Hematologiya ixtisası üzrə nümunəvi test sualları Hematologiyanın ümumi məsələləri


) Eritrositlərdə hemoqlobinin orta konsentrasiyasının (MCHC) həqiqi artması hansı xəsətliklərdə rast gəlinir?



Yüklə 0,84 Mb.
səhifə12/16
tarix29.12.2016
ölçüsü0,84 Mb.
#3866
1   ...   8   9   10   11   12   13   14   15   16

735) Eritrositlərdə hemoqlobinin orta konsentrasiyasının (MCHC) həqiqi artması hansı xəsətliklərdə rast gəlinir?

A) Fol defisitli anemiya

B) B12 defisitli anemiya

C) Dəmir defisitli anemiya

D) Talassemiya

E) İrsi sferositoz


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн . Москва 1997.
736) İrsi sferositozun patogenezində nə rol oynayır?

A) Dəmir defisiti

B) Eritrositlərin membranının keçiriciliyinin pozulması

C) Qlobin zəncirlərinin sintezinin pozulması

D) Qlobin zəncirlərinin keyfiyyət pozğunluğu

E) Porfirin mübadiləsinin pozulması


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
737) Aşağıda göstərilənlərdən hansı oraq hüceyrəli anemiyası olan böyük xəstələrin

olumunun əsas səbəblərinə aid deyil?

A) İnsult

B) Ürək-damar xəstəlikləri

C) Baş beyinə qansızma

D) İnfeksiyalar

E) Xroniki böyrək çatışmazlığı


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
738) Aplastik anemiya zamanı?

A) Anemiya hipoxrom xarakterlidir

B) Retikulositlərin miqdarı azalır

C) Limfositopeniya qeyd olunur

D) Retikulositlərin miqdarı artır

E) Trombositlərin miqdarı normal olur


Ədəbiyyat: Руководство по гематологии.Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
739) Qurğuşunla professional zəhərlənmələr zamanı nə baş verir?

A) Müalicə məqsədi ilə B12 vitamini təyin edilir

B) Anemiya hipexrom, makrositardır

C) Dəmir defisitli anemiya inkişaf edir

D) Sideroblast anemiya inkişaf edir

E) Fol defisitli anemiya inkişaf edir


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
740) Bu əlamətlərdən hansı qurğuşunla intoksikasiya üçün xarakterik deyil?

A) Dəmir defisitli anemiyanın inkişafı

B) Mədə-bağırsaq sisteminin zədələnməsi

C) Sinir sisteminin zədələnməsi

D) Koproporfirinlərin böyük miqdarının sidiklə ifraz olunması

E) Sümük iliyində sideroblastların miqdarının artması


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
741) Sideroblast anemiyalar üçün nə xarakterikdir?

A) Yalnız qazanılmış xarakterli ola bilər

B) Dəmir defisiti meydana çıxır

C) Dəmirin hemoqlobin sintezi üçün istifadəsinin pozulması ilə xarakterizə olunur

D) Müalicəsində dəmir preparatlarından istifadə olunur

E) Yalnız irsi xarakterli ola bilər


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
742) B12 defisitli anemiyanın müalicəsi?

A) Müalicənin müddəti 1-2 həftədir

B) Müalicəyədək sternal punksiyanın aparılması mütləq deyil

C) Sternal punksiya aparıldıqdan sonra başlanılmalıdır

D) Yanaşı olaraq, dəmir preparatları təyin edilir

E) Siankobalamin gündə 2000-3000 mkq dozasında təyin edilir


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
743) İrsi sferositoz üçün nə xarakterik deyil?

A) Dalağın normal ölçüləri

B) Anemiya

C) Sarılıq

D) Dalağın böyüməsi

E) Retikulositoz


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
744) Bilirubinin səviyyəsinin mötədil qalxması hansı xəstəlikdə rast gəlinir?

A) Markifava-Mikelli xəstəliyi

B) Dəmir defisitli anemiya

C) B-12 defisitli anemiya

D) Kriz dövründə irsi sferitoz

E) Kəskin gedişli autoimmun hemolitik anemiya


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
745) Dəmir preparatları ilə müalicə zamanı?

A) Parental yola üstünlük verilir

B) Zərdabın dəmirbirləşdirmə qabiliyyəti azalır

C) Trombositlərin miqdarı artır

D) Zərdabın dəmirbirləşdirmə qabiliyyəti artır

E) Dəmir preparatları 2-3 həftə müddətinə təyin edilir


Ədəbiyyat: «Гематология» Новейший справочник. Под общей редакцией доктора медицинских наук, профессора К.М.Абдулкадырова, 2004.
746) Dəmir defisitli anemiyanın klinik əlamətlərinə aid olmayanı hansıdır?

A) Anqulyar stomatit

B) Koylonixiya

C) Dadbilmə hissiyyatının dəyişməsi

D) Paresteziyalar

E) Qlossit


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков. Том 4 Москва 2007.
747) Hansı xəstəlik zamanı vitamin B6-nın təyini vacibdir?

A) Sideroblast anemiya

B) Hiperegenerator anemiya

C) Meqaloblast anemiya

D) Talassemiya

E) Mikrosferositar anemiya


Ədəbiyyat: Лечение болезней внутренних органов. А.Н.Окороков. Том 3, книга 2 Москва 2006.
748) Kastlın daxili faktoru?

A) B6 vitamini ilə birləşir

B) Molekulyar cəkisi 80 000 daltona bərbərdir

C) Onikibarmaq bağırsaqda əmələ gəlir

D) Mədənin fundal hissəsində və mədənin cismi nahiyəsində əmələ gəlir

E) Dəmir oksidi ilə birləşir


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том Москва 2006.
749) B12 defisitli anemiyanın müalicəsinə münasibətdə düzgün olmayan nədir?

A) Müalicə başlıca olaraq parenteral aparılır

B) Preparat 4-6 həftə ərzində yeridilir

C) Adətən B12 vitamininin başlanğıc dozası gündə 500-1000 mkq təşkil edir

D) Dəqiq diaqnoz qoyulmamış müalicəyə başlamaq olmaz

E) B12 vitamini mütləq fol turşusu ilə birlikdə təyin edilir


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
750) Transkobalamin II hansı hüceyrələr tərəfindən istehsal olunur?

A) Enterositlər

B) Monositlər

C) Hepatositlər

D) Bütün sadalanan hüceyrələr

E) Fibroblastlar, sümük iliyində hemopoezin sələf hüceyrələri


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
751) Bu əlamətlərin hansı soyuq aqlyutinin xəstəliyi haqda fikirləşməyə əsas verir?

A) Kəskin tezləşmiş ECS

B) Reyno sindromu

C) Hemoliz əlamətləri ilə yüngül anemiya

D) Xəstənin qan qrupunun təyininin mümkün olmaması

E) Bu əlamətlərin hamısı


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
752) Hipoxrom anemiya nə zaman qeyd olunur?

A) Qalxanabənzər vəzin hipofunksiyası zamanı

B) Porfirin sintezinin pozulması zamanı

C) Sadalanan halların hamısında

D) Dəmir defisiti zamanı

E) Qlobin zəncirlərinin sintezinin pozulması zamanı


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
753) B12 defisitli anemiyaya münasibətdə düzgün olmayan nədir?

A) Daxili faktorun sekresiyasının irsi pozğunluğu qeyd olunur

B) Qastroektemiyadan sonar inkişaf edir

C) Xəstəlik bütün hallarda autoimmun xarakter daşıyır

D) Alkoqolun yüksək dozalarının mədənin selikli qişasına təsiri nəticəsində meydana çıxa bilər

E) Xəstələrin əksəriyyətinin qan zərdabında mədənin parietal hüceyrələrinin sitoplazmasına qarşı anticisimlər aşkar edilir


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
754) B12 vitamininin istifadəsinin artması hansı hallarda qeyd edilir?

A) Çox döllü hamiləlik

B) Çoxsaylı mieloma və digər şiş xəstəlikləri

C) Tireotoksikoz

D) Bütün qeyd olunanlar

E) Xroniki hemolitik anemiya


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
755) Autoimmun hemolitik anemiya hansı xəstəliklər zamanı meydana çıxa bilər?

A) Xroniki limfoleykoz

B) Sadalananların hamısı

C) Limfomalar

D) Qırmızı qurd eşənəyi

E) İnfeksion monokukleoz


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
756) İrsi sferositoz xəstəliyində splenektomiyadan sonra nə müşahidə olunur?

A) Eritrositlərin parçalanması dayanır

B) Anemiya qeyd edilir

C) Trombositopeniya meydana çıxır

D) Tez-tez hemoliz baş verir

E) Qanda sferositlər aşkar edilmir


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
757) Aplastik anemiya zamanı nə qeyd olunur?

A) Qranulositopeniya

B) Anemiya

C) Trombositopeniya

D) Sadalananların hamısı

E) Nisbi limfositoz


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
758) Fol defisitli anemiyanın klinik əlamətlərinə nə aid deyil?

A) Koylonixiya

B) Ümumi zəiflik

C) Əmək qabiliyyətinin azalması

D) Baş gicəllənməsi

E) İkteriklik


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4 Москва 2006.
759) Əgər uşaqda proteinuriya ilə müşayiət olnunan hiperxrom meqaloblast anemiya varsa?

A) Xroniki böyrək çatışmazlığı qeyd olunur

B) Leş-Hayan sindromu qeyd olunur

C) İmerslund-Qresbek sindromu qeyd olunur

D) Proteinuriya diaqnozun muəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb etmir

E) Nefritlə müşayiət olunan B12 defisitli anemiya qeyd olunur


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
760) Soyuq aqqlyutinin xəstəliyinin müalicəsində nə əhəmiyyət kəsb etmir?

A) Splenektomiya

B) İmmunosupressor terapiya

C) Həyati göstəriş olduqda yuyulmuş eritrosit kütləsi transfuziyaları

D) Venadaxilinə immunoqlobulinlərin yeridilməsi

E) Qlükortikoidlərlə müalicə


Ədəbiyyat: Руководство по гематологии.Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
761) Aplastik anemiyalar?

A) İdiopatik ola bilər

B) Qazanılma ola bilər

C) Anadangəlmə ola bilər

D) Sadalananların hamısı düzgündür

E) Dərmanların və toksiki maddələrin təsirindən sonra meydana çıxa bilər


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
762) Aplastik anemiyanın müalicəsində nə istifadə olunur?

A) Sadalananların hamısı

B) Hemopoetik inkişaf faktorları

C) Siklosporin A

D) Sümük iliyinin transplantasiyası

E) Antilimfositar qlobulin


Ədəbiyyat: Руководство по гематологии.Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
763) Meqaloblast anemiyalar?

A) Qurd invaziyaları zamanı meydana çıxır

B) Bütün sadalananlar düzgündür

C) B12 defisiti zamanı meydana çıxır

D) Peroral kontraseptivlərin qəbulu zamanı meydana çıxır

E) Fol defisiti zamanı meydana çıxır


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Mосква 2007
764) Qeyri-tam istilik aqqlyutininləri ilə hemolitik anemiyaların diaqnostik əlamətlərinə nələr aiddir?

A) Duz Kumbs sınağının müsbət olması

B) Normoxrom anemiya, retikulositoz

C) Qanda γ-qlobulinlərin miqdarının artması

D) Dalağın böyüməsi

E) Sadalananların hamısı


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
765) İgG sinfi anticisimləri ilə istilik autoimmun hemolitik anemiyası zamanı?

A) Hemoliz başlıca olaraq dalaqda baş verir

B) Anticisimlər maksimal 37º temperaturda aktivdir

C) Bütün sadalananlar düzgündür

D) Hemoliz hüceyrədaxilidir

E) Anticisimlər əksər hallarda Rh eritrositar antigenlərə yönəlmişdir


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4 Москва 2006.
766) Hemolitik anemiyalı xəstədə nə qeyd olunur?

A) Dalağın ölçüləri böyüyə bilər

B) Aplastik krizlər meydana çıxa bilər

C) Hüceyrədaxili hemoliz zamanı öd kisəsində daşların əmələ gəlməsinə meyillilik qeyd olunur

D) Damardaxili hemoliz zamanı əksər hallarda kəskin böyrək çatışmazlığı meydana çıxır

E) Sadalananların hamısı düzgündür


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
767) Xroniki xəstəliklər anemiyasının müalicəsində nə istifadə olunmur?

A) Rekombinant eritropoetin

B) Fol turşusu

C) B qrup vitaminləri

D) Dəmir preparatları

E) Eritrosit kütləsi transfuziyaları


Ədəbiyyat: «Гематология» Новейший справочник. Под общей редакцией доктора медицинских наук, профессора К.М.Абдулкадырова, 2004.
768) Xroniki xəstəliklər anemiyasının laborator göstəricilərinə nə aiddir?

A) Eritrositlərin osmotik rezistentliyinin dəyişməməsi

B) Sadalananların hamısı

C) Zərdabda ferritinin miqdarının artması

D) Retikulositlərin miqdarının normal olması

E) Eritrositlərdə hemoqlobinin orta konsentrasiyasının aşağı düşməsi (MCHC)


Ədəbiyyat: «Гематология» Новейший справочник. Под общей редакцией доктора медицинских наук, профессора К.М.Абдулкадырова, 2004
769) Anemik sindromun müalicəsində eritropoetin hansı xəstəliklərdə daha çox istifadə edilir?

A) Osteomielofibroz

B) Kəskin limfoblast leykoz

C) Həqiqi polisitemiya

D) Mieloma xəstəliyi

E) Xronik mieloleykoz


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
770) Orqanizmdə dəmirin neçə %-i Hemoqlobinin tərkibindədir?

A) 90%


B) 40%

C) 70%


D) 60%

E) 50%
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.


771) Kişilərdə normada ehtiyat dəmirin miqdarı necə milliqramm arasında

tərəddüd edir?

A) 3000-4000 mq

B) 100-1250 mq

C) 250-500 mq

D) 500-2000 mq

E) 2000-2500 mq


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
772) Qadınlarda normada ehtiyat dəmirin miqdarı neçə milliqramma bərabərdir?

A) 150 mq

B) 1000 mq

C) 250 mq

D) 2000 mq

E) 500 mq


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
773) 10 q/l qan itkisi hematokriti neçə vahid azaldır?

A) 5 vahid

B) 8 vahid

C) 11 vahid

D) 1 vahid

E) 3 vahid


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
774) Kişilərdə anemiyaya ən çox səbəb hansı hallardır?

A) Mədə-bağırsaq traktından qanaxma

B) Endokrin patologiyası

C) Böyrək-sidikçıxarıcı sistemin patologiyası

D) Ürək-damar sistemi patologiyası

E) Tənəffüs sistemi patpologiyası


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
775) Qadınlarda anemiyaya daha çox səbəb olan hallar hansıdır?

A) Tənəffüs sistemi xəstəlikləri

B) Mədə-bağırsaq sistemində olan qanaxmalar

C) Böyrək-sidikçıxarıcı sistemin xəstəlikləri

D) Endokrin xəstəlikləri

E) Klimakterik dövrdəki uşaqlıq qanaxmaları


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
776) Hematokritin enməsi massiv qanaxmadan neçə saat sonra ortaya çıxır?

A) 96-120 saat

B) 72-96 saat

C) 48-72 saat

D) 1-24 saat

E) 24-48 saat


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
777) Xronik böyrək çatışmazlığında anemiyanın səbəbi nədir?

A) Eritropoetinin çatışmazlığı

B) Dəmirin bağırsaqlardan sorulmasının pozulması

C) Dəmir defisiti

D) Hematuriya

E) B12, fol turşusu defisiti


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
778) Antigen ilkin olaraq hansı immunokompetent hüceyrə tərəfindən işlənir?

A) Helper T-limfositlər

B) Makrofaq

C) Neytrofil

D) Limfosit

E) Natural limfositlər


Ədəbiyyat: Х. Барбер. Иммунология для практических врачей. 1980
779) Sferositlər ən çox hansı patologiyada rast gəlinir?

A) Talassemiyada

B) Minkovski Şoffar xəstəliyində

C) İmmun hemolitik anemiyada

D) Vit. B12 çatışmazlığı anemiyada

E) Aplastik anemiyada


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
780) Eritrositlərin osmotik rezistentliyi (EOR) mənfidir?

A) Paroksizmal gecə hemoqlobinuriyasında

B) Autoimmun hemolitik anemiyada

C) β-talassemiyada

D) α-talassemiyada

E) Mikrosferositar anemiyada


Ədəbiyyat: A.M.Axundova. Talassemiya, 1972.
781) β-talassemiyalı xəstələrdə nə vaxt HbA2 miqdarı normada və ya enmiş ola

bilər?

A) Mədə-bağırsaq qanaxmalarında (Fe defisiti ilə əlaqədar)

B) Revmatizmdə

C) Tonzillitdə

D) Pnevmoniyada

E) İnfeksion mononukleozda


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
782) Xroniki böyrək çatışmazlığı anemiyasında eritropoetinlə terapiyanın effektsizliyinin səbəbi?

A) Diurezin azalması

B) Simptomatik hipertoniya

C) Fe++ defisiti

D) Kreatinin yüksək olması

E) Vit. B12 defisiti


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
783) Ağır dərəcəli B12 defisitli anemiya üçün əsas diaqnostik-laborator test hansıdır?

A) Eozinofiliya

B) HbA2-nin artması

C) ECR-in sürətlənməsi

D) Hiperleykositoz

E) Eritrositlərin orta həcminin çox yüksəlməsi (MCV>120)


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
784) Makrositoz bu xəstəliklərdən hansında çox rast gəlinir?

A) Autoimmun hemolitik anemiya

B) Dəmir defisitli anemiya

C) β-talassemiya

D) B12 defisiti

E) Mikrosferositar hemolitik anemiya


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
785) Neytrofillərin hiperseqmentasiyası bu anemiyaların hansında çox təsadüf edilir?

A) QGFDh-ın hemolitik krizlərində

B) B12 defisitli anemiyada

C) Paroksizmal gecə hemoqlobinin uriyasında

D) Autoimmun hemolitik anemiya krizində

E) Homoziqot β-talassemiyada


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
786) Makrositoz bu xəstəliklərin hansında çox rast gəlir?

A) β-talassemiya

B) α-talassemiya

C) Aplastik anemiya

D) Fankoni anemiyası

E) Fol defisitli anemiya


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
787) Meqaloblast tipli anemiyada:

A) Total blastemiya aşkar edilir

B) Sümük iliyində hüceyrəlilik azalır

C) Sümük iliyində limfositoz baş verir

D) Sümük iliyində hüceyrəlilik artır

E) Sümük iliyində monositoz qeyd edilir


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
788) B12 defisitli anemiyada sümük iliyində:

A) Limfoid sıra genişlənir

B) Plazmatik hüceyrələr çoxalır

C) Hüceyrəlilik azalır

D) Blastların sayı artır

E) Meqaloblastların sayı artır


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
789) Meqaloblastlı anemiya üçün bu laborator müayinə metodlarından hansı daha informativdir?

A) Seroloji analiz

B) Sitogenetik müayinə

C) İmmunoloji analiz

D) Mielopunktatın tədqiqi (sitoloji analiz)

E) Trepanobiopsiya (histoloji müayinə)


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
790) B12 defisitli anemiya üçün xas olmayan klassik klinik əlamət:

A) Hematokritin azalması

B) Qlossit

C) Splenomeqaliya

D) Anemiya

E) Ətraflarda hissiyyatın pozğunluğu


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
791) Fol turşulu anemiyada bu əlamətlərdən hansı rast gəlinmir?

A) Qlossit

B) Hematokritin azalması

C) Ətraflarda (xüsusən aşağı) hissiyyatın pozğunluğu

D) Depressiya simptomları və ya psixozlar

E) Anemiya


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
792) Vit. B12 defisitli anemiyada kobalamin defisitinə səbəbdir:

A) Bakterial mexanizm

B) Pankreatit

C) Virus mexanizmi

D) Mədə xorası

E) Autoimmun mexanizm


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001
793) Kobalamin ehtiyatı orqanizmdə ən çox hansı üzvdə toplanmış olur?

A) Baş beyində

B) Bağırsaqlarda

C) Mədədə

D) Qaraciyərdə

E) Dalaqda


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
794) Hemolitik anemiyalarda eritrositlərin hasilatının kompensator yüksəlməsini göstərir:

A) Sümük iliyində limfopeniya

B) Retikulositlərin təyini

C) Sümük iliyin hiperhüceyrəliliyi

D) Hiperbilirubinemiya

E) Sideroblastların sayılması


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
795) Autoimmun hemolitik anemiya üçün əsas laborator sınaq hansıdır?

A) Ferritinin təyini

B) Retikulositlərin sayılması

C) Eritrositlərin təyini

D) Kumbs sınağı (duz)

E) Bilirubinin təyini


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
796) Bu immunoqlobulinlər və ya yüngül zəncirlərindən hansı autoimmun hemolitik anemiyanın inkişaf mexanizmində iştirak edir?

A) İgE


B) İgA

C) İg-in L və kanpa yüngül zəncirləri

D) İgG

E) İgD
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.


797) Bu İg-dən və ya yüngül zəncirlərdən hansı autoimmun hemolitik anemiyanın inkişaf mexanizmində əsas rol oynayır?

A) İgE


B) İgM

C) İgA


D) İgD

E) İg-in yüngül zəncirləri: λ və K


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
798) Hemoqlobinin orta konsentrasiyası 1 eritrositdə hansı hemolitik anemiyada (MCHC) artmış olur?

A) α-talassemiyada

B) İrsi sferositozda

C) Paroksizmal gecə hemoqlobilinuriyasında

D) β-talassemiyada

E) Q-6FDH defisitli hemolitik krizdə


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
799) Bunlardan hansı hemolitik anemiyada hematokritin qəflətən enməsinə səbəb ola bilməz?

A) Hipersplenizm

B) Kəskin infeksiya

C) Xronik böyrək çatışmazlığı ilə əlaqədar eritropoetin əmələ gəlməsinin azalması

D) Folat və Fe++ azalması

E) Dərman preparatların təsirindən sümük iliyi fəallığının enməsi


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
800) Paroksizmal gecə hemoqlobilinuriyasında hemolitik anemiyanın əlamətlərinə nə xas deyil?

A) Dəmirin defisiti

B) Leykositoz

C) Retikulositlərin artması

D) Sidikdə Fe++ artması

E) Anemik sindrom


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
801) Paroksizmal gecə hemoqlobilinuriyasında letallığa səbəb hansı ağırlaşmadır?

A) Böyrək çatışmazlığı

B) Anemik koma

C) Qaraciyər çatışmazlığı

D) Ürək-damar çatışmazlığı

E) Tromboz


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
802) Autoimmun hemolitik anemiyada letallığın əsas səbəbi nədir?

A) Tromboz

B) Anemik sindrom

C) Böyrək çatışmazlığı

D) Eritropoetinin defisiti

E) Qaraciyər çatışmazlığı


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
803) Hansı hemolitik anemiyada hemolitik kriz medikament qəbulu ilə əlaqədardır?

A) Mikrosferositar hemolitik anemiyada

B) Qlukoza-6-fosfat dehidrogenaza fermenti aktivliyinin defisitində

C) Paroksizmal gecə hemoqlobulinuriyasında

D) α-talassemiyada

E) β-talassemiyada


Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin