Həndəsi optika qanunları. Lif optikası. İşıq dəstəsi və işıq süası



Yüklə 88,08 Kb.
səhifə3/7
tarix16.12.2023
ölçüsü88,08 Kb.
#181718
1   2   3   4   5   6   7
5 MÜHAZİRƏ HƏNDƏSİ OPTİKA VƏ LİF OPTİKASI.

5. Nazik linzalar

Adi linza – iki tərəfdən qabarıq və ya çökük olur, sferik səthlə əhatə olunmuş şüşədən ibarət olur. Linzalar toplayıcı və səpici olurlar.



Şəkil 8.



o-optik mərkəzdir, buradan keçən ox baş optik ox adlanır.
- Nisbətən optik seyrək mühitdə yerləşən qabarıq linza toplayıcı, çökük linza isə səpici olur.
- Nisbətən optik sıx mühitdə yerləşən qabarıq linza səpici, çökük linza isə toplayıcı olur.

Şəkil 9.

Linzada xəyal qurmaq üçün aşağıdakı üç əsas şüadan istifadə etmək lazımdır:
a) optik mərkəzdən keçən şüa sınmır.
b) Baş optik oxa paralel olaraq linzaya düşən şüa sındıqdan sonra baş fokus­dan keçir (səpici linzada şüanın davamı).
c) Baş fokusdan keçərək linzaya düşən şüa sındıqdan sonra baş optik oxa paralel gedir.
İşıq mənbəyindən yayılan işıq dəstəsinin hamısı linzanın üzərinə düşmür, onun bir hissəsi linzanın yanından keçir. Bu halda linza qeyri şəffaf ekranda yarıq rolunu oynayır. Ona görə də linzadan arxada difraksiya mənzərəsi alınmalıdır. Təcrübə bunu təsdiq edir.





Şəkil 10.



Şəkil.11.
6. Nazik linza düsturu

1. Toplayıcı linzada həqiqi xəyal halında:


;
2. Toplayıcı linzada mövhumu xəyal halında:


;
3. Səpici linzada:


;

4. linzada xəyalın xətti ölçüsünün (H) cismin xətti ölçüsünə (h) nisbətinə linzanın xətti böyütməsi deyilir:




Г = (H ̸ h) = ( f ̸ d)

F- linzanın fokus məsafəsidir.


d- linzadan cismə qədər olan məsafə
f- xəyaldan cismə qədər olan məsafə
D- linzanın optik gücü adlanır dioptriya.
Qeyd edək ki, linza düsturunu həm həndəsi optika yolu ilə, həm də dalğa optikası vasitəsilə çıxartmaq və əsaslandırmaq olur.
Linzalarda alınan mövhumi və həqiqi xəyallar bir-birindən prinsipcə fərqlənirlər. Belə ki, həqiqi xəyal alınan yerdə işıq dalğasının enerjisi cəmlənir və bunu istənilən cihazla, deyək ki, fotoelement, termoelement və s. ilə yoxlamaq olar. Mövhumi xəyal isə subyektiv məna daşıyır, belə ki, həmin yerdə obyektiv olaraq heç nə müşahidə etmək mümkün deyil.



Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin