538) Kəskin monoblast leykoz üçün digər mieloid formalardan fərqləndirici cəhət olan diş dibi ətinin və dərinin ekstramedulyar zədələnməsindən başqa daha hansı əlamət xasdır?
A) Böyrək çatışmazlığı əlamətləri
B) Mediastenal limfoadenopatiya
C) Limfoadenopatiya
D) Neyroleykemiya
E) Spesifik orxit
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
539) Kəskin promielositar leykozda promielositdəki qranulalar hansı xarakterə malikdir?
A) Limfogen
B) Eritrogen
C) İmmunogen xarakteridir
D) Trombogen
E) Plazmogen
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
540) Kəskin leykozda spesifik terapiyaya qədər təyin edilən allopurinol ilə paralel hansı tədbirlər görülməzsə, böyrək çatışmazlığı ilə nəticələnə bilər?
A) Təzə dondurulmuş plazma
B) Hemotransfuziya (eritrosit kütləsi)
C) Adekvat dehidrotasiya
D) Diuretiklərin təyini
E) Antibakterial terapiya
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
541) Leykozlu pasientlərdə HLA tipləşdirmənin aparılması hansı müalicə tədbiri üçün vacibdir?
A) Sümük iliyinin transplantasiyası üçün
B) Proqnostik göstərici qrupu üçün
C) Sitostatik terapiyanın başlanması üçün
D) Kraniospinal şüalanma üçün
E) Plazmaferez üçün
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
542) Sümük iliyin transplantasiyası kəskin leykozlu xəstələrdə nə vaxt həyata keçirmək məqsədəuyğundur?
A) Neyroleykemiyanın terapiyası üçün
B) 1-ci remissiyada
C) Terminal stadiyada
D) Xəstəliyin kəskin dövründə
E) 1-ci residivdə
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
543) Neytropeniyalı xəstələr hansı məhsullardan istifadə etməməlidir?
A) Təzə tərəvəz və meyvə
B) Təbii şirələr
C) Ət məhsulları
D) Süd məhsulları
E) Şirniyyat məmulatları
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
544) Kəskin leykozda sitostatik terapiya vaxtı baş verən neytropeniyada kimyəvi terapiya dayandırılmalıdırmı?
A) Dərhal antibakterial terapiya başlanmalıdır
B) Trombositopeniyadan çıxmanı gözləmək lazımdır
C) Təzə dondurulmuş plazma infuziya edilməlidir
D) Neytropeniyadan çıxmanı gözləmək lazımdır
E) Xeyr, sitostatik terapiya davam etdirilməlidir
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
545) Xronik limfoleykozlu pasientlərdə letallığa ən çox nə səbəb olur?
A) Hemorragik sindrom
B) Qara ciyər çatışmazlığı
C) İnfeksiya
D) Böyrək çatışmazlığı
E) Hemolitik sindrom
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
546) Xronik mieloleykozlu pasientlərdə hansı müalicə tam sağalma verə bilər?
A) Qlivek (imatinib)
B) Hidroksiurea
C) α-interferon
D) Sümük iliyinin transplantasiyası (allogen)
E) Mileran
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
547) Tüklü hüceyrəli leykozda mielopunktat?
A) Hipersellulyar olur
B) Limfopeniya aşkar edilir
C) Hiposellulyar olur
D) Plazmatik hüceyrələr aşkar edilir
E) Adətən «quru» alınır
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
548) Tüklü hüceyrəli leykozda hansı sitokimyəvi test patoqnomik hesab edilir?
A) α-naftil esteraza
B) Turş tartrat fosfataza
C) Peroksidaza
D) Qlikogenin təyini
E) Qlikoforin A
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
549) Limfoadenopatiyada hansı nahiyyədəki və ölçüdəki limfa düyününü biopsiya etmək məsləhətdir?
A) Qoltuq altındakı
B) Ən kiçiyini
C) Qasıq nahiyyəsindəki
D) Boyun nahiyyəsindəki
E) Ən böyüyünü
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
550) Qeyri-Xockin limfomasında proqnostik əhəmiyyətli sitokinetik dəyişiklik hansıdır?
A) t (9; 22)
B) t (14; 18)
C) t (8; 21)
D) t (5; 7)
E) t (8; 11)
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
551) Limfomanın stadiyasının müəyyənləşdirilməsində məqsəd nədən ibarətdir?
A) Sümük iliyinin transplantasiyası üçün
B) Sitostatik terapiyanın intensivliyini təyin etmək
C) İmmunomodulyasiya üçün
D) Şua terapiya üçün
E) İmmunoterapiya üçün
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
552) Limfoma xəstəliyin proqnostik göstərici kimi bu əlamətlərdən hansı həlledicidir?
A) C-reaktiv zülalın qanda yüksəlməsi
B) Splenomeqaliya
C) Şiş kütləsinin böyüklüyü
D) Trombositopeniya
E) Anemiya
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
553) Bu sitokinlərdən hansı mielom xəstəliyi üçün risk faktoru hesab edilir?
A) İnterleykin-2
B) İnterleykin-4
C) İnterleykin 6
D) İnterleykin-17
E) İnterleykin-11
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
554) Kəskin leykozun remissiya fazasında leykozun proqressivləşməsinə nəzarət üçün hansı müayinə üsullarının aparılması mütləqdir?
A) Sitokimyəvi müayinə
B) Hemoqramma
C) Daxili üzvlərin kompyuter tomoqrafiyası
D) Polimeraz zəncir reaksiyası (rezudual xəstəlik üçün)
E) Bakterioloji analiz
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
555) Tüklü hüceyrəli leykozda terapevtik splenektomiyadan sonra baş verə bilən infeksiyanın profilaktikası üçün hansı vaksina yeridilir?
A) Pnevmokokk əleyhi vaksina
B) Antirabik anatoksin
C) Vərəm əleyhi vaksina
D) Təbii çiçək əleyhi peyvənd
E) Skarlatina əleyhi zərdab
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
556) Bu xəstəliklərdən hansında limfoadenopatiya az təsadüf olunur?
A) Kəskin limfoblast leykozda
B) Xronik limfoleykozda
C) Limfoqranulomatozda
D) Tüklü hüceyrəli leykozda
E) İnfeksion mononukleozda
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
557) Bu xəstəliklərin hansında neyroleykemiyanın profilaktikasını aparmağa ehtiyac yoxdur?
A) Kəskin monoblast leykozda
B) Tüklü hüceyrəli leykozda
C) Limfomada
D) Kəskin promielositar leykozda
E) Kəskin limfoblast leykozda
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
558) Tüklü hüceyrəli leykozda uzun illər bu göstəricilərdən hansı splenektomiya üçün mütləq göstəriş hesab olunurdu?
A) Leykositoz
B) Neytrofil >1,0•109/l
C) Trombositopeniya <100,0•109/l
D) Limfositoz
E) Hb <90,0 qr/l
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
559) Tüklü hüceyrəli leykozun müalicəsində tətbiq edilən kladribin ən çox hansı ağırlaşmanı verir?
A) Kəskin böyrək çatışmazlığı
B) Qaraciyər çatışmazlığı
C) Korluq
D) Tənəffüs çatışmazlığı
E) Ürək ritminin pozulması
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
560) Mieloma xəstəliyində anemiya sindromunun spesifik müalicəsi üçün bu terapiyanın hansı düzgündür?
A) Rekombinant eritropoetin
B) Eritrosit transfuziyası
C) Anaboliklərin istifadəsi
D) Dəmir preparatlarının təyini
E) Vitaminoterapiya
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
561) Mielom xəstəliyində spesifik terapiya nəticəsində baş verən qranulositopeniyanı aradan qaldırmaq üçün bu tədbirlərdən hansı tətbiq edilir?
A) Neupogen
B) Antibakterial müalicə
C) Qanın ultrabənbövşəyi təmizlənməsi
D) Ozonoterapiya
E) Qeyri-steroid preparatların istifadəsi
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
562) Bu hemoblastozların hansı monositopeniya ilə keçir?
A) Kəskin mielomonoblast leykoz
B) Mielodisplaziya
C) Kəskin monoblast leykoz
D) Xronik monositar leykoz
E) Tüklü hüceyrəli leykoz
Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
563) Mieloqrammada total blastoz hemoblastozların hansı üçün diaqnostik marker hesab edilir?
A) Mielofibroz
B) Kəskin leykoz
C) Limfoqranulomatoz
D) Mielodisplaziya: refrakter anemiya blast transformasiyası ilə
E) Xronik mieloleykoz
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
564) Bu göstəricilərdən hansı konkret xətəliyin olmasını göstərir?
A) Leykopeniya (leykosit 1 mkl-də 3000-dən az)
B) Anemiya (Hb 90,0 q/l-dən az)
C) Trombositopeniya (trombosit 1 mkl-də 50.000 az)
D) Blastemiya (blastlar ≥50%-dən cox)
E) Leykositoz (leykosit >20,0•109/l)
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
565) Sümük iliyində dismielopoez bu xəstəliklərin hansında daha çox rast gəlinir?
A) Xronik limfoleykozda
B) Mielodisplastik sindromda
C) Limfoqranulomatozda
D) Homoziqot β-talassemiyada
E) İnfeksion mononukleozda
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
566) Kəskin leykozlu xəstələrdə residiv faktında blast hüceyrələrinin sayı sümük iliyində hansı rəqəmdən çox olmalıdır?
A) 20%-dən çox
B) 30%-dən çox
C) 5%-dən çox
D) 25%-dən çox
E) 10%-dən çox
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
567) Kəskin limfoblast leykozda hiperleykositoz (100,0•109/l) olduqda prefraza hansı preparatla aparılır?
A) 6-merkaptopurin
B) Metatreksat
C) Vinkristin
D) Prednizolon (Deksametazon)
E) Allopurinol
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
568) Kəskin mieloid leykozda hiperleykositoz (100,0•109/l) olduqda prefaza hansı preparatla aparılır?
A) Hidrooksiurea (hidrea)
B) Deksametazonla
C) Rubomisinlə
D) Sitozarla
E) Allopurinol
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
569) Kəskin mieloid leykozda letallığa əsas səbəb hansı ağırlaşmadır?
A) İnfeksiya
B) Miokard infarktı
C) Hipertonik kriz
D) Neyroleykemiya
E) Kəskin pankereatit
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
570) Kəskin promielositar leykozda letallığa səbəb olan əsas sindrom hansıdır?
A) İnfeksiya
B) Distress sindrom
C) Uremiya
D) Hemorragik sendrom
E) Neyroleykemiya
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
571) Kəskin eritromielozun əsas klinik sindromu hansıdır?
A) Uremiya
B) Sarılıq
C) İnfeksiya
D) Hemorragik sindrom
E) Anemik sindrom
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
572) Kəskin limfoblast leykozda sümük iliyinin transplantasiyası hansı hallarda həyata keçirilir?
A) İnduksiya fazasında
B) Xəstəliyin residivində
C) Remissiya stadiyasında
D) Terapiyanın prefraza dövründə
E) Konsolidasiyada
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
573) Kəskin mieloid leykozda sümük iliyinin transplantasiyasının xəstəliyin hansı fazasında aparılması məqsədəuyğundur?
A) Konsolidasiya fazasında
B) Terapiyanın induksiya fazasında
C) I residivdə
D) I remissiyada
E) II residivdə
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
574) Kəskin leykozlarda pnevmosist pnevmoniyanın profilaktikası üçün hansı preparat tətbiq olunur?
A) Asiklovir
B) Rosefin
C) Diflukan
D) Neupogen
E) Biseptol-480
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
575) Kəskin leykozda erkən residiv zaman etibarı ilə neçə aya bərabərdir?
A) Tam remissiya 12 aydan az olduqda
B) Tam remissiya 10 ay olduqda
C) Tam remissiya 6 aydan az olduqda
D) Tam remissiya 9 ay olduqda
E) Tam remissiya 15 ay olduqda
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
576) Rezisdent formalı kəskin mieloid leykozun terapiyasında bu protokolların hansından daha çox istifadə edilir?
A) «Sitozar+Vepezid» 5 gün
B) VAMP, SVAMP
C) «5+2» və «5+6 MP»
D) FLAC, VAC
E) AVAMP, az dozalı sitozar (10 mq/m2 x 2 dəfə sutkada)
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
577) Bu xəstəliklərin hansında sümük iliyində leyko/eritro nisbəti 10:1, 20:1-ə qədər yüksəlir?
A) Limfomada
B) Xronik mieloleykozda
C) Aplastik anemiyada
D) Homoziqot talassemiyada
E) Limfoqranulomatozda
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
578) Subleykemik mielozun əsas aparıcı klinik əlaməti hansıdır?
A) Assit
B) Sarılıq
C) Splenomeqaliya
D) Limfoadenopatiya
E) Hepatomeqaliya
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
579) Splenomeqaliya, protrombin indeksinin, fibrinogenin miqdarının azalması, qaraciyər sınaqlarının dəyişilməsi bu xəstəliklərdən hansına xasdır?
A) Qaraciyər serrozu
B) Homoziqot talassemiya
C) Limfoqranulomatoz
D) Qazanılmış hemolitik anemiya
E) Dalağın vərəmi
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
580) Kəskin leykozda blastoferez prosedurası hansı hallarda tətbiq edilir?
A) Anemiya sindromunda
B) İnfeksion fəsadlarda
C) Generalizə olunmuş limfoadenopatiyada
D) Leykostazda
E) Hemorragik sindromda
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
581) Qlivek kəskin limfoblast leykozun müalicəsində hansı hallarda istifadə edilir?
A) BCR/ABL mövcud olduqda
B) CD-20 pozitiv olduqda
C) CD-20 neqativ olduqda
D) Laktat dehidrogenaza fermenti yüksək olduqda
E) BCR/ABL aşkar olunmayan hallarda
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
582) Mabtera kəskin limfoblast leykozun terapiyasında sitostatik terapiya ilə birlikdə hansı hallarda istifadə edilir?
A) Ferritinin miqdarı yüksəldikdə
B) CD-20 pozitiv olduqda
C) BCR/ABL – pozitiv olduqda
D) BCR/ABL – neqativ olduqda
E) CD-20 neqativ olduqda
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
583) Orunqal preparatını kəskin limfoblast leykozun müalicəsində hansı sitostatiklə kombinasiya etmək (polineyropatiyanı artırır) məqsədəuyğun deyildir?
A) L-asparaginaza
B) Metatreksat
C) Deksametazon
D) Vinkristin
E) G-merkaptopurin
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
584) Kəskin leykozun terapiyasında istifadə edilən az dozalı sitozarın təsir mexanizmi necədir?
A) Antibakterial
B) Sitostatik
C) İmmunoterapevtik
D) İmmunomodulyasiya
E) Virus əleyhi
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
585) Bu əlamətlərdən hansı xronik mieloleykozun akselerasiya fazasına xasdır?
A) Hemoqlobin 110 qr/l-dən çox olduqda
B) Hemoqrammada 100-150,0x109/l trombosit olduqda
C) Ossalgiya sindromu
D) Qanda, sümük iliyində 10-29% blast hüceyrəsi olduqda
E) Limfoadenopatiya
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
586) Xronik mieloleykozun akselerasiya fazasına bu göstəricilərdən hansı xasdır?
A) Eritrositlərin sayı 3,5-4,0x1012/l
B) Blast+promielositlərin sayı ≥30%
C) Subfebriltet
D) Eozinofil ≥4%
E) Mötədil splenomeqaliya
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
587) Xronik mieloleykozun akselerasiya fazasını bu əlamətlərdən hansı xarakterizə edir?
A) Terapiya fonunda proqressiv sürətdə dalağın ölçülərinin artması (10 sm-dən böyük)
B) Hemoqlobinin 15,0 q/l olması
C) Hepatomeqaliya
D) Limfoadenopatiya
E) Limfositoz
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
588) Bu göstəricilərdən hansı xronik mieloleykozun akselerasiya fazasına xasdır?
A) Leykositlərin sayı ≥ 15,0x109/l
B) Hb A2 5% olması
C) Trombositoz
D) Bazofillərin sayı ≥20%
E) Ferritinin miqdarının artması
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
589) Akselerasiya fazası (xronik mieloleykoz) üçün bu göstəricilərdən hansı xasdır?
A) Retikulositoz
B) Hiperbilirubinemiya
C) Hepatomeqaliya ≥4 sm
D) Terapiya ilə əlaqəsi olmayan trombositopeniya <100,0x109/l
E) Mötədil splenomeqaliya ≥5 sm
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
590) Bu klinik əlamətlərdən hansı xronik mieloleykozun yayılmış fazasında pis proqnostik göstəricidir?
A) Hiperleykositoz 100,0-150,0x109/l
B) Trombosit 300,0-500,0x109/l
C) Hemoqlobin ≤100,0 q/l
D) Subfebriltet
E) Mötədil splenomeqaliya
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
591) Xronik mieloleykozun diaqnozunda bu əlamətlərdən hansı proqnostik pis əlamət hesab edilir?
A) Mötədil hepatomeqaliya
B) Trombosit 100,0-150,0x109/l
C) Subfebriltet
D) Blast qanda ≥3%, sümük iliyində ≥5%
E) Limfoadenopatiya
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
592) Bu göstəricilərdən hansı yayılmış faza (xronik mieloleykoz) üçün pis proqnostik əlamətdir?
A) Subfebrilitet
B) Mötədil trombositopeniya
C) Hiperleykositoz 120,0-150,0x109/l
D) Tərləmə
E) Qabırğa qövsü kənarından dalağın ≥5 sm çıxması
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
593) Bu göstəricilərdən hansı xronik mieloleykozun ilk diaqnostikasında pis əlamət hesab edilir?
A) Qanda eozinofil ≥4%, bazofil ≥7-10%
B) Sümük iliyində hipersellulyarlıq
C) Laktat dehidrogenazanın artması
D) Monositoz – 15%
E) Limfopeniya
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
594) Qliveklə (imatinib) terapiyanı qanın hansı göstəricilərində dayandırmaq lazımdır?
A) Qranulosit <1500 mm3; trombosit <70,0x109/l
B) Qranulosit <2000 mm3; trombosit <90,0x109/l
C) Qranulosit <3000 mm3; trombosit <100,0x109/l
D) Qranulosit <3200 mm3; trombosit <110,0x109/l
E) Qranulosit <1000 mm3; trombosit <50,0x109/l
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
595) Xronik mieloleykozun Qliveklə müalicəsində tam sitogenetik cavabda Ph+ hüceyrələri neçə faiz təşkil etməlidir?
A) 5%-dən az
B) 3%
C) 10% bərabər
D) 12% bərabər
E) 0%
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
596) Hemoblastozlarda asperqilyoz infeksiyasının profilaktikası üçün hansı qrup preparatlardan istifadə edilir?
A) Antibiotik
B) Virus əleyhi
C) Vitamin B qrupu
D) Antifunqal
E) Tuberkulostatiklər
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2003.
597) Leykozlu pasientlərdə kritik aqranulositozda antibiotiklərin yeridilməsi hansı formada məqsədəuyğun deyildir?
A) Vena daxili
B) Yerli: məlhəm şəklində
C) Arteriya daxili
D) Əzələ daxili
E) Per os (daxilə)
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2003.
598) Kritik trombositopeniya zamanı medikamentlərin yeridilməsində hansı forma yolverilməzdir?
A) Daxilə (per os)
B) Əzələdaxili
C) Yerli məlhəm şəklində
D) Venadaxili
E) Aerozol formasında
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2003.
599) Sümük iliyi transplantasiyası bu xəstəliklərin hansında istifadə edilmir?
A) Kəskin limfoblast leykoz
B) Həqiqi polisitemiya
C) Limfoma
D) Xronik mieloleykoz
E) Kəskin mieloblast leykoz
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
600) Bu müalicə üsullarının hansının istifadəsi xronik mieloleykozda tam sağalma ilə nəticələnir?
A) İmatinib (Qlivek)
B) Hidroksiuriya
C) Bisulfanlar
D) Sümük iliyi transplantasiyası
E) Spesifik immunoterapiya
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
601) Kəskin leykoz zamanı lizis sindromunda hansı sistemin kəskin çatışmazlığı baş verir?
A) Kəskin tənəffüs çatışmazlığı
B) Böyrəküstü vəzinin kəskin çatışmazlığı
C) Kəskin qaraciyər çatışmazlığı
D) Kəskin böyrək çatışmazlığı
E) Kəskin ürək-damar çatışmazlığı
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
602) Xockin limfomasının morfoloji variantlarından hansı mötədil gedişlidir?
A) Nodulyar skleroz forması
B) Limfositlərin üstünlüyü ilə keçən forma
C) Limfositlərin tükənməsi forması
D) Limfositlərin üstünlüyü ilə keçən nodulyar forma
E) Qarışıq hüceyrə forması
Ədəbiyyat: Онкология. Под ред. Поддубной. 2009.
603) Xockin limfomasının hansı variantında CD15 və CD30 neqativ, CD20 marker isə pozitivdir?
A) Limfositlərin üstünlüyü ilə nodulyar forma
B) Qarışıq hüceyrə forması
C) Nodulyar-skleroz
D) Limfositlərin tükənməsi ilə keçən variant
E) Limfositlərin üstünlüyü ilə keçən variant
Ədəbiyyat: Онкология. Под ред. Поддубной. 2009.
604) Ümumdünya Səhiyyə Təşkilatının 2001 il klassifikasiyasına Xockin limfomasına hansı morfoloji variantı əlavə edilmişdir?
A) Nodulyar skleroz
B) Limfosit üstünlüyü ilə keçən variant
C) Qarışıq hüceyrə variantı
D) Limfosit üstünlüyü ilə nodulyar forma
E) Limfositlərin üstünlüyü ilə nodulyar forma
Ədəbiyyat: Онкология. Под ред. Поддубной. 2009.
605) Bu xəstəliklərin hansında tam sağalma faizi daha yüksəkdir?
A) Kəskin mieloblast leykoz
B) Osteomielofibroz
C) Həqiqi polisitemiya
D) Xockin limfoması
E) Berkitt limfoması
Ədəbiyyat: Онкология. Под ред. Поддубной. 2009.
606) Xockin limfomasında klinik klassifikasiyada xəstəliyin (Ann-Arbor, 1971; əlavə CotSWald 1989) hansı stadiyası yoxdur?
A) III stadiya
B) V stadiya
C) II stadiya
D) IV stadiya
E) I stadiya
Ədəbiyyat: Онкология. Под ред. Поддубной. 2009.
607) Xockin limfomasında pis proqnozlu formalarda bu sxemlərin hansından istifadə edilməlidir?
A) ABVD
B) MOPP
C) COPP
D) BEACOPP-21
E) CVPP
Ədəbiyyat: Онкология. Под ред. Поддубной. 2009.
608) Xockin limfoması olan hamilə qadınların sitostatik terapiyasında istifadə edilən bu preparatlardan hansı plasentar baryeri keçə bilmir və az mutagen təsirlidir?
A) Siklofosfan, Etopozid
B) Dakarbazin, prednizolon
C) Antrasiklinlər və vinkaalkoloidlər (vinkristin, vinblastin)
D) Bleomisin, belyustin
E) Prokarbazin, siklofosfan
Ədəbiyyat: Онкология. Под ред. И.В.Поддубной, 2009.
1000>3200>3000>2000>1500>
Dostları ilə paylaş: |