı
hampanın
sözü
o
birilərindən fərqlənirdi.
Handan-hana - xeyli keçəndən sonra.
Qardaşlar yerlərində donub qaldılar. Handan hana böyük
qardaş ona baxıb dedi (148, S. 117).
Hansı bərkdi, al tut - bu deyim Azərbaycanda yaz
bayram günlərində yumurta oyunundan alınmışdır Mən təklif
etdiyim iki sözün birini qəbul elə.
Hara gün olsa, qurudun orada sərir - öz şəxsi mənafeyi
üçün yaşayır.
276
Heftruz fbqqi
Haram pul m üzvərəyə gedər - bir adam xəstəlikdən
duranda ona xüsusi yemək verilir ki, ona müzvərə deyərlər. Yel
gətirəni yel aparar. Məqsəd insanları düzlüyə dəvət etməkdir.
Haraya mıx çalıram, papağını asır - hər yerdə o xeyir
görür, mənim zəhmətimin nəticəsini o görür.
Harda aş, orda baş - özıinü həmişə xeyir gələn yerə
soxur.
Əmirqulu- sən harada aş, orada başsan da . (72, c.TII, s.59).
Harda gördün lotu, ayaqlarıvı cütlə otur - lotu adamdan
zərər gəlməz, lotu dəli dolu olar.
Harda gördün seyid, yolun yarısından qeyıt - seyidlərə
mənfi münasibətdən yaranıb. Müsəlmandan xeyir gəlməz.
Xari- müğilan görürəm, qorxmuram
Harda müsəlman görürəm ( M.Ə.Sabir).
Haris kimi durmaq - hirsli, qəzəbli adama işarədir.
Haşa burdan -üzdən İraq, burdan uzaq.
Biri misal çəkəndə içində söyüş, nalayiq bir söz olanda
belə deyilir.
Hava bağlamaq - dəli olmaq.
Abdullah ah çəkməkdən,
Axırda hava bağlar (32, c.II, s60).
Havalanmaq - başına hava gəlmək, qudurmaq, yüksəkliyə
əl tapmaq.
Havalanıb orş üzünə qalxırsan,
Dağların sultanı nər Ağrı dağı ( S.36).
Havasına danışmaq - məsələnin mahiyyətindən xəbərsiz
danışmaq.
Cənab doktor! Bunlar dəliliyin havasına danışırlar (195,
c.II, s. 161).
Havaya bulud gəlmək - siyasi və ictimai anlamı vardır,
durum pisləşəndə, bir təhlükə yarananda yalançı pəhləvanlar
aradan itib gedirlər.
Ə lbəttə bir iddə vardır ki, hava bulud olan kimi, gözdən
itir, sözdən düşür, çünki can məsələsi hər kişinin işi deyil (315).
Havayı - pulsuz, müftə.
277
‘befm ız
Tür^da/mtlm
H əm də tutalım şofer tapdım, havayı kim mənim üçün
işlər? (269, s.172).
Haya bən d olmaq - bir bəhanə, fürsət axtarmaq.
Hay-hayı gedib, vay-vayı qalıb - əldən düşüb, qocalıb,
kasıbl ayıb.
Ə gər köhnə arvadın yanma gedərəm, hay-hayı gedib, vay-
vayı qalıb, kaftarlayıb (77, səh 17).
-Day-dayının hay-hayı gedib vay-vayı qalıb, Məlik (9,
s. 161).
H ay-həşir - qara qışqırıq, ürəyə yatmayan vəziyyət.
Hay- həşir var gecədə
Quşlar uça bilmir qonçalar üstə ( Lalə Cavanşir).
Hay olmaq - dayaq durmaq, kömək etmək.
On beşimdə bədirlənmiş ay oldum,
Atama, anama külli hay oldum (41, s.31).
Hazıra nazir- əziyyət çəkməyib hər şeyin hazırına
sahiblənmək.
H ər yerdə hazır-nazir məşvərətçim Molla Nəsrəddin ağ
əbasınm ətəklərini yellədə-yellədə mənə yanaşdı (253, s.l 13).
O, yol açacaqdır, ölüm gələcək,
Gəlib hazırına nazir olacaq (167, s . l 52).
Hazır aşın dik qaşığı olmaq -hazıra nazir olmaq, əziyyət
çəkmədən bir şeyin bəhrəsini görmək.
Hazırına şah olmaq - hazırına çörək tapmaq / Hazır
oğlan babası - bişmiş aşın darğası/ Nə yoğurdum, nə yapdım,
hazırca kökə tapdım- zəhmət çəkmədən xeyir qazanmaq.
Heç hənanın yeridir? - dilə gətirdiyin sözün bu
məqama heç bir aidiyyatı yoxdur.
Görən, doğrudanmı belə nəzərlərdən, işıqlı dünyadan
binəsib olan günlərimiz olacaq?
Cavid kinayə ilə deyir: «H eç
hənanın yeridir?» (145, səh. 168).
Heç kəs heç kəsin kitabını oxurnur - hər kəs öz başının
haymdadır.
Heç kəsin çırağı sübhədək yanmayıb - nə xoşbəxtlik, n o
də bədbəxtlik əbədi deyil.
278
TurtyCajimldri
Dünya bu şahdır, bu gəda qanmayıb,
İndiyədək bir kəsə aldanmayıb,
Heç bir çıraq sübhə qədər yanmayıb.
Heç kəsin toyuğuna kiş deməmişəm - heç kəsə pislik
etməmişəm.
Bu vaxta kimi heç kəsin toyuğuna da kiş deməyib (91,
s.206).
Heç pişik dədəsi xeyrinə siçan tutınaz - insanlar şəxsi
mənafeləri üçün iş görürlər.
Hesab kitab bilməyən - xeyrini-şərini bilməyən, alıb
qaytarmayan.
H eyif ölmək - birdən-birə ölmək, xəbərsiz ölmək, döşəyə
düşmədən ölmək.
Heyvalar barı, baxçalar narı, hamı dinsə də, sən dinmə
barı -eybəcər bir adam başqalarına irad tutdiqda işlənir. Yəni
sən ki, hamıdan betərsəıı niyə canamaz suya çəkirsən?
Helqann - çox yeyən, qarınqulu.
Heyva kimi sarahııaq - həsrətdən pis günə qalmaq.
Gülüzaram sənə qurban olum mən,
Heyva kimi sarahban solum mən (35, s.262).
Həççi betərinə - yeddi arxa dönəninə.
Bir gün Hacı Mir Yaqub məşrutəçi: bir yerdə var idi.
Adətən əlində həmişə təborzin saxlardı. Müstəbid rövzəxanın
cavabında qorxmazcasma əlindəki təbərzini müstəbidlərin
həççi-betər inə deyərək həvalə elədi. Bu zaman rövzəxan içəri
girdi. Bu zaman Hazı mir Yəqub dedi: İşori girənin də lıoççi-
betərinə.
H əftə xiyal/ hərdəm xiyal - tez-tez fikrini dəyişən adam.
Mən də deyirəm olsan əg ər əlli xəyallı,
Bu
dərs
oxumaq
verməyəcəkdir
səmər,
ey
qız.
(Qəhrəman Xətibi).
H əftə səkkiz, mən doqquz - arası kəsilməz.
H əftə səkikiz, mən doqquz kağız yazıb Aslandan pul
istəyirdi.
279
Hefauz iHəqai
Xaspoladov da deyirlər, həftə . səkkiz, m ən doqquz
bunlardadır (9, s. 170).
Həkim eşşək əti buyurmayıb ki - məcbur deyiləm ki, bu
işi görəm.
Həqqi-salamı itirmək - nankor.
Yüz il biriylə lıəm dəm olub duz-çörək yeyə,
Bir gündə yüz ilin poza həqqü- salamım (80, с.П, s. 151).
Həlləm -qəlləm adam - etibar eləm ək olmaz.
Həqq danışanın başına döyən çox olar / Həqq
danışanın börkünün təpəsi yırtıq olar - düz diizdə qalar, düz
danışanın başına çox bəla gələr.
Həqqu olan nişaneyi tiri - cəfa imiş.
Yansın dilim ki,öz başıma bir bəla imiş (147).
Həmi qız olsun, həmi toz - hər şeyin həm yaxşısını, həm
də tez istəmək.
Həmi qız olsun, həmi tez (335, s.94).
Hənasının rəngi yoxdur - əli açılıb, sözlərinə daha inanan
yoxdur.
H ənək
hənək,
sonu
dəyənək
-
zarafatın
sonu
dalaşmaqdır.
Lazım gəlsə hənəklə, lazım gəlsə dəyənəklə (84, s.43).
Həpənd oğlu h ə p ə n d - aoş danışan, sarsaq
Həpənd oğlu həpənd, həzrətin tuman bağı ilə nə işin var
(195, c.II, s. 156).
Həpərutdadır - xəyallar aləmindədir.
Həprimək /əprimək - çox qocalmaq.
Sənin də ki, nə cavanlığ;ında bir ayıq vaxtım gördüm, nə
də indi qocalıb həpriyendə (9, s. 128).
Hər adamın ipi ilə quyuya düşmək olmaz. - hər adama
etibar eləm ək olmaz.
Hər anqırana axur bağlamazlar - ümumiyyətlə, hu
deyimi savaş zamanı boş söz danışan adamların haqqında
işlədirlər.
Hər aparan su Araz deyil - əşyaların və hadisələrin
zahiri görünüşlərinə aldanmaq lazım deyil.
280
Tür^deyimbri
Hər aşın qaşığı - lıər yerə baş uzadan, hər işə qarışan.
Hər aşın noxududur - hər qazanda bişəndir. Sczü, fikri
sabit deyil.
Hər qazanda, hər ocaqda bişənik,
Xarici hər bir modu söydu, düşənik (168, s.524).
Hərçi-badabad - ən pis halda.
Odur ki, hərçi-badabad deyib atın başını döndərdi, bir
dəstə qoşunla Koroğluya hücum elədi (148, S.186).
H ər damardan qan çıxmaz - yaman gündə lıər kəs
yardım etməz, yoxsuldan ummaq olmaz.
Hər daşın dibində bir Koroğlu var - adi xalqın içində
qəhrəmanlar çoxdur.
Hər dona düşmək - düz yola getmir, çörəyi gün bahasına
yemək.
H ər gələnə qulp qoymaq -hamıya eyib irad tutmaq.
H ərə bir tük versə, kosa da saqqallı olardı - insanlar əli
açıq olsa, millətdə yoxsul olmaz.
Hərə bir tük versə kosa da saqqallı olardı (9, s.24).
H ərə odu öz qabağına eşir - hərə öz xeyrini güdür.
Hərəngixana - qarmaqarışıq yer, həddən artıq gülüb-
danışmaq, müftə sözlərlə zamanı keçirmək üçün bir yerə
yığılmaq.
Hərənin ağzından bir avaz gəlir - hər kəs öz fikrindədir.
Hərənin ağzından bir avaz gəlir (1, s. 197).
Hərəni öz arşınıı ilə ölçmək - adamların hamısını özü
kimi bilmək.
H ərə öz nehrəsini çalxayır - hərə öz işini görür, öz cibinə
fikirləşir.
Elir ev adam işləyir, handa görür bəhrəsin,
Ər gedir hammallığa, arvad əyrir cəhrəsiıı,
Dörd-beş uşaq hor biri çalxalır öz nehrəsiıı,
Bunla belə şərmi var, açmağa boş süfrəsin ( A.Sabiri).
H ərə özün bəyənər, dəvə dizin - çirkin, eybli adam
özünü bəyəndikdə deyərlər.
H ərif - küt, səfeh.
281
‘Beftruz Jbqqi
Türfçieymhri
H ərif zad deyilik ki.. (9, s 189)
H ər kəs əksə dolayım, iizü bilər qolayın - hər kəs öz
işinin yolunu bilir.
Hər kəsin damarıma görə qan alırlar - hər kəsin var-
dövlətin nəzərə alıb ondan umarlar. Xeyirdə, şərdə hər kəsin
imkanına görə ondan bir şey umarlar.
H ər kəsin xoruzu səhərə qədər banlamayıb - bir adamın
işi axıra qədər yaxşı ola bilməz.
H ər kəs öz atmı çapır - öz hədəfinin dalınca gedir,
başqalarının fikrini çəkmir.
H ər kəs öz evinin qibləsini yaxşı tanır - hər kəs öz
işinin həlli yolunu yaxşı tanır, yəni mənim işimə heç kəs
müdaxilə etməsin. Mən öz işimi hamıdan yaxşı bilərəm.
Bizim kənddə heç bir evə kitab-mitab dolanmazdı.
Öz evinin qibləsini yaxşı bilər, h ər kəs özü (Səhənd,
səh. 68).
Hər kəs öz qoturun qaşıyır - hərə öz başının hayındadır,
öz qazancını hər şeydən üstün tutur.
Hər kəs öz ürəyindən su içir - hər kəsin qəzavəti öz
düşüncəsinə görədir.
Hərki-hərkilik - özbaşın alıq.
İdarədə bir hərc-mərclik, bir hərki-hərkilik salsınlar, gəl
görəsən (9, s. 151).
Hər kuzəyə qulp qoydu, qulpu əlində qaldı - bütün
işlərdə uğursuzluğa düçar olmaq.
Xanəvadəsini keçindirmək üçün hər kuzəyə qulp qoydu,
qulpu əlində qaldı (214).
H ər küzəyə qulp qoymaq - yəni əlacsızlıqdan hər işin
dalısınca getmək.
Kasıblığın üzü yansın ki, dünyadan doydum. Həmin
Mərağada hər kuzə gəldi, qulp qoydum (168, səh. 446).
Hər quruldayam qəlyan deyil - zahiri görünüş oxşarlığına
görə fikir söyləmək olmaz.
Hər oxuyan Molla Pənah Vaqif olmaz / hər oxuyan
Molla Nəsrəddin - taleyin, fitri qabiliyyətin rolu nəzərə alınır.
282
Hefouz Jfofifi
Hər nə töksən aşma, o gələcək qaşığına - insan həyatda
öz əməllərinin nəticəsini görür.
Bəşər öz əkdiyin axır dərər, vıırar maşına,
Qaşığına çıxacaq, hər nə ki, salıb aşına (168, səh. 449).
Hər saqqaldan bir tiik çəksələr, kosaya saqqal olar -
hərə bir az kömək etsə, eldə, tayfada ac-yalavac tapılmaz.
Hər sazdan bir avaz gəlir - qarışıq yer, heç kəsin sözü bir
birinə uyğun gəlm əyən yer.
Hər sözbaşı - yerli-yersiz bir şeyi təkrarlamaq.
H ər sözbaşı xumar baxıb gülərdi,
Zülfün töküb başın asta əyərdi (353, s.86).
Hər şeyin təzəsi, dostun köhnəsi •• insanı tanımaq üçün
zaman lazımdır
Bir oğlan dostluğa layiq olmayan adamlarla dolanırmış.
Ata nə qədər oğluna nəsihət verirsə də, oğul ona qulaq asmır.
Ata bir qoyun öldürüb onun qanlı baş-ayağını bir təlisə doldurub
oğluna deyir: Adam öldürmüşəm, dostlarının yanına apar görək,
nə köməklik edə bilərlər. Oğlunun dostları hər biri qanlı təlisi
görən kimi bunlara hədə-qorxu gəlib qapıdan qovurlar. Ata deyir
ki, mənim də bir qoca, əldən-ayaqdan düşmüş dostum var, onun
yanına gedək. Onun qapısına gedirlər, dostu beli bükülmüş halda
gəlib qapını açır, ata dostundar yardım istəyir. Qoca kişi tez
onları evə salıb deyir: heç ürəyinizi sıxmayın, mən bunları indi
yerbəyer elərəm. Ata deyir: gördlin bala, hər zadın təzəsi, dostun
köhnəsi.
H ər yarağım düzəlmişdi, qalmışdı saqqal darağım - çox
ciddi m əsələlər olduğu halda xırda bir şeyə artıq əhəmiyyət
vermək.
Hər zaddan bir diş götürmək -hər işdən yarımçıq baş
çıxartmaq, hər şeydə dayaz olmaq.
Hər zadın bir hesabı kitabı olsa, yaxşıdır - yəni yaxşılıq
və ya pislik, həmişə nəzərdə tutu malıdır.
Bu mən, bu dəftəri-ömrüm, mühasiblər hesab etsin,
Nə qorxum var qiyamətdə, hesab olsun, kitab olsun (168,
səh 67)..
283
Hefınız 5hqqi
Н
ет
zadın çərdəyini çıxartmaq - hər şeyin kökünə
getmək, faydasız sözə davam etmək.
Hərzə sözün m ərzə cavabı olar
nə tökərsən aşına, o
gələr qaşığına.
Xcş niyyətli bir dost yaxşıdır inan,
Hərzə-hərzə durub danışanlardan ( “Yeddi gözəl”).
H əsən keçəl, ya keçəl Həsən - söz dolandırma, sözlə
oynama.
Həsəno meşəsi - Qaradağın ən gözəl və adlı meşələrinə
işarədir ki, bu gün o meşələr aradan getmək təhlükəsi ilə üzbəüz
qalmışdır. Qanunsuzluq, qarmaqarışıqlıq mənasındadır.
Həsənsoxdu dəyirmanı - qanunsuz yer.
Sakit, sakit, bura Həsənsoxdu dəyirmanı deyil (9, s. 156).
O qəsr ki, mələkə, şah olurdu mehmanı,
Olub m əsəldə Həsənsoxdu dəyirmanı (168, s.772).
Həsrətlə yanmaq - çox darıxmaq.
Q ələbə sevincini duyduğu andan alovlanıb vüsal həsrəti
ilə yanırdı (144, s.72).
Həştərxan xoruzu - dalaşqan, davakar.
Həştərxan xoruzu kimi üstümə gələr, məni söylətmək
üçün min vasitə düşünürdü (298, s.46).
Hatərən- pətərən danışmaq - artıq- əskik danışmaq.
Qalan 115 kağızda da hotorəıı- pətorəndən savayı özgə bir
m ətləb yoxdur.
Mərd Mozarov kurorta gedib, eloğlum Cızmaqarayev
kəndə toya gedib, məlilə qonşumuz Hə tərən Pə törənə v da ki,
məndən bir balaca inciyib (9, s.30).
Havəngdə döymək - həyatın çətinliklərinə bələd olmaq.
Ustad həvəngində mən döyülmüşəm,
İrisiyəm, hələ narın deyiləm.
Hə vəngə qarşı sinə tutmaq - zərbəyə qarşı durmaq
Hər kim ki baxa bir dəm dilbər qaşı, ya sinə
Həvənglərinə qarşı ya can tuta, ya sinə (225, s.46).
Haqqə vasil olmaq - ölüb getmək, əbədiləşmək.
Olur bu eşqilə can həqqə vasil,
284
“
Beftruz fb q q i
Türkjteyimbri
Ki, eşqi olmayan canan nə hasil? (150, səh. 19).
Həmişə dəvə xurma sıçmaz - həmişə şans üz verməz.
Hər il Novruz şənbə gününə düşməz- həmişə belə
imkan olmaz.
İngilislər həmişə bir nəfərdən istifadə etməzlər- Bunlar
bütün İranı özlərinin balaca m ənfəətlərinə fəda edərlər. Sənin
taylarım tez eləyə bilərlər, yontalayarlar, düzəldərlər.
Həvədiş - qaban kimi dişləri dodaqlardan eşiyə çıxan.
«Bir gözlü div», «həvədiş divi» qar tək əridib axıtdıq çaya
(57, səh. 47).
Həvəngə salmaq - imtahan etmək.
Gəl indi onları bir-bir qərəzsiz salaq ustad kini burda
həvəngə, döyək. Ta iri-narım seçilsin.
Həvəsdi bəsdi - bu faydasız işə son qoymaq.
O necə deyərlər day həvəsdi. Bəsdi, gəl bu daşı ətəyindən
tök (148, s. 183).
Həyat boyu tərəzinin ağır tayında oturmaq • həmişə
rahat yaşamaq, qüdrətə yetişən adamların palanı olmaq, çörəyi
gün qiymətinə yemək.
Hırdan düşmək - qocalmaq, iş görə bilməmək.
Hır-zır / hertinən
perti
qanmamaq- yaxşı-pis
qanmamaq, heç rıo bilməmək.
Molla gördü bu hır-zır qanmır (35, s.240).
Bu gün saat 00.00 dəqiqədə Qırsaqqızov nadarışünaslıq
elmləri namizədi adını almaq üçün Hırnan zırın
fərqi
mövzusunda dissertasiya müdafiə edəcəkdir (9, s.51).
Dostları ilə paylaş: |