“HEMATOLOGİYA
ŞÖBƏSİ
RESPUBLİKA
ƏHƏMİYYƏTLİ
BİR ŞÖBƏYƏ
ÇEVRİLƏCƏK”
UNİVERSİTET ŞƏHƏRCİYİN DƏN
REPORTAJ
Qəzet 1933 -cü ildən çıxır. № 13 (1610) 10 iyul 2015 - ci il Qiyməti 40 qəpik
ƏMƏKDAŞLARIN
İSTİRAHƏTİ DİQQƏT
MƏRKƏZİNDƏDİR
E-universitetlə
bağlı
müzakirə
aparıldı
Rektor tələbə-
könüllülərlə görüşdü
7
BU SAYIMIZDA
Rəy sorğusunun nəticələri: Azərbaycan Prezidentinin
reytinqi 90 faizə yaxınlaşır
ATU-da
nadir və
mürəkkəb
şiş
əməliyyatı
keçirilib
Azərbaycanda ilk dəfə «Kök hüceyrə
transplantasiyası»
4
Cavablardan görünür ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar
günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam
əksəriyyəti, yəni 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə
verərdi.
“İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına
respondentlərin 86 faizə yaxını “bəli, cavab verir” (tam və ya qismən), cəmi 3
faizi “xeyr, cavab vermir”, bir o qədəri isə “əsasən cavab vermir” deyə bildirib.
Qalan 8 faiz respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.
Ölkə əhalisinin 73 faizi Azərbaycan Prezidenti postunda İlham Əliyevə al-
ternativ görmür.
Sorğu, həmçinin göstərib ki, prezident seçkiləri qarşıdan gələn bazar
günü keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (61 faiz) birmənalı olaraq
səsverməyə qatılardı. Daha 22 faiz “yəqin ki, iştirak edərdim” cavab variantını
seçib. Səsverməyə getməyəcəklərini deyən respondentlər isə 9 faiz təşkil edib.
Qalan 8 faiz cavab verməkdə çətinlik çəkib.
Hesabat 2015-ci il iyulun 1-3-də keçirilmiş “omnibus” tipli ictimai rəy sorğu-
sunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu
ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta
2,7 faizdir.
Əhalinin sosial stratifikasiyası, yaş və cinsi strukturunu proporsional şəkildə
əks etdirən bu sorğu, təsadüfi seçmə metodu əsasında Azərbaycanın 10 sosi-
al-iqtisadi zonası üzrə 36 yaşayış məntəqəsini əhatə edib.