Həndəsi optika qanunları. Lif optikası. İşıq dəstəsi və işıq süası



Yüklə 88,08 Kb.
səhifə5/7
tarix16.12.2023
ölçüsü88,08 Kb.
#181718
1   2   3   4   5   6   7
5 MÜHAZİRƏ HƏNDƏSİ OPTİKA VƏ LİF OPTİKASI.

9.Optik mikroskop

Mikroskop, linzaya nisbətən, kiçik obyektlərin daha böyüdülmüş xəyalını müşahidə etmək üçündür. Aşağıdakı şəkildə optik mikroskopuun ümumi görünüşü verilmişdir.





Şəkil 13. Optik mikroskopun ümumi görünüşü


Mikposkopun optik sistemi iki hissədən ibarətdir: obyektiv və okulyar. Mikroskopun obyektivi, okulyarın qabaq fokal müstəvisində cismin tərsinə çevrilmiş, həqiqi böyüdülmüş xəyalını yaradır. Okulyar isə lupa kimi təsir göstərərək, yaxşı görmə məsafəsində cismin mövhumi xəyalını yaradır (şəkil 14).



Şəkil 14.Mikroskopda şüaların yolu.


Obyektivin xətti böyütməsi:


Vob = - (∆ ̸ Fob )
Fob – obyektivin fokus məsafəsi, ∆ - obyektivin arxa foksu ilə okulyarın qabaq foksu arasındakı məsafədir və optik interval və ya tubusun optik uzunluğu adlanır.
Obyektivin, okulyarın qabaq fokal müstəvisində yaratdığı xəyal, özünü böyüdücü linza kimi aparan okulyardan görünür və onun böyütməsi:
Gok = ( 250 ̸ Fok )
Mikroskopun ümumi böyütməsi isə obyektivin və okulyarın böyütmələrinin hasilinə bərabər olar
G = Vob Gok
Əgər miroskopun bütün fokus məsafələri məlum olarsa, onda onun görünən böyütməsini böyüdücü linzadakı kimi təyin etmək olar:
G = ( 250 ̸ FM )
Mikroskopun ən mühüm xarakteristikalarından biri onun ayırdetmə qabliyyətidir.
Abbenin difraksiya nəzəriyyəsinə görə, mikroskopun xətti ayırdetmə qabiliyyəti, yəni, cismin ayrı-ayrılıqda müşahidə edilə bilən iki nöqtəsi arasındakı minimal məsafə işığın dalğa uzunluğundan və mikroskopun apertura rəqəmindən asılıdır:

Mikroskop üçün aperturanın A= nsinα olduğunu bilərək optik mikroskopun maksimal ayərdetmə qabiliyyətini qiymətləndirmək olar. Sinusun maksimal qiyməti vahid, hava üçün n = 1 və görünən işıq üçün orta dalğa uzunluğunun λ = 0,5 mkm olduğunu qəbul etsək

Göründüyü kimi, mikroskopun ayırdetmə qabiliyyətini artırmaq üçün, ya oyektivin apertarasını artırmaq, ya da işığın dalğa uzunluğunu azaltmaq lazımdır.
Obyektivin aperturunu artırmaq üçün cismlə obyektivin arasındakı fəzanı immers maye ilə - sindırma əmsalı vahiddən böyük olan, şəffaf maye ilə doldururlar. Bu zaman su (n = 1,33) və ya palıd qozası yağından (n = 1,52 ) istifadə edilsə ayırdetmə qabiliyyəti 1,5 ola bilər.
Mikroskopun ayırdetmə qabiliyyətini artırmağın ikinci yolu isə görünən işığa nisbətən dalğa uzunluğu kiçik olan ultrabənövşəyi şüalardan istifadə etməkdir. Bu zaman nəzərə almaq lazımdır ki, insan gözü ultrabənövşəyi şüaları görmür, ona görə də, görünməyən ultrabənövşəyi xəyalı, görünən şəklə salan qurğulardan istifadə etmək lazımdır.

Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin