Həndəsi optika qanunları. Lif optikası. İşıq dəstəsi və işıq süası



Yüklə 88,08 Kb.
səhifə2/7
tarix16.12.2023
ölçüsü88,08 Kb.
#181718
1   2   3   4   5   6   7
5 MÜHAZİRƏ HƏNDƏSİ OPTİKA VƏ LİF OPTİKASI.

3. İşığın tam daxilə qayıtması

İndi isə işığın optik sıx mühitdən, optik seyrək mühitə keçmə prosesinə baxaq.


Şəkil 5.

Təcrübə göstərir ki, işıq optik sıx mühitdən (I-şüşə) optik seyrək mühit (I-hava) sərhəddinə düşdükdə onun bir hissəsi sınaraq II mühitə, bir hissəsi isə daxilə qayıdır. Əgər düşmə bucağı tədricən böyüyərsə (α32>d1) onda sınma bucağı da sürətlə böyüyür. Bu zaman qayıdan şüanın intensivliyi artar bu zaman sınan şüanın intensivliyi isə azalar. Artan düşmə bucağının müəyyən bir (αtam) qiymətində sınma bucağı düz bucağa yaxınlaşır, sınan şüanın intensivliyi isə sıfra yaxınlaşır.



Şəkil 6.

Düşmə bucağının αtam-dan istənilən böyük qiymətlərində sınan şüa olmur və işıq iki mühit sərhədindən tamamilə (sanki ideal güzgüdən əks olunur) I mühitə qayıdar. Bu hadisəyə işığın tam daxilə qayıtması deyilir.


tamdaxilə qayıtmanın limit bucağı adlanır .


} n1sinα1= n2sinα2} α1tam} α2=

Əgər, işıq sındırma əmsalı (n1=n) olan mühitdən, deyək ki, havada (n2=1) çıxarsa onda
olar.
Qeyd edək ki, bu məsələyə dalğa optikası nöqteyi nəzərdən yanaşdıqda, fərqli nəticə alınır.
Bu zaman məlum olur ki, αtam bucağından böyük bucaqlarda da işıq dalğası optik seyrək mühitə keçə bilər. Bu nəticə təcrübədə təsdiq olunur.


4. Müstəvi güzgü.

Cisimlərin xəyalını almaq üçün istifadə olunan sadə cihazlardan biri müstəvi güzgüdür:


Şəkil 7.
Güzgüdə xəyal, ondan əks olunan şüaların hesabına alınır-yəni qayıtma qanu­nuna əsaslanır.
(A'B') cisminin xəyalı mövhumi olur, çünki şüaların özləri yox, onların davamı kəsişir.
İşığın qayıtma qanununa uyğun olaraq cisim və onun xəyalı güzgü müstəvisinə nəzərən simmetrik yerləşir, xəyal düzünə olub ölçüsü cismin ölçüsü ilə eyni olur.



Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin