Həkim-epidemioloqun nümunəvi vəzifə



Yüklə 143,69 Kb.
Pdf görüntüsü
tarix21.01.2017
ölçüsü143,69 Kb.
#6033

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Həkim-epidemioloqun nümunəvi vəzifə 

 

T Ə L İ M A T I 

 

I.  Ümumi müddəalar 

 

1. Bu vəzifə  təlimatı  həkim-epidemioloqun vəzifə öhdəliklərini, hüquq və 



məsuliyyətini müəyyən edir. 

2.  


Həkim-epidemioloq vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir.  

Respublika mərkəzlərində, Elmi-tədqiqat institutlarının klinikalarında,  klinik 

xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə müəyyən edilmiş qaydada 

“epidemiologiya” ixtisası üzrə peşə hazırlığı  keçmiş, ixtisası üzrə  ən azı 2 il əmək 

stajına malik  şəxs təyin edilir.  

3. Həkim-epidemioloq Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur 

və vəzifədən azad edilir. 

4. Həkim-epidemioloq bilavasitə  şöbə müdirinin tabeliyində  fəaliyyət 

göstərməklə   tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5. Həkim-epidemioloq aşağıdakıları bilməlidir: 

5.1.Azərbaycan Respublikasının Konstitusiyasını,  Azərbaycan Respublikasının 

səhiyyə qanunvericiliyinin Əmək Məcəlləsinin əsaslarını; 

5.2.səhiyyə müəssisələrinin, o cümlədən dövlət sanitariya-epidemioloji 

 

xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 



5.3. sosial gigiyenanın əsaslarını və sanitariya-epidemioloji xidmətin təşkilini; 

5.4. sanitariya qanunvericiliyini, sanitariya epidemioloji xidmətin  fəaliyyətinin 

hüquqi əsaslarını; 

5.5. sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma 

və metodlarını; 

5.6. təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını; 

5.7. laboratoriyanın işinin təşkilini; 

5.8. gigiyenik tərbiyənin və sağlam həyat tərzinin formalaşdırılmasının məqsəd 

və vəzifələrini, forma və metodlarını; 

5.9. inkişaf edən orqanizmin anatomik-fizioloji, yaş  və cinsi xüsusiyyətlərini, 

orqanizmdə patoloji proseslərin baş vermə  səbəblərini və onların inkişafı 

mexanizmini;  

5.10. tədqiqatın epidemioloji, statistik, laborator və instrumental metodlarını; 

5.11. epidemiologiyanın ümumi qanun və meyarlarını, yoluxucu xəstəliklərin 

bioekoloji xarakteristikasını, epidemiologiyasını və onun inkişafına təsir edən amilləri

5.12. epidemiya əleyhinə  tədbirlər sistemini, yoluxucu xəstəliklərin 

profilaktikası prinsiplərini və aradan qaldırılması yollarını; 


5.13.  profilaktik və sağlamlaşdırıcı tədbirlərinin təşkili və aparılmasını;   

5.14. xəstəxana və ambulator-poliklinika, təcili tibbi yardım və digər müalicə 

profilaktika idarələrində, uşaq-yeniyetmə müəssisələrində müalicə-profilaktika 

yardımının təşkilinin əsaslarını; 

5.15. dispanserizasiyanın nəzəri əsaslarını, prinsip  və metodlarını; 

5.16. tibbi fəaliyyətin hüquqi aspektlərini; 

5.17. insan orqanizminin orqan və sistemlərinin funksional vəziyyətinin kliniki, 

instrumental və laboratoriya diaqnostikasının ümumi prinsiplərini və əsas üsullarını; 

5.18. yoluxucu xəstəliklərin və digər  əsas xəstəliklərin  etiologiyasını, 

patogenezini, kliniki simptomlarını, klinikasını  və kompleks müalicəsinin ümumi 

prinsiplərini; 

5.19. yoluxucu xəstəliklərin və digər  əsas xəstəliklərin profilaktikası, 

diaqnostikası, müalicəsi və reabilitasiyası üzrə  müasir üsulları; 

5.20. qüvvədə olan  epidemiologiya sahəsi üzrə normativ-hüquqi, metodiki-

təlimat sənədlərini; 

5.21. tibbi sənədlərin tərtibini, o cümlədən məlumatların yoluxucu xəstəliklərin 

elektron müşahidə sisteminə (YXEMS) daxil eidilməsini ; 

5.22. epidemioloji xidmətin fəaliyyətinin planlaşdırılmasının və  hesabatlarının 

prinsiplərini 

5.23. xəstəliklərin immunoprofilaktikasının  əsaslarını, qeydiyyat və  

hesabatların prinsiplərini; 

5.24. kompyuter və digər müasir informasiya texnologiyaları vasitələri ilə 

işləməyi; 

5.25. xəstənin həyatı üçün təhlükə zamanı  təxirəsalınmaz tibbi yardımın  

göstərilməsi qaydalarını; 

5.26. mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini; 

5.27. sanitariya-maarifləndirmənin əsaslarını; 

5.28. daxili əmək intizamı qaydalarını,  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası və yanğına qarşı mühafizə qayda və normalarını  bilməlidir. 

 

II.

 

Vəzifə öhdəlikləri 

 

6. Həkim-epidemioloq müasir laborator və  ətraf mühitə  nəzarət metodlarından 

istifadə etməklə sanitariya-epidemioloji tədqiqatlar aparır. 

7. Sanitariya qaydalarına, gigiyena normativlərinə riayət edilməsinə, sanitariya 

gigiyena və epidemiya əleyhinə (profilaktik) tədbirlərin təşkili və aparılmasında    

iştirak edir. 

8. Əhali arasında yoluxucu xəstəliklərin baş verməsi, yayılmasının səbəbləri və 

şəraitlərini  müəyyən edir. 

9. Sanitariya-epidemioloji salamatlığın təmin olunmasının məqsədli 

proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. 

10. Sanitariya-epidemioloji salamatlığın təmin olunması sahəsində  ərazilərin 

sosial-iqtisadi inkişafı proqramlarının layihələri üzrə təkliflərin hazırlanmasında iştirak 

edir. 


11. Sanitariya-epidemioloji ekspertizanın, araşdırma, müayinə, tədqiqat, sınaq, 

eləcə də mikrobioloji və digər qiymətləndirmə növlərinin təşkilində iştirak edir. 

12.  Əhalinin gigiyenik tərbiyəsi üzrə  işi təşkil edir. Sosial-gigiyenik 

monitorinqin aparılmasında iştirak edir. 

13.  Öz ixtisası üzrə sanitariya-epidemioloji rəylər verir. 

14.  Başqa bölmələrin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir. 

15. Ona tabe orta və kiçik tibb heyətinin işinə  rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara köməklik edir. 

16.  Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, orta və kiçik tibb heyəti 

tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə 

nəzarət edir. 

17. Tibb heyətinin bilik səviyyəsinin artırılması üzrə məşğələlərin aparılmasında 

iştirak edir. 

18.  Öz işini planlaşdırır və iş fəaliyyətinin göstəricilərini təhlil edir. 

19. Yoluxucu xəstəliklərin profilaktikası üzrə  tədbirlər planını  tərtib edir və 

həmin plan əsasında fəaliyyət göstərir. 

20. Yoluxucu xəstəliklərin aşkar edilməsinə, qeydiyyatına və hesabatına nəzarət 

edir və müvafiq sənədləşmənin aparılmasını təmin edir. 

21. Fəaliyyət göstərdiyi  ərazi üzrə baş verən yoluxucu xəstəliklər barədə 

məlumatların (təcili bildirişlərin)  vaxtında qəbul edilməsini təmin edir  və vaxtında 

verilməsinə nəzarət edir. 

22. Təcili bildirişin alındığı vaxtdan ən  geci 24 saat ərzində, xüsusi təhlükəli 

yoluxucu xəstəliklər, kütləvi yoluxucu xəstəliklər və qida zəhərlənmələri, ictimai 

səhiyyə sahəsində fövqəladə hallarda təcili olaraq yoluxucu xəstəlik ocaqlarında 

epidemioloji təhqiqat aparır və xəstəlik ocağında epidemiya əleyhinə tədbirləri təşkil 

edir. 

23. Zəruri hallarda xəstəlik ocağının ləğvi üçün tədbirlər planı hazırlayır və 



epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsini təşkil edir. 

24. Yoluxucu xəstəliklərin mütəmadi analizini aparmaqla xəstəliklərin baş vernə 

və yayılma səbəblərini öyrənir və tədbirlərin görülməsi üçün cavabdeh orqan, idarə və 

müəssisə rəhbərləri və şəxslər qarşısında məsələ qaldırır və təkliflər verir. 

25. Yoluxucu xəstəliklərə dair əmrlərin, təlimatların, metodik göstərişlərin 

yerinə yetirilməsi üçün icrası  zəruri olan göstərişlər və  təkliflər verir və icrasına 

nəzarət edir. 

26. Xəstəliklərin immunoprofilaktikasının planlaşdırılmasında iştrak edir

immunoprofilaktika tədbirlərini təşkil edir, bu istiqamətdə tibb işçilərinə metodik 

köməkliyi təmin edir və immunoprofilaktika işlərinin səmərəli aparılmasına nəzarət 

edir. 

27. Tibb müəssisələrində, uşaq kollektivlərində tibb alətlərinin və avadanlığının 



düzgün sterilizasiyası  və dezinfeksiya edilməsinə  nəzarəti və bu sahədə metodiki 

köməkliyi təmin edir. 

28. Yoluxucu xəstəliklərin profilaktikası üzrə  əhalinin maarifləndirilməsi 

işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir. 

29. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında 

və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 



30.  Həkim etikasının qayda və prinsiplərinə riayət edir. 

31. Müəssisə  rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, eləcə  də öz peşə  

fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə və vaxtında icra edir. 

32. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, 

sanitariya-epidemioloji rejimə riayət edir. 

33. Mülki müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir. 

34. Mütəmadi olaraq öz ixtisasını artırır. 

 

III.

 

Hüquqları 

 

35. Həkim-epidemioloqun aşağıdakı hüquqları vardır: 

35.1 Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi ilə verilmiş, özünə 

aid olan səlahiyyətlərdən tam istifadə etmək 

35.2. dövlət sanitariya-epidemioloji nəzarətinin təkmilləşdirilməsi, özünün 

əmək fəaliyyətinin təşkilinin və şəraitlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər 

vermək;  

35.3. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, göstərişlər vermək və onlardan dəqiq icra tələb etmək, onların 

həvəsləndirilməsi və tənbeh edilməsi  üzrə rəhbərliyə təkliflər vermək; 

35.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri tələb etmək, əldə etmək və istifadə etmək;  

35.5. onun işi ilə bağlı  məsələlərin müzakirə olunduğu elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək; 

35.6. qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak etmək; 

35.7.  müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək

35.8. müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq məqsədilə 

attestasiyadan keçmək. 

36. Həkim-epidemioloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun 

olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

IV.



 

Məsuliyyəti 

 

37. Həkim-epidemioloq aşağıdakılara görə məsuliyyət daşıyır: 

37.1. ona həvalə olunmuş  vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

37.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 

37.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına 

riayət edilməsinə; 

37.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 

37.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 



37.6. ona tabe işçilərin icra intizamına və  vəzifə öhdəliklərinin yerinə 

yetirilməsinə; 

37.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə  və müəssisədə olan digər 

şəxslərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı  və sanitariya 

qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında 

məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə görə 

məsuliyyət daşıyır. 

38. Həkim-epidemioloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların 

pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, hərəkətin ağırlıq dərəcəsindən 



asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.   

 

Yüklə 143,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin