Göz və onun əlavə aparatının xəstəlikləri
Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
29
|
Göz qapaqları, yaşaparıcı yollar, göz yuvası və konyunktivanın xəstəlikləri:
|
|
|
|
a) hər iki gözdə görmə və ya hərəki funksiyaların mühüm dərəcədə pozulması ilə müşayiət olunan göz qapaqlarının, göz yuvasının və ya konyunktivanın mühüm anatomik dəyişiklikləri, yaxud mühüm vəziyyət çatışmazlıqları
|
D
|
D
|
D
|
b) həmin dəyişikliklər bir gözdə və ya mülayim dərəcədə ifadə olunmuş halda hər iki gözdə olduqda; bir və ya hər iki gözdə göz qapaqlarının, yaşaparıcı yolların, göz yuvasının, konyunktivanın kəskin ifadə olunmuş xəstəlikləri
|
C
|
C
|
C və ya B FƏRDİ
|
c) göz qapaqlarının, göz yuvasının və ya konyunktivanın cüzi dərəcədə ifadə olunmuş anatomik dəyişiklikləri və ya vəziyyət çatışmazlıqları; göz qapaqlarının, yaşaparıcı yolların, göz yuvasının, konyunktivanın bir və ya hər iki gözdə mülayim və ya cüzi dərəcədə ifadə olunmuş xəstəlikləri
|
A-3
|
A
|
A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ
|
Bu maddə göz qapaqlarının anadangəlmə və qazanılmış anatomik dəyişikliklərini, yaxud vəziyyət çatışmazlıqlarını, göz qapaqlarının, yaşaparıcı yolların, göz yuvasının və konyunktivanın xəstəliklərini nəzərdə tutur. Hərbi xidmətə, Silahlı Qüvvələrin növündə, qoşun növündə xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə yararlılıq haqqında qərar gözün anatomik dəyişikliyinin ifadə olunma dərəcəsindən, xəstəliyin gedişinin ağırlıq dərəcəsindən, müalicənin nəticələrindən və gözün funksiyalarının vəziyyətindən asılı olaraq çıxarılır.
«a» bəndinə aşağıdakılar aiddir:
göz qapaqlarının bir-biri ilə, yaxud göz alması ilə bitişərək, gözün hərəkətini mühüm dərəcədə məhdudlaşdırması və ya görməyə mane olması;
göz qapaqlarının içəriyə çevrilməsi və ya kirpiklərin göz almasına doğru inkişaf edərək gözü qıcıqlandırması;
göz qapaqlarının xaricə çevrilməsi, çapıq deformasiyası və ya buynuz qişanın səthinin tam örtülməsinə mane olan vəziyyət çatışmazlıqları (ptozdan başqa);
davamlı laqoftalm.
«b» bəndinə aşağıdakılar aiddir:
göz qapaqları kənarlarının çapıqlaşması və kirpiklərin tökülməsi ilə nəticələnən kəskin nəzərə çarpan yaralı blefaritlər;
selikaltı toxumanın hipertrofiyası və kəskin nəzərə çarpan infiltrasiyası ilə tez-tez (ildə 2 dəfədən az olmayaraq) kəskinləşən xroniki konyunktivitlər, stasionar müalicə uğursuz olduqda;
konyunktivanın xroniki traxomatoz zədələnməsi;
gözün funksiyalarının proqressivləşən pozulması ilə müşayiət olunan, stasionar şəraitdə dəfələrlə cərrahi müalicə olunmasına baxmayaraq, sağalmayan qanadabənzər pərdənin residivləri və yaşaparıcı yolların xəstəlikləri;
anadangəlmə və qazanılmış xarakterli ptoz, alın əzələsinin gərginləşməsi olmadıqda, üst göz qapağının bir gözdə bəbəyin yarısından çoxunu örtməsi və yaxud hər iki gözdə bəbəklərin üçdə bir hissəsini örtməsi ilə;
lakoprotez qoyulması ilə yaşaparıcı yollarda rekonstruktiv cərrahiyyə əməliyyatından sonrakı hallar.
Traxomanın gözün funksiyalarının davamlı pozulmaları ilə müşayiət olunan nəticələrinə görə qərar «Xəstəliklər cədvəli»nin bu pozulmaları nəzərdə tutan müvafiq maddələri üzrə çıxarılır.
Aşağıda göstərilən göz xəstəlikləri bu maddəni tətbiq etmək üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə, hərbi liseylərə daxil olmağa mane olmur:
tək-tək pulcuqları və göz qapağı kənarlarının cüzi hiperemiyası olan sadə blefarit;
tək-tək follikullarla seçilən follikulyar konyunktivit;
göz qapaqları bucaqlarında və konyunktivanın tağları nahiyəsində konyunktivanın məxmərə oxşaması;
konyunktivanın qeyri-traxomatoz mənşəli tək-tək xırda səthi çapıqları;
konyunktivanın traxomatoz mənşəli hamar çapıqları, konyuktivanın, buynuz qişanın digər dəyişiklikləri və traxomatoz prosesin bir il ərzində residivinin olmaması;
proqressivləşmə əlamətləri olmayan yalançı və həqiqi qanadabənzər pərdə.
Bahar katarı və konyunktivanın digər allergik zədələnmələri zamanı onun dərəcəsindən, xəstəliyin gedişinin ağırlığından, kəskinləşmələrin tezliyindən və aparılan müalicənin səmərəliliyindən asılı olaraq, şəhadətləndirilmə «b» və ya «c» bəndləri üzrə keçirilir.
Kəskin traxomanın müalicəsindən sonra hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilmir. Lakin zərurət olduqda, «Xəstəliklər cədvəli»nin 36-cı maddəsi üzrə hərbi xidməti vəzifələrinin icrasından azad edilmə barədə qərar çıxarılır.
Dostları ilə paylaş: |